
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Orxan Fikrətoğlu
"Vaxt"
(Hekayələr, povestlər və kinossenarilər)
İstedadlı Azərbaycan yazarının orijinal bədii nəsr əsərlərindən ibarət maraqlı kitabı...
Həyatı
Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnistitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini olub. Hazırda Mozalan satirik kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısıdır. Yeddi bədii nəsr kitabının, üç publisitik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb.
Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib.
Ailəlidir. Bir qızı var.
Şair Fikrət Sadıqın oğludur.
Yaradıcılığı
Filmoqrafiya
Ötən ilin son gecəsi (film, 1983), İşıqçı
Bəxt üzüyü (film, 1991) (Ramiz Əzizbəyli və Vaqif Səmədoğlu ilə birgə), Ssenari müəllifi
Qəzəlxan (film, 1991), kino redaktoru
Səs (film, 1993) , Ssenari müəllifi
Ümid (film, 1995), Ssenari müəllifi
Yük (film, 1995), aktyor
Solaxay (1996), Ssenari müəllifi
Ağ Kətandakı Adam (1998), Ssenari müəllifi
Ailə (film, 1998), kino redaktoru
Xalça Nəğməsi (1998) (Film Birinci Beynəlxalq Yalta Kinofestifalının baş mükafatını alıb), Ssenari müəllifi, rejissor
Qız qalası (film, 2000) , Ssenari müəllifi
Azərbaycana namus və sevgiylə (film, 2006), arxiv kadrlar
Ərazi (2006), Ssenari müəllifi, rejissor
Yalan (film, 2006), Ssenari müəllifi
Kəpənək (2007), Ssenari müəllifi
Qanadlarıma sığal çək (film, 2008), ssenari müəllifi