
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu
"Əxbərnamə"
(Talış - Lənkəran Xanlığının tarixindən)
Bakı - 2009
Çapa hazırlayan: İshaq Axundov
Redaktor: Seyidağa Onullahi.
Fars dilindən tərcümə edən: Əli Hüseynzadə
Azərbaycanın XVIII əsrin sonu-XIX əsrin əvvəllərinin sosial-iqtisadi və siyasi tarixinin hələ çox qaranlıq məqamları var. Həmin dövrdə İran və Rusiya Qafqazın, o cümlədən Azərbaycanın üzərində hökmranlıq uğrunda qanlı muharibələr aparırdılar. Azərbaycan bu muharibələrdə gah İran, gah da Rusiyaya meyl göstərməklə öz nisbi müstəqilliyini qorumağa can atan ayrı- ayrı xanlıqlar şəklində iştirak edirdi. Belə xanlıqlardan biri də Talış xanlığı olmuşdur. Oxuculara təqdim edilən "Əxbarnamə" əsəri həmin dövr Talış xanlığında cərəyan etmiş hadisələrinin bir çoxunda bilavasitə iştirak etmiş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu tərəfindən qələmə alınmışdır. Müəllif şəxsən şahidi olduğu, yaxud bilavasitə onlarda iştirak etmiş şəxslərdən eşitdiyi hadisələri çox canlı təsvir etmiş, hadisələrdə iştirak edən insanların və hadisələr cərəyan edən ərazilərin külli miqdarda toponimlərinin adını əsərdə göstərmişdir.
Əsər Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı olmaqla yanaşı Azərbaycanın tarixini və toponimiyasını tədqiq edən mütəxəsislər üçün də zəngin mənbədir.
| Bakı ilə arasında məsafə | 238 km |
| Əhalisi | 193700 nəfər |
| Nə ilə getmək olar | Avtonəqliyyatla - Bakı – Lənkəran avtobusları – 6 saat; Qatarla - Bakı – Astara – 9 saat |
Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşəlrələ örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14 C. Ən soyuq ay yanvar (+3,4 C), ən isti ay isə iyul ayıdır (+2,5 C). Yağıntıların illik miqdarı 1400 – 1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür.Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.
Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.
Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.
Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir.
Rayonun inzibati mərkəzi – yaşallağı qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası «lövbər yeri», yəni «liman» demək idi.
XVIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirildi.
Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.
Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı –məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.
Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri – xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.
Harada qalmaq olar
«Xəzər» mehmanxanası Tel. 5 35 21, Qonaq Evi Tel. 5 24 83, «Xanbulan» istirahət mərkəzinin Tel. (50) 361 47 08 şəraiti qonaqları qəbul etməyə imkan verir.
Harada nahar etmək olar
Rayonda milli mətbəxin ləzzətini və zənginliyini əks etdirən «Sahil» Tel. 5 25 92, «Dalğa», «Yaşıl ada» Tel. 4 45 34, «Meşəçi» Tel. 5 00 63 restoranları fəaliyyət göstərir.
http://azerbaijan.tourism.az/index.php?/az/topmenu_content/780

Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.
Lənkəran toponiminin tarixi
Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.
Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.
Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan - Ləngər və künan - yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.
Ləngkəran farsca - ləng, ləngimək, kəran - yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.
Lənkon talışca leynə, len - qamış, kon - (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvəllərinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.
Lənkəranın tarixi
Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə - lona qəbiristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi - Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.
Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.
XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.
27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirliklərə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər.
Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.
Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır.
Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi qəbul etmək düzgün deyil.
Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran (talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayında yüksək nüfuz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah hökuməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.
Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah hökuməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.
XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi. Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi.
1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı.
Lənkəran XIX əsrdə
XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.
XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.
Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.
1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-cu ildə isə Bakı quberniyasına daxil edildi.
XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.
Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80-ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.
Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil edirdi. Bununla yanaşı taxılçılıq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzində planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.
Dörd tarixi bölgü
XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar, Sütəmurdov idi.
Qala indiki B.Abbasov - MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.
Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili (qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.
Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).
Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvəllərində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəran memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.
Qoruqlar
Rayonda Hirkan Milli Parkı və Qızılağac dövlət təbiət qoruğu var. Hirkan milli parkında təbiətin ən qədim və nadir bitki və ağac növləri bitir. Hirkan dövlət qoruğu 1936-cı ildə yaradılmış, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Park elan olunmuşdur. Hirkan Milli Parkında cüyür, qaban, xallı maral və başqa meşə heyvanları yaşayır. Park relikt və endemik bitkilərlə zəngindir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
http://www.movqe.az/2011/09/08/read=26563
Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.
1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə cevrilmişdir. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkincilik, maldarlıq, bağcılıq, balıqcılıq, ipəkçilik və arıçılıq olmuşdur. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılmış, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Cin, Pakistan, Hindistanla ticarət əlaqələri yaradılmışdır.
1813-cü il Gülüstan sülh müqaviləsi ilə Azərbaycanın şimal hissəsi Rusiyaya qatıldıqdan sonra Lənkəran rus imperiyasının ucqarlarındakı əsas şəhərlərindən birinə çevrilmişdir. Şəhərdə taxta, kirəmit, kərpic zavodları, şəkər qamışından qənd, üzüm, balıq məhsulları istehsal edən sənaye müəssisələri yaradılmışdır. XVIII-XIX əsrlərdə Lənkəran xarici ölkələrə düyü, kətan, ipək, tərəvəz, meşə materialları, balıqçılıq məhsulları ixrac etmişdir. Bu məhsullar əsasən Rusiyaya ixrac olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti illərində Lənkəran iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə böyük uğurlar qazanmışdır.