www.elmler.net
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm”: 47 (07 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Elektron kitab N 47 (07 - 2014)
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
http://youthfoundation.az
YYSQ - http://www.yysq.org http://www.elmler.net
Təranə Rəhimli
"Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri"
(Dərs vəsaiti)
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Təranə Rəhimli. Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. Bakı, «Avropa», 2009, 252 səh.
Görkəmli tənqidçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin elmi-nəzəri irsinin tədqiqinə həsr edilmiş bu kitabda alimin ədəbiyyat və tənqidin müxtəlif yaradıcılıq problemlərinə dair tədqiqatları sistemli şəkildə araşdırılmışdır. Onun milli ədəbiyyatın tarixi və nəzəri məsələlərinin, rus ədəbiyyatı ilə əlaqələrinin, milli estetik fikrin inkişaf tarixinin öyrənilməsi baxımından dəyərli fundamental monoqrafiyaları, məqalələri Azərbaycan ədəbiyyatının əsas inkişaf meylləri
və istiqamətləri kontekstində tədqiq edilmişdir.
Kitab universitetlərin filologiya fakültələrinin tələbələri, magistrlər, aspirantlar, ədəbiyyatşünas alimlər üçün nəzərdə tutulmuşdur.
Təranə Rəhimli
Təranə Yusif qızı Rəhimli — şair, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), filologiya üzrə fəlsəfə doktoru (2004), dosent (2011).
Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır (1976-1986). O, 1990-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı "Gənc müəllim" qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir . 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O, 1997-ci ildən "Kamal Talıbzadənin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını bitirərək müdafiə etmiş və elmlər namizədi adını almışdır. Təranə Yusif qızı Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. O, burada əvvəlcə laborant, baş laborant, sonra universitetin "Gənc müəllim" qəzetində ədəbi işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsi tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır. Təranə Yusif qızı Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun «Qar çiçəyi», «Addımlar» ədəbi birliklərinin yaradılmasında, «Addımlar» poeziya almanaxının nəşrində xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin /poeziya şöbəsi üzrə/ (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999) üzvü kimi respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini ləyaqətlə təmsil etmişdir. O, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, Azərbaycan Yazıçılarının X Qurultayına, Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmiş, bu tədbirlərdə onun məruzə və çıxışları maraqla qarşılanmışdır. O, 10-dan artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və rəyçisi olmuşdur. T.Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş «Böyük nəslin layiqli yadigarı» (2002) adlı monoqrafiyanın, «Dərdin pıçıltısı» adlı şeirlər kitabının (2007), «Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri» adlı dərs vəsaitinin (2008), “Sənə yazmadığım şeir” (Türkiyə/Ankara, 2013), “Sevgimdən tanıyacaqlar” (Türkiyə/İzmir, 2013), 100-dan artıq elmi-nəzəri məqalənin, 200-dək oçerk, esse və publisist yazının müəllifidir. Mətbuat orqanlarında 1993-ci ildən əmək fəaliyyətinə başlayan T.Rəhimli «Gənc müəllim» qəzetinin məsul katibi, baş redaktoru (1993-2006), «Zaman» qəzetinin məsul katibi (1996-1997), «Azərbaycan mübarizləri» qəzetinin baş redaktoru (1999), «Təhsil problemləri» qəzetinin redaktoru (2007-2008) olmuşdur. O, «1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi sahələri üzrə tədqiqatları vardır.
T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavr pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatından mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir.
T.Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının, Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir. T.Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov, Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, Fəyyaz Sağlam, ədəbiyyatşünas Vasif Novruzov və b. yüksək fikir və rəylərini bildirmiş, onun yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər.
Mükafatları
2007 — "Qafqaz Media" İctimai Birliyinin H.Zərdabinin 170 illik yubileyi və Milli Mətbuat günü münasibətilə keçirdiyi "Qələm" müsabiqəsində fəxri fərmanla təltif olunmuşdur.
2009 — Milli Kitab Bayramının "İlin elmi kitabı" IX Bakı Kulturoloji Mükafatını almışdır.
2013 — Dünya Gənc Türk yazarlar Birliyinin Beynəlxalq Bakı Toplantısında "Türk Dünyasına Hizmət Ödülü"nü almışdır.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı[redaktə]
Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 30-cu Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 7-11 dekabr 2012.
