Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Bakı və bakılılar" barədə xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında çoxlu cavab tapa biləcəksiniz.

Müəllif:

Qılman İlkin


Kateqoriya:

Azərbaycan ədəbiyyatı



Qısa Təsvir:

"Bakı və bakılılar"  barədə xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında çoxlu cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı və qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu nəşrdə köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.


Baxış sayı: 7668
    
    


Qılman İlkin

"Bakı və Bakılılar"

 

 

Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, keşməkeşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib saxlamışlar. Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı və qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu nəşrdə köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.

 

Müəllif barədə:


Qılman İlkin Bakının Mərdəkan kəndində anadan olub. 1936-cı ildə indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru olub.

Qılman İlkin "Çalpapaq", "Torpağın dərdi", "Teleqram", "Ultimatum", "Zənbil" kimi povest və hekayələrin, "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Dağlı məhəlləsi", "Madam Qədri", "Tayqa nağılı", "Körpə siyənək", "Hərənin öz aləmi, öz taleyi" kitablarının, "Şimal küləyi" romanının müəllifiidir.

"Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarini də Qılman İlkin yazıb.

O, xidmətlərinə görə müxtəlif dövrlərdə bir sıra mükafatlara layiq görülüb ("Qırmızı Əmək Bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, Azərbaycan Dövlət mükafatı və s.).