Yasir Fatehi:
Yasir Fatehi 1368-ci günəş ilində İranın şimal-qərbində Muğan Məntəqəsində Germi Şəhərində Anadan oldu. İbtidayi və mütəvəssitə dərslərini öz şəhərində başa yetirdi. 1386-cı günəş ilində Kermanşah şəhrinin Razi universitetinə daxil olub Kimi təhsilatini başladı. İndi isə (1390 – 2011) Germi şəhərində orta məktəblərdə Kimi müəllimi kimi çalışır.
Yasir Fatehi uşaqlıqdan Türk Ədəbiyyatına Əlaqə göstərirdi. O hələ uşaq ikən Azərbaycanın böyük şairlərini tanımağa başladı və gedə-ged yeni və klassik ədəbiyyatımızdan çoxlu nümunələr oxuduqdan əlaqəsi daha da çoxaldı. “Ustad Şəhriyar”ın “Heydərbabaya səlam” Poeması, “Bulud Qaraçorlu”nun əsərləri və “Əlağa Vahid”in qəzəlləri və sonralar “Molla Məhəmməd Füzuli”, “Səməd Vurğun”, “Bəxtiyar Vahabzadə”, “Molla Pənah Vaqif” “Molla Vəli Vidadi”, “Nüsrət Kəsəmənli” kimi şairlərin şerlərindən faydalanıb Şer deməyə başladı və sadə şerlər demək ilə bu işə məşğul oldu. 1386-da yazıb saxladığı birinci şerini dedi. 1387-ci ildə yola saldığı “Dədə Qorqud dicital kitabxanası”nda (www.dqk.blogfa.com) ədəbiyyatımızdan oxuyub tayp etdiyi nümunələr yerləşdirərkən daha artıq Azərbaycan ədəbiyyatı ilə tanşlığı artdı və bu məsələ də öz növbəsində şairin şerində çoxlu təsirlər qoydu. Şerlərində qoşma daha artıq gözə dəysə də gəraylı, sərbəst şer və qəzəl də şerlərinin içində vardır.
yasirfatehi@gmail.com
Hələ Sənsiz Yaşayacam
Sən gəlmədi sevgilim, mən
Hələ sənsiz yaşayacam
Sən gəlmədin bu ömrümün
Ağır yükün daşıyacam
Hələ sənsiz yaşayacam
Ağlayacam ümmanacad
Ümman sənə çatanacad
Gəlmədin sən, haçanacad
Bu soyuqda üşüyəcəm
Hələ sənsiz yaşayacam
Vüsalını dadmaq üçün
Aləmi oyatmaq üçün
Bir gün sənə çatmaq üçün
Bu dünyanı boşayacam
Hələ sənsiz yaşayacam
Gözüm yolda Cümə gələ
Cümələrin biri gülə
“yolçu” gözlə, hələ-hələ
Qəm üstə qəm döşəyəcəm
Hələ sənsiz yaşayacam
1390/6/18
On şeirdən ibarət e-kitab... Güney Azərbaycanın gənc şairindən ədəbi sevgi ərməğanı... On şeir bir elektron kitabda...