Türkiyə Cümhuriyyəti Gediz Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 10 dekabr 2013.
I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Bakı/Azərbaycan, 13-15 dekabr, 2012.
Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 31-ci Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İstanbul, 23-27 may, 2013.
Türkiyə Cümhuriyyəti Okan Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli Türkiyə/İstanbul, 26 may 2013.
“Türk Dünyasını İşıqlandıranlar: Məmməd Akif Ərsoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans. Bakı/Azərbaycan, 16-18 may, 2013.
«Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları» mövzusunda akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, AMEA, 27-28 iyun 2013.
Dünya Gənc Türk Yazarlarının Beynəlxalq Bakı Toplantısı. Bakı/Azərbay-can, 6 iyul, 2013.
I Uluslarası Türk Ədəbiyyatları Buluşması. Türkiyə/Antalya, 16-18 noyabr 2013.
Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6-10 dekabr 2013.
Türkiyə Cümhuriyyəti Yaşar Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 8 dekabr 2013.
“Yaşayan Yunus Əmrə” mövzusunda böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi Konfransı. Bakı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,, 9 dekabr 2013.
Kitabları
Böyük nəslin layiqli yadigarı. Monoqrafiya. Bakı, ADPU, 2002. 115 səh.
Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. Dərs vəsaiti. Bakı, «Avropa», 2009. 252 səh.
Dərdin pıçıltısı (şeirlər). Bakı, ADPU, 2007. 160 səh.
Sevgimdən tanıyacaqlar (şeirlər). Türkiyə, İzmir, 2013. 160 səh.
Sənə yazmadığım şeir (şeirlər). Türkiyə, Ankara, 2013, 158 səh.
Proqramlar
Şərqi slavyan xalqları ədəbiyyatı. Bakı, ADPU, 2010. 34 səh.
Xarici ölkə xalqları ədəbiyyatının müasir problemləri. Bakı, ADPU, 2011. 23 səh.
Yeni dövr dünya ədəbiyyatı. Bakı, ADPU, 2011. 37 səh.
Ədəbi tənqid tarixi. Bakı, ADPU, 2011. 39 səh. (T.Salamoğlu ilə birlikdə)
Apardığı dərslər
- Azərbaycan ədəbi tənqidinin tarixi
- Müasir Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri
- Şərqi slavyan və Qərb ölkələri ədəbiyyatı
- Qədim türk ədəbiyyatı
Tədqiqat sahəsi
- 100-dən artıq elmi məqalənin müəllifidir. Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi sahələri üzrə tədqiqatları vardır. «Kamal Talıbzadənin yaradıcılığı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda «1960-70-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Eyni zamanda, Batı Trakya türkləri və çağdaş Qaqauz ədəbiyyatına dair araşdırmalar aparır..
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 30-cu Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 7-11 dekabr 2012.
- Türkiyə Cümhuriyyəti Gediz Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 10 dekabr 2013.
- I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Bakı/Azərbaycan, 13-15 dekabr, 2012.
- Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 31-ci Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İstanbul, 23-27 may, 2013.
- Türkiyə Cümhuriyyəti Okan Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli Türkiyə/İstanbul, 26 may 2013.
- “Türk Dünyasını İşıqlandıranlar: Məmməd Akif Ərsoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans. Bakı/Azərbaycan, 16-18 may, 2013.
- «Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları» mövzusunda akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, AMEA, 27-28 iyun 2013.
- Dünya Gənc Türk Yazarlarının Beynəlxalq Bakı Toplantısı. Bakı/Azərbay-can, 6 iyul, 2013.
- I Uluslarası Türk Ədəbiyyatları Buluşması. Türkiyə/Antalya, 16-18 noyabr 2013.
- Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6-10 dekabr 2013.
- Türkiyə Cümhuriyyəti Yaşar Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 8 dekabr 2013.
- “Yaşayan Yunus Əmrə” mövzusunda böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi Konfransı. Bakı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,, 9 dekabr 2013.
Seçilmiş əsərləri
- Azərbaycan ədəbi tənqidi Kamal Talıbzadə yaradıcılığında. Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları, Bakı, ADPU, 1998, s. 15-16.
