
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan romanı”: Elektron Kitab N 96 (11 - 2014)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan romanı” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org
Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Məmməd Quliyev
"Müstəntiqi etirafı"
Roman
Bаkı, YYSQ – 2014
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Məmməd Quliyev
Məmməd Abbas oğlu Quliyev 05 avqust 1959-cu ildə Ordubad şəhərində anadan olmuşdur. Rusiya Federasiyasının nüfuzlu təhsil müəssisəsi olan Uzaq Şərq Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Evlidir, 3 övladı , 3 nəvəsi var. Təqaüddə olan ədliyyə müşaviridir.
Məmməd Quliyev uzun müddət Primorsk diyar Daxili İşlər İdarəsində və Prokurorluğunda, Azərbaycan Respublikasının Proku-rorluq və vergi orqanlarında fəaliyyət göstərmişdir. Bu dövr ərzində həm də pedaqoji fəaliyyətlə məşğul olmuş və ixtisasına uyğun olaraq bir neçə fənn tədris etmişdir. Hazırda fəaliyyətini «Məqam-M» hüquq firmasının rəhbəri kimi davam etdirir.
Müəllifin eyni zamanda «Avropa Hüquq», «Müdafiə hüququ» elmi-tədqiqat əsərləri, «Azərbaycan diasporasının tarixi, inkişaf mərhələləri və xüsusiyyətləri», "Mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmə qarşı mübarizə», «Sahibkarlıqda təhlükəsizlik məsələləri» kimi aktual mövzularda bir sıra monoqrafiyaları var.
Bədii üslubda yazılmış «Müstəntiqin etirafı» kitabı onun 1991-1993-cü illər ərzində, Azərbaycan Respublikası Baş Prokuroru yanında Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində, DQMV üzrə yaradılmış DİN, MTN və Respublika Prokurorluğunun Vahid İstintaq-Əməliyyat Qrupunun üzvü kimi fəaliyyət göstərdiyi dövrdə baş verən hadisələrə yanaşma tərzini əks etdirir.