Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Mustafa İsen. "Təzkirədən Bioqrafiyaya" əsəri və seçilmiş məqalələri. Həyatını və yaradıcılığını türk xalqlarının ədəbiyyat tarixinə həsr etmiş alimin elmi-filoloji yaradıcılığı. Uyğunlaşdıran: Narıngül

Müəllif:

Bələdçi


Kateqoriya:

Türkologiya



Qısa Təsvir:

Prof. Dr. Mustafa İsen. "Təzkirədən Bioqrafiyaya" əsəri və seçilmiş məqalələri... Həyatını və yaradıcılığını türk xalqlarının ədəbiyyat tarixinə həsr etmiş alimin elmi-filoloji yaradıcılığı. Uyğunlaşdıran: Narıngül. 


Baxış sayı: 706
    
    


Prof. Dr. Mustafa İsen


 "Təzkirədən Bioqrafiyaya"

və seçilmiş məqalələri...


Azəri türkcəsinə uyğunlaşdıran: Narıngül Nadir qızı


Elmi redaktorlar: Prof.Dr. Kamil Vəli Nərimanoğlu


Prof.Dr. Nəsib Göyüşov


Azərbaycan - Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasının ilk nəşrini görkəmli alim, ictimai-siyasi xadim, Azərbaycan xalqının böyük dostu, həyatını və yaradıcılığını türk xalqlarının ədəbiyyat tarixinə həsr etmiş olan Prof. Dr. Mustafa İsenin yaradıcılığına həsr etmişik. Onun ayrı-ayrı araşdırmaları və bir sıra elmi konfranslardakı məruzələrindən ibarət olan "Təzkirədən Bioqrafiyaya" adlı əsərini və "Varayım Gideyim Urumeline" kitabından bir neçə məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq bu nəşrə daxil etmişik. Məqsədimiz görkəmli alimin yaradıcılığı haqqında daha dolğun məlumat vermək, onun araşdırmaları ilə Azərbaycan oxucusunu daha yaxından tanış etməkdir. Gələcəkdə bu seriyanı davam etdirərək F. Körpülüzadə, İ.V Stebleva, V.Jirmunski, X.Koroğlu, M.Ergin, Y.Akpınar, A.V.Dıbo, Q.Abdurahmanov, Ə.V.Əlcülasun, D. Vasilyev, Ə.S.Sibqatulina, N.A.Baskakov və başqalarının yaradıcılığına müraciət etməyi nəzərdə tutmuşuq. İnanırıq ki, bu seriyadan nəşr olunacaq əsərlərin yalnız Azərbaycan fi lologiyası, elm və təhsili üçün deyil, ümumi mədəniyyətimiz üçün də çox böyük əhəmiyyəti olacaqdır.
Bu böyük layihəni maddi və mənəvi cəhətdən dəstəkləyən fikir və iş adamı Əli Polada və nəşr işindəki diqqət və qayğısına görə "Oskar" nəşriyyatının müdiri Namiq bəyə öz təşəkkürümüzü bildiririk...


ISBN 5-86874-528-3

 

© Prof. Dr. Mustafa İsenin