- Azərbaycan ədəbi tənqidinin təşəkkülündə Kamal Talıbzadənin rolu. Pedaqoji universitet xəbərləri (Humanitar elmlər seriyası), Bakı, ADPU, 1998, №1. с.186-188.
- Kamal Talıbzadə yaradıcılığında Azərbaycan romantizmi, Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları, Bakı, Az.İMU, 1999, c.2. s. 41.
- K.Talıbzadə yaradıcılığında ədəbi əlaqələr problemi. Aspirantların və gənc tədqiqatçıların elmi konfransının tezisləri. (BDU-80), Bakı, BDU, 2000, II hissə. с.138-139.
- Azərbaycan-rus ədəbi əlaqələri K.Talıbzadənin tədqiqində. Aspirantların və gənc tədqiqatçıların VI respublika elmi konfransının materialları. Bakı, Az.TU, 2000, c.2. s.174-175
- K.Talıbzadənin elmi və elmi təşkilatçılıq fəaliyyətinin əsas inkişaf istiqamətləri. Pedaqoji universitet xəbərləri (Humanitar, pedaqoji, psixoloji elmlər seriyası). Bakı, ADPU, 2001, №4., s. 194-199.
- Abbas Səhhət yaradıcılığı K.Talıbzadənin tədqiqində. Professor və müəllim heyətinin 61-ci elmi konfransının materialları, Bakı, ADPU, 2001, II buraxılış. s. 50-51.
- Çağdaş Azərbaycan ədəbiyyatı Kamal Talıbzadənin tədqiqində. . Aspirantların və gənc tədqiqatçıların VII Respublika Elmi Konfransının materialları, Bakı, ADİU, 2001. с. 291-292.
- Qorki və Azərbaycan mövzusu K.Talıbzadənin tədqiqində. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, (Ali məktəblərarası tematik məcmuə), Bakı, «Mütərcim», 2002, I buraxılış. s. 76-79.
- Milli ədəbi tənqid tarixinin yazılmasında K.Talıbzadənin xidmətləri. Pedaqoji universitet xəbərləri (Humanitar, pedaqoji, psixoloji elmlər seriyası). Bakı, ADPU, 2002, № 1.
- Kamal Talıbzadə yaradıcılığında milli romantizmin tədqiqi. Pedaqoji universitet xəbərləri (Humanitar, pedaqoji, psixoloji elmlər seriyası). Bakı, ADPU, 2002, № 1. с. 20-23.
- Kamal Talıbzadə yaradıcılığında çağdaş milli ədəbiyyatın öyrənilməsi Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, (Ali məktəblərarası tematik məcmuə), Bakı, «Mütərcim», 2002, I buraxılış. s. 80-82.
- 80-ci illər Azərbaycan romanı analitik təhlil müstəvisində. AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Elmi araşdırmalar, Bakı, 2006, № 1- 4, VIII buraxılış, s.640-641.
- Əli Nazim ədəbiyyat tarixçisi kimi. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2009, №6, s. 150-154.
- Hənəfi Zeynallının milli ədəbi tənqidin inkişafında rolu. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş IX elmi konfransının materialları, Bakı ADPU, 2010. s. 81.
- Cəfər Xəndan yaradıcılığında ədəbiyyat tarixi məsələləri.. «Klassik Azərbaycan filologiyası və müasir problemlər» mövzusunda Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, ADPU, 2010. s. 47-53.
- Mustafa Quliyevin 1920-1930-cu illər tənqidinin inkişafında rolu. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2010, №3 s. 243-246.
- Ə.Nazimin ədəbiyyat tarixi konsepsiyası çağdaş elmi müstəvidə. ADPU-nun professor-müəllim heyətinin ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş IX elmi konfransının materialları, Bakı ADPU, 2010. s. 82-83.
- Mustafa Quliyevin tənqidçilik fəaliyyəti. ADPU-nun professor-müəllim heyətinin ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş IX elmi konfransının materialları, Bakı ADPU, 2010. s . 81-82.
- Mustafa Quliyevin 1920-1930-cu illər tənqidinin inkişafında rolu. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2010, №3. с. 243-246.
- XIX əsr Azərbaycan ədəbiyyatı M.Mustafayevin tədqiqatlarında. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2011, № 2. s.260-264.
- Çağdaş Batı Trakya türk şeiri və yorulmaz tədqiqatçı. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2011, № 4. s. 253-256.
