
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Мурад Аджи
Без Вечного Синего Неба. Очерки нашей истории...
Мурад Аджи. - М.: Астрель: АСТ, 2010. - 576 с.
ISBN 978<5<17<065941<8 (ООО «Издательство АСТ»)
ISBN 978<5<271<27149<6 (ООО «Издательство Астрель»)
Мурад Аджи сделал то, что еще вчера считалось сделать невозможно. Рассказал о предшественнице Руси - степной державе Дешт-и-Кипчак (Великой Степи, Половецком поле), раздвинув тем самым диапазон отечественной истории на тысячу лет. Автор собрал малоизвестные страницы далекого прошлого России - страны, как выясняется, понастоящему неведомой читателю.
Охраняется законом РФ об авторском праве. Воспроизведение всей книги или любой ее части воспрещается без письменного разрешения издателя. Любые попытки нарушения закона будут преследоваться в судебном порядке.
Murad Acı
Moskalçılıq
(M. Acının “Qıpçaq çöllərinin yovşanı” kitabından bir parça)
“Moskal” sözü 14-cü yüzillikdə gündəmə gəlmişdi, Qızıl Orda üçün töycü toplayanları xalq içində belə çağırırdılar.* Rus xalqı içində dillərdə dolaşan bir söz də vardı: “Bax bir, necə moskallaşıbsa, adam ölməmişdən çəkmələrini çıxarıb götürür.”
“Moskal”—moskvalı demək deyildi. İstənilən adam moskal ola bilərdi, ancaq bunun üçün o, Kremlin buyuruqlarını qolubağlı yerinə yetirə bilən, öz sadizmi ilə öyünüb duyğulanan birisi olmalı idi. Amansız, alçaq duyğulu, uf demədən baş kəsməyi bacaran, hakimiyyətin opta qatını yaradan bu sürüyə moskallar deyirdilər. Onlar az qala pulsuz-parasız da hakimiyyətin keşiyində dayana bilirdilər.
Moskalları, düzgün desək bürokratiyanı, qazancdan çox ağalıq etmək yaraqlığı özünə çəkirdi. Özünün başqalarından üstün olmasını, onların üzərində ağalığı olduğunu dadıb-duymaq “sevincini” yaşamaq! Dolanışıqlarını isə onlar oğurluq və rüşvətlə qururdular. Moskalçılıq—dövlət qurğusunun yaratdığı siyasi olqu(fenomen) idi.
Moskalçılığın bütün dönəmlərdə diri qalmaq bacarığı, onun özünü xalqdan ayıra bilməsi “üstünlüyünün”, bir də çox çevik bir dönüklük “vergisinin” olması ilə ilgili idi.
İqtidarların sıradan gələn dəyişmələrində moskallar yeni iqtidara qolubağlı qul olaraq, dinməz-söyləməz boyun əyəcəklərini, satqınlıqdan belə çəkinməyərək qulluq göstərəcəklərini, ən başlıcası indiki iqtidarın yerinə yarayacaq başqa bir iqtidarın ola bilməyəcəyini biryolluq anladıqlarını, yaltaq andlarla anladırdılar. Bütün bunlar sanki bir gələnək biçiminə çevrilib yaşarılıq qazanmışdı.
Moskalçılıqın yeni doğuluşu çar Boris Qodunovun 1598-ci ildəki andiçmə törənində başlayir. Sonra, “mağmun” ayamalı çar Aleksey Mixayloviçin çağında ən uca ağalıq oturacaqlarına dırmaşmış moskallıq, Dəli Petronun(I Pyotr) çağında özünün sanki bir də dəyişilməyəcək iyrənc bişkinliyinə çatmışdır: qulluqda olan adamlar gəlib-getmiş, onların vərdişləri dəyişməz qalmışdır.
