ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
"Bəyaz güllər". Stefan Sveyqin "Naməlum qadının məktubu" novellası əsasında səhnə üçün işlənmiş mono pyes. Mono pyes
səs - Adını çəkmək istəmədiyimiz məşhur bir yazıçı dağlarda keçirdiyi üç günlük istirahətdən sonar Vyanaya qayıtdı, vağzalda qəzet aldı, ayın tarixinə nəzər salınca yadına düşdü ki, bu gün ad günüdür, qırx bir yaşı tamam olur. Lakin o, nə sevindi, nə kədərləndi, taksiyə oturub evinə yollandı.
Xidmətçi ona evdə olmadığı günlər çalınmış telefon zənglərindən danışdı və bir yığın məktub verdi. O, kreslosunda oturub çay içə-içə tənbəlcəsinə məktubları gözdən keçirtdi. Qalın, az qala hekayə əlyazmasını xatırladan bir məktub diqqətini cəlb etdi.
Zərfin üstündə, nə də vərəqlərin sonunda ad-familiya, ünvan yazılmamışdı. “Qəribədir...” deyə düşündü. Siqar yandırdı. Maraqla oxumağa başladı: “Sənə yazıram, sənə - heç zaman məni tanımayan...”