- Bədii nəsrdə milli-mənəvi dəyərlərin əksi. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2012, № 1. s. 298-301.
- «Roman onilliyi»nə yeni nəzəri baxış. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2012, № 2. s. 294-297.
- Çağdaş Azərbaycan tarixi nəsri ədəbi tənqiddə. «Şərqşünaslığın aktual problemlər» mövzusunda akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, BDU, 2012. s. 315-317.
- Azərbaycan bədii nəsrinin müasirlik problemi ədəbi tənqiddə. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin X elmi konfransının materialları. Bakı, ADPU, 2012. s. 233-236.
- Bəxtiyar Vahabzadə poeziyası milli mənəvi dəyərlər kontekstində. I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Qafqaz Universiteti və AMEA-nın Ziya Bünyadiv adına Şərqşünaslıq İnstitutu, Bakı/Azərbaycan, 13-15 dekabr, 2012. с.398-404.
- Çağdaş Azərbaycan ədəbiyyatı Ə.Hüseynov tənqidində. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, BDU, 2012, № 3 (83), s. 151-153.
- Tarixilik və müasirliyin estetik kateqoriya kimi ədəbi-nəzəri dərki. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2012, № 3. s.210-214.
- Tarixi bədii nəsrdə müasirlik problemi və ədəbi tənqid. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, 2012, № 4. s.216-219.
- 1960-70-ci illər Azərbaycan nəsrinin mərhələ xüsusiyyətləri ədəbi-nəzəri fikirdə. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, BDU, 2013, № 1 (85). s. 204-207.
- İsa Hüseynovun bədii nəsri ədəbi-nəzəri fikirdə. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil” nəşriyyatı. Bakı, 2013, №2. s.337-341.
- Çağdaş sosial gerçəklikləri əks etdirən nəsrdə müasirlik problemi və ədəbi tənqid. «Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları» mövzusunda akademik Vasim Məm-mədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın mate-rialları. Bakı, AMEA-nın Ziya Bünyadov adı-na Şərqşünaslıq İnstitutu, 27-28 iyun 2013. s.472-473.
- Yunus Əmrə yaradıcılığı ilk türkdilli təsəvvüf ədəbiyyati kontekstində. “Yaşayan Yunus Əmrə” mövzusunda böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, AMEA-nın Nizami adına Ədə-biyyat İnstitutu,, 9 dekabr 2013. s.534-540.
- Mirzə Ibrahimovun “Pərvanə” romanı ədəbi tənqiddə. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, BDU,2013, № 2 (86), s.181-183.
- 1960-70-ci illər Azərbaycan nəsri Kamal Talıbzadə tənqidində. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2013, № 4, s. 371-375.
- «Dəli Kür» romanı çağdaş linqvistik tənqid müstəvisində. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil” nəşriyyatı. Bakı, 2013, № 3. s. 373-377.
- 1960-1970-ci illər Azərbaycan nəs-rinin bədii qəhrəman konsepsiyasi ədəbi tənqiddə. Pedaqoji universitet xəbərləri, Bakı, ADPU, , 2013, № 2, s.276-279.
- Məmməd Аkif Ərsoy və Hüseyn Cavid yaradıcılıqlarında türkçülük və turançiliq ideyalarinin tərənnümü. Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid Beynəlxalq konfransının materialları.Bakı, 16-18 may 2013. s.442-445.
- İsa Hüseynovun hekayələri janr, zaman və ədəbi qəhrəman kontekstində. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil” nəşriyyatı. Bakı, 2013, № 6, s.251-255.
- Ismayıl Şıxlının «Dəli Kür» romanının bədii qəhrəman konsepsiyasi ədəbi tənqiddə. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil” nəşriyyatı. Bakı, 2013, № 7. s.294-300.
- İlyas Əfəndiyevin “Sarıköynəklə Vale-hin nağılı” romanı çağdaş ədəbi-nəzəri fikirdə. Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, “Elm və təhsil” nəşriyyatı. Bakı, 2013, № 8.
- Şanlı nəsillərin yadigarı. Azərbaycan məktəbi. Azərbaycan Respublukası Təhsil Nazirliyi, Bakı, 2013, noyabr-dekabr № 6 (658). s.59-63.