Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Türk dilində kimlik bildirən adlar...." (Qısa yozumları ilə). Rusiyada yaşayan yazıçı-tərcüməçi, fəlsəfə bilicisi və tədqiqatçının türk adları ilə bağlı kulturoloji araşdırması...

Müəllif:

Araz Gündüz


Kateqoriya:

Lüğətlər, ensiklopediyalar



Qısa Təsvir:

Araz Gündüz. "Türk dilində kimlik bildirən adlar...."   (Qısa yozumları ilə). Rusiyada yaşayan yazıçı-tərcüməçi, fəlsəfə bilicisi və tədqiqatçının türk adları ilə bağlı kulturoloji araşdırması... Bu kitabda verilmiş adların, duyub-bildiyimiz yerəcən qısa yozumlarını da vermyə çalışmışıq, bir də oxucularımızın özgürlüyünə, gözüaçıqlığına, sayıb-seçmək, götürqoy etmək bacarıqlarına güvənərək, adları qadın ilə kişi adları olaraq ayırd etməmişik.


Baxış sayı: 3054
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

Araz Gündüz

TÜRK DİLİNDƏ KİMLİK BİLDİRƏN ADLAR

(Qısa yozumları ilə)


YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 25 (2012)


Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov) - yazar-kulturoloq


YYSQ - Milli Virtual Kitabxana

Bakı - 2012


"Türk dilində kimlik bildirən adlar...." (Qısa yozumları ilə). Rusiyada yaşayan yazıçı-tərcüməçi, fəlsəfə bilicisi və tədqiqatçının türk adları ilə bağlı kulturoloji araşdırması...

Bu kitabda verilmiş adların, duyub-bildiyimiz yerəcən qısa yozumlarını da vermyə çalışmışıq, bir də oxucularımızın özgürlüyünə, gözüaçıqlığına, sayıb-seçmək, götürqoy etmək bacarıqlarına güvənərək, adları qadın ilə kişi adları olaraq ayırd etməmişik. Onu da deyək, Türkcə kimlik bildirən çoxsaylı adların içindən az bir sayısını seçib ayırmışıq, bu seçdiklərimizi bugünümüzdə işlənə biləcək adlar olaraq baxışlarınıza çatdırırıq. Başlıcası işi başlamaqdır, Sokrat demişkən, yaxşı başlanğıc kiçik iş olmasa da, ancaq o elə kiçik işlərdən də başlayır. Yəni, kimlik bildirən adlarımızı özümüzə qaytarmaq üçün, irəliyə doğru atılan bir-iki addım belə, bizi düzgün yönə aparmaqdadır, bu da bizcə, yerdə qalan çoxsaylı türkcə kimlik bildirən adlarımızın da işlək duruma düşməsini gündəmə gətirə bilər, necə deyərlər, köçün qabağı hara gedirsə, arxası da ora yönəlir.