Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Dodaqdan qəlbə". Roman. Tanınmış Türkiyə nasirinin oxunaqlı lirik-psixoloji romanı. Azərbaycanca. Lamiənin məşəqqətli həyatı hamını ağladacaq...

Müəllif:

Rəşad Nuri Güntəkin


Kateqoriya:

Nəsr



Qısa Təsvir:

Rəşad Nuri Güntəkin. "Dodaqdan qəlbə". Roman. Tanınmış Türkiyə nasirinin oxunaqlı lirik-psixoloji romanı. Azərbaycanca. Lamiənin məşəqqətli həyatı hamını ağladacaq...


Baxış sayı: 82
    
    


Rəşad Nuri Güntəkin


"Dodaqdan qəlbə"


Roman


Tanınmış Türkiyə nasirinin oxunaqlı lirik-psixoloji romanı. Azərbaycanca. Lamiənin məşəqqətli həyatı hamını ağladacaq...

 

 

Rəşd Nuri Güntəkin 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.


Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 

1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan «Ulus» qəzetinin İstanbul qolu olan «Məmləkət» qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.

Əsərləri
Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir. Əsərlərində Anadoluda ki yaşamı və toplusal sorunlaru ələ almış insanı insan çevre ilişkisi içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım oldukca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümdə etdiyi, kitap halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

Romanları
* Çalıkuşu (1923)
* Gizli əl (1924)
* Damğa (1924)
* Dodaqdan qəlbə (1924)
* Axşam günəşi (1926)
* Bir qadın düşmənı (1927)
* Yaşıl Gecə (1928)
* Acımak (1928)
* Yarpaq tökümü (1939)
* Dəyirman (1944)
* Kızılcık dağları (1944)
* Miskinlər təkkəsi (1946)
* Xarabalıqların çiçəyi (1953)
* Kavak yelləri (1961)
* Son sığınacak (1961)
* Qan davası (1962)
* Atəş gecəsi (1953)
* Göy üzü (1935)
* Köhnə xəstəlik (1938)