Belə baxanda rus bürokratiyasını alçaqlığa və qılıqsızlığa kimsə öyrətməmiş, bunların hamısını o özü görüb-götürmüş, ən çox da öz sıralarını sıx birləşdirmək bacarığı ilə seçilmişdir. O, istənilən uğurla başlayan işi elə poza bilir ki, buradakı yaxşılıq yamanlığa çevrilir, özü də bu yamanlıq moskala qazanc gətirir. Moskallığın yenilməzliyi və sürəkliliyi bundan törəyir.
Atalardan oğullara ötürülən bu iş-gücün yiyələri Kremlin buyuruq və tapşırıqlarını—dənizdə dalğaların yayıldığı sayaq, ən ucqarlara kimi ötürmüş, bütün ölkəni onun əlaltısına çevirmişlər. Moskvanın bu yöndə ilk böyük uğurlarından biri knyaz İvan Kalitanın çağında olmuşdur, belə ki, O, Orda xanından bütün Rusiyanın töycüsünü toplamaq üçün yarlık(mandat) alamışdı. Bax ona görə deyirlər ki, “Moskva birdən-birə tikilməyib”, ancaq bu “tikilmə” onun canına indi də yaşamaqda olan bir çox pisdiklər** də yoluxdurmuşdur.
Moskva alış-verişlə yox, özünün apardığı savaşları ilə yox, Qızıl Orda qarşısında özünü üzüyola apararaq aldığı ağalıq yaraqlığı ilə - özünün yurddaşlarına qarşı elədiyi yırtıcılıqla, soyğunçuluqla qalxmış, gəlişmişdir. Rus say-seçməsi(aristokratiyası) də bu qulluqda yetişib, boya-başa çatmış, yerini bərkitmişdir.
Yığılan töycünün ancaq bir kəsimi Ordaya ötürülürdü. Bir kəsimi göstərdikləri qulluğa görə onlara qalırdı, bir kəsimini eləcə oğurlayırdılar, bir də qoyulmuş ölçüdən artıq töycü yığmaqla da özlərini tuturdular. Qızıl Orda üçün töycünü bax belə toplayırdı bu moskallar. Moskva knyazı qabaqcadan deyilmiş gündə bütün Rusiyanın çarı sayılan Qızıl Orda xanının yığılan töycünü aparmağa gəlmiş elçisini qarşılamağa çıxırdı.
O çağlar Moskvada səfir olmuş ingilis C. Fletçer bu qarşılama törənini öz gözləri ilə gördüyü kimi yazıya almışdır:”Xanın elçisi atın üstündə oturur, Rus knyazı ayaq üstündə onun atını öz papağına doldurduğu vələmirlə yemləyir, bütün bu törən Moskva Kremlində baş verirdi”. Xan elçisinin atını öz papaqlarından yemləyən Moskva knyazları öldükcə onların yerinə yeniləri gəlirdi... “Sən nə yaman ağırsan ay Monomaxın papağı” deyimi də o çağlardan qalmadır. Qonşu knyazlıqları soyub-talamaqla quru yerdə qoymuş Moskva onların torpaqlarını özünə birləşdirməklə artdı, böyüdü...
DUYDURMALAR:
* Rus knyazlarının Qızıl Orda xanından töycü toplamaq yarlığı almaq üstündə iyrənc, qanlı çəkişmələr aparmasının çoxlu örnəkləri tarixdə yer almışdır, sonuncu belə qanlı çəkişmələr Moskva ilə Tver knyazları arasında baş vermiş, Moskva knyazının bu yarlığı biryolluq ələ keçirməsi ilə sonuclanmışdır. Burada qanlı 20 Yanvar günlərində, şəhidlərimiz torpağa tapşırılmamışdan, Azərbaycanın “ağalıq döşəyinə” yiyələnmək üçün başılovlu Moskvaya gedib, Kremlin qapısını kəsdirən mənliksizləri yada salmaq yerinə düşür.
** Pisdik--el içində sağalmaz, yolxucu xəstəliyə deyilir.
RUSCADAN ÇEVİRDİ: ARAZ GÜNDÜZ