ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Harun Yəhya
"Təkamül nəzəriyyəsinin süqutu"
Türkiyəli yazar Harun Yəhyanın Darvinizmə qarşı yazdığı əsər...
Müasir elm özünün paleontologiya, biokimya, anatomiya kimi sahələri vasitəsilə şübhəsiz bir həqiqəti - bütün canlıların Allah tərəfindən yaradılması həqiqətini açıqladı. Bu həqiqəti başa düşmək üçün biokimyəvi analizlərin və geoloji qazıntıların nəticəsi prinsipcə heç də vacib deyil. İnsanın nəzəri hara yönəlirsə yönəlsin və nəyi tədqiq edirsə etsin, onu əhatə edən bütün canlılar Ali Şüurun mövcudluğunun təsdiqidir. Hər bir həşərat və ya dənizin dibindəki kiçik balıqlar insan şüurunun dərk edə bilmədiyi dizayna və texnologiyaya malikdir. Hər şeyi əhatə edən bu nizam bütün təbiətdə hökmranlıq edir və Yaradanın - Allahın varlığının sübutudur.