
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm”: 64 (18 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Elektron kitab N 64 (18 - 2014)
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
YYSQ - http://www.yysq.org http://www.elmler.net
İlqar Fəhmi
Qədim miniatür və xəttatlıq sənəti.
Bakı tarixindən kollaj
Tarixi-kreativ araşdırmalar toplusu
İlqar Fəhmi (Paşayev). "Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj". Tarixi-kreativ araşdırmalar toplusu. Virtual İnternet Resurs Mərkəzinin təqdimatında gənc tədqiqatçı, AYB katibi, yazıçı-araşdırmaçı İlqar Fəhminin növbəti elektron-intellektual kitabı.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=173
İlqar Fəhmi
İlqar Əli-Abbas oğlu Paşayev
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi) — şair,yazıçı,kinodramaturq,Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.
İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri Dövlət sifarişiylə Mədəniyyət və Turizm nazirliyi tərəfindən ekranlaşdırılıb.
2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kimofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət "XƏZƏR" Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə Katibi vəzifəsində çalışır[1].
Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" Ədəbi verilişinin aparıcı-redaktorudur.
Əsərləri
Sənli sözüm gəldi sənə (şeir). 2000
Ölüm gözəldi, yoxsa sən? (şeir).2001
Yenə də qəzəllər (şeir). 2005
İlk sui-qəsd (Çənlibel tülküsü - 1-ci kitab) (roman).2005
Qarğa yuvası (Çənlibel tülküsü - 2-ci kitab) (roman).2006
Kölgədə əqrəb (Çənlibel tülküsü - 3-ci kitab) (roman).2007
Akvarium (roman).2006
Aktrisa (roman).2005
Aqvalanq (roman).2008
Bakı tarixindən kollaj (roman).2007
Karmen (povest).2005
Səndən nigaranam (povest). 2009
Maygülü (povest) 2013
Pyesləri
Axırıncı qatar - 2000
Krupye və Ulduz - 2009
Tut ağacı - 2010
Müsibəti-Fəxrəddin və... - 2011
Son reportaj 2013
Zümrüd parıltısı - 2013
Şahnamə - 2014
Kinoromanlar
"Pejo 307" - 2008
Evtanaziya - 2009
Vampir - 2010
Filmoqrafiya
Qaydasız döyüş (film, 2009)] — (serial; ANS)
Hörümçək toru (film, 2011) — (ÇARX FİLM; Space TV)
Sirat körpüsü (film, 2007)
Məcnunlar (film, 2008) — (İTV)
100 000 AZN (film, 2009) — (tammetrajlı bədii film; İTV)
Ölüm növbəsi (film, 2009) — (tammmetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyası - Dövlət sifarişi)
Aktrisa (film, 2011)(tammetrajlı bədii film. "Pozitiv-media" şirkəti. Dövlət sifarişi)- əsərin və ssenarinin müəllifi
Çaqqal nəfəsi (film, 2012) — (çoxseriyalı bədii film; Kaspi Global - ATV kanalı. Dövlət sifarişi )
Dərvişin qeydləri (film, 2013) — (tammmetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyası. Dövlət sifarişi)
Axirinci dayanacaq (film, 2013) — (tammmetrajlı bədii film; "Azərbaycanfilm" kinostudiyası Dövlət sifarişi)