Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Fikrət Sadığın poetikası". Filoloji-elmi araşdırma kitabı. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir. Kitabda tanınmış şair Fikrət Sadığın yaradıcılıq yoluna nəzər salınır, elmi-müqayisəli təhlillər aparılır

Müəllif:

Gülxani Pənah


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Gülxani Pənah. "Fikrət Sadığın poetikası". Filoloji-elmi araşdırma kitabı. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir. Bu kitabda tanınmış şair Fikrət Sadığın yaradıcılıq yoluna nəzər salınır, elmi-müqayisəli təhlillərlə çağdaş Azərbaycan poeziyası araşdırılır. "Göydən ulduzları gözlə dərərdik" (1996), "Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri" (2000), "Bura Vətəndir (2001), «Qarabağ dərdi» (2006), «Dədə Şəmşir harayı» (2006) və s. kitablarında toplanan milli vətənpərvərlik ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və dram əsərlərin müəllifidir.


Baxış sayı: 690
    
    


www.elmler.net


 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında


 “Gənc elektron elm” - Elektron kitab N 91 (36 - 2014)


 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.  


Layihənin maliyyələşdirir: 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:

http://youthfoundation.az

 

Yeni Yazarlar və Sənətçilər Qurumu:

 http://www.yysq.org  http://www.elmler.net


Gülxani Pənah

 

"Fikrət Sadığın poetikası"

 

Filoloji-elmi araşdırma kitabı


Bakı -YYSQ - 2014


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

 Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:

http://kitabxana.net/?oper=e_kitabxana&cat=173

 

 DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Gülxani Pənah


  Şükürova Gülxani (Pənah) Vaqif qızı şair, ədəbiyyatşünas, publisist. 


1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir. 
“Azərnəşr”in mətbəəsində cilidləyici, «Natəvan» klubunda oxu zalının müdiri, MİB-də texnik, «Şirvanşahlar» sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. 2000-2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir.
1974--cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir.
İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir. "Göydən ulduzları gözlə dərərdik" (1996), "Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri" (2000), "Bura Vətəndir (2001), «Qarabağ dərdi» (2006), «Dədə Şəmşir harayı» (2006) və s. kitablarında toplanan milli vətənpərvərlik ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və dram əsərlərin müəllifidir.
Gülxani Pənah Bakı Dövlət Universitetinin aspiranturasını bitirmiş və «İlyas Əfəndiyevin yaradıcılığında folklor motivləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda doktorluq işi üzərində çalışır.
Gülxani Pənah həm də tədqiqatçıdır. XVIII əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış Mücrim Kərim Vardaninin həyat və yaradıcılığını ilk dəfə geniş şəkildə tədqiq etmiş və «Mücrim Kərim Vardaninin həyat və yaradıcılığı» monoqrafiyasını yazmışdır.
Eyni zamanda o, folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində bir sıra elmi monoqrafiyaların müəllifidir. «Sənətkar və poeziya» (1998), «Fikrət Qocanın yaradıcılıq yolu» (2006), «Yazıçı və folklor» (2007), «Alim, vətəndaş E. Əlibəyzadə-80» (2005), «Fikrət Sadığın poetikası» (2007), «Tədqiqatçı alim, folklorşünas Rüstəm Rüstəmzadə» (2007) və s.monoqrafiyaları nəşr olunmuşdur.
Bir sıra folklorşünasların elmi-ədəbi fəaliyyətini araşdırmış, üzə çıxarmışdır. «Xalq ədəbiyyatına dair araşdırmalar» (2006), «Xalq ədəbiyyatının tədqiqinə dair» (2007) kitablarını tərtib etmiş, geniş ön söz yazmış və nəşr etdirmişdir.
Ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində çoxlu sayda məqalələri müxtəlif qəzet və curnallarda dərc edilmişdir. «Ədəbi mühit və müasirlərimiz» II cildlik kitabları nəşrə hazırdır.
"Xocalı, ay Xocalı", "El bir olsa…", "Sınaq" dram əsərləri Milli dram teatrında tamaşaya qoyulmaq üçün müsabiqədən keçsə də, maddi imkansızlıq çətinliklər yaratmışdır.
Gülxani Pənah respublikanın ictimai həyatında yaxından iştirak edir, Respublika Ziyalı Qadınlar Birliyinin idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan Respublikası ilk qadınlar qurultayına, Yazıçılar Birliyinin qurultaylarına, Müəllimlər qurultayına nümayəndə seçilmişdir.
Təhsilin müasir problemləri ilə bağlı metodik məqalələrlə, bədii-publisistik yazılarla mətbuatda tez-tez çıxış edir. Respublikada "Təhsilin hümanistləşdirilməsi ili", "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"də fəal iştirak etdiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir sıra əhəmiyyətli ideya və təkliflər irəli sürdüyünə, müasir təlim metodlarının təcrübədə tətbiqinə, bu baxımdan elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Birinci dərəcəli Diplomuna, Bakı şəhər Baş Təhsil İdarəsinin Diplomuna və bir sıra Fəxri fərmanlara layiq görülmüşdür. 
Kitabları «Qızıl qələm», «Rəsul Rza», «Cəlaləddin Rumi» mükafatlarına, Azərbaycan Müdafiə Nazirliyinin, Sərhəd Qoşunları Komandanlığının və s. fəxri fərmanlarına, birinci dərəcəli diplomlarına layiq görülmüşdür.
Əsərləri ölkə daxilində, türk, rus, fars, ingilis, alman və s. dillərində nəşr olunub. 
2004-cü ildən «İskit» Beynəlxalq İctimai Birliyinin prezidenti, «İskit» jurnalının baş redaktorudur.