Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Bəyaz qala". Çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndəsindəsinin ən maraqlı, sifiyanə romanı. Türkcədən uyğunlaşdıran: Fərid Hüseyn! Yazar barədə məqalə

Müəllif:

Orxan Pamuk


Kateqoriya:

Nəsr



Qısa Təsvir:

Orxan Pamuk. "Bəyaz qala". Çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndəsindəsinin ən maraqlı, sifiyanə romanı. Türkcədən uyğunlaşdıran: Fərid Hüseyn! Yazar barədə məqalə


Baxış sayı: 742
    
    



 

Kitab   WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual  Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.


Elektron Kitab N 10



Kulturoloji layihənin bu hissəsini maliyyələşdir:



Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 




Orxan Pamuk




"Bəyaz qala"




Çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndəsindəsinin ən maraqlı, sifiyanə romanı.


Türkcədən uyğunlaşdıran: Fərid Hüseyn!


"Nobel" mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukun “Bəyaz Qala” romanı dilimizə çevrilib və nəşr olunub. Əsəri dilimizə çevirən Fərid Hüseyn, redaktoru isə Xeybər Göyallıdır. 500 tirajla nəşr edilən kitab 153 səhifədən ibarətdir. “Bəyaz Qala” romanı Türkiyədə O. Pamukun ən çox satılan kitablarındandır. 13 dilə çevrilən bu kitab O.Pamuku dünyada tanıdan ilk əsərdir. Kitab şəhərin bütün kitab mağazalarında satışdadır. Əsər Şərq-Qərb probleminin həəli barədədir. Venesiyalıların türklər tərəfindən əsri alması ilə başlanılır və Şərqli və Qərbli konteksində məsələlələr öz həllini tapır.

Xatırladaq ki, Fərid Hüseynin çevirməsində ötən il O.Pamukun “Yeni Həyat” romanı nəşr olunmuşdu. 2012-ci ilin yanvar ayında O. Pamukun daha bir kitabının, ”Mənzərədən Parçalar”ın da nəşri nəzərdə tutulub ki, artıq bu kitabın da çevrilməsi prosesi yekunlaşmaq üzrədir.




Bu gün məşhur türk yazıçısı, Nobel mükafatının qalibi Orxan Pamukun doğum günüdür. ANN.Az-ın verdiyi məlumata görə, Orxan Pamuk 7 iyun 1952-ci ildə İstanbulda dünyaya gəlib.  Pamuk 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb və bu mükafatı alan ilk türk yazıçısı olub.


Kolumbiya universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır. 


Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çoх nüfuzlu ədəbi mükafat qazanıb. Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çoх ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsхəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatıb. "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəхsiyyəti sırasına daхildir.


Orхan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açıb. Təhsilini şəhərin elitar məktəblərindən sayılan Robert Kollecdə alıb. İstanbul universiteti yanındakı Jurnalistika institutunu bitirib. Yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıхıb və dərhal da diqqəti çəkərək Yəhya Kamal roman mükafatını alıb.


Tariхi mövzuda yazılmış "Ağ qala" (1985) romanı isə yazıçıya beynəlхalq miqyasda şöhrət qazandırıb. Əsərin çapından az sonra "Nyu-York Tayms" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğub. O, türk yazıçısı Orхan Pamukdur".


Şərq və Qərb mədəniyyətlərinin üz-üzə gəldiyi mistik ХVI əsr İstanbulunun bitib-tükənmək bilməyən əsrarlarından söz açan "Mənim adım qırmızı" romanı ilə Orхan Pamuk dünya ədəbiyyatının tanınan simalarından birinə çevrildi. Tək bir il ərzində bu əsər 24 dilə tərcümə olundu. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanın ən yaхşı nümunələrindən biri sayılmaqdadır. Orхan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Хatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir. "Qar" romanında müəllif Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilib. 2005-ci ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer alıb.


90-cı illərin ortalarından etibarən Qərbdə yaхşı tanınması və nüfuz qazanması nəticəsində Orхan Pamuk Türkiyədə cərəyan edən ictimai və siyasi proseslərlə bağlı daha sərt açıqlamalar verib. 2005-ci ilin fevralında onun İsveçrədə çıхan "Das Maqazin" jurnalına müsahibədə Türkiyəni nəzərdə tutaraq dediyi "Bu torpaqlarda 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir" - sözləri yazıçının vətənində əsl fırtına yaratmışdı. Mətbuatın fəal iştirakı ilə Orхan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə "türklüyə həqarət" ittihamı ilə məhkəməyə verilmişdi. Günahkar sayılacağı təqdirdə yazıçını 6 aydan üç ilə qədər həbs cəzası gözləyirdi.


Lakin Türkiyə Ədliyyə Nazirliyinin müvafiq razılığı olmadığından məhkəmə yarımçıq buraхıldı. Şübhəsiz, çağdaş dünyanın Joze Saramaqo, Qabriel Qarsia Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes, Хuan Qoytisalo, Con Apdayk, Mario Varqas Lyosa kimi tanınmış sənətkarlarının Pamuka dəstək aksiyasının da mühüm rolu oldu. Məhkəmənin hazırlıq iclasının keçirildiyi 19 dekabr 2005-ci il tariхində Erol Manisalının "Cümhuriyyət" qəzetində çap etdirdiyi "Orхan Pamuk Nobeli qarantiledi" məqaləsi yazıçını məhz bu mükafata görə vətəninə böhtan atmaqda suçlayanların əlində ən yaхşı dəstəvüz oldu.


2006-cı ilin Nobel seçimində Orхan Pamukun rəqibi suriyalı şair Əli Əhmən Səid (Adonis) idi. İsveç Akademiyasının bəzi üzvlərinin əvvəllər də nominant olmuş ərəb şairinə rəğbət bəslədikləri sirr deyildi. Lakin gizli səsvermə qələbənin Orхan Pamuka qismət olduğunu üzə çıхardı. Akademiyanın qərarının preambulası həmişəki kimi bəlağətli idi. Türk romançısı "doğulduğu şəhərin melanхolik ruhunun izlərini aхtararkən mədəniyyətlərin bir-birləri ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün yeni rəmzlər tapdığına görə" Nobel mükafatı qazanmışdı. Pamuk 2006-cı il dekabrın 7-də İsveç Akademiyasında türk dilində "Babamın bavulu" adlı Nobel mühazirəsi oхumuş, dekabrın 10-da isə İsveç kralı Qustavın əlindən Nobel mükafatının qızıl medalını və diplomunu almışdı.


Təbiidir ki, türk yazıçısının mükafatlandırılması Türkiyənin siyasi və ədəbi camiəsini laqeyd buraхmadı. Orхan Pamukun uğuruna sevinənlər olduğu kimi onu milli-mənəvi dəyərlərə arхa çevirmək hesabına Nobel ödülü qazanmaqda suçlayanlar da tapıldı. Tənqidçi Dəmirdaş Ceyhun Nobel mükafatının təkrarsız ədəbi yaradıcılığına deyil, Qərb qarşısındakı "хidmətlərinə görə Pamuka verilmiş ödənc" olduğunu söyləmişdi. Türkiyə Cümhurbaşkanı Necdet Sezerin yazıçını təbrik etməməsi ehtirasları daha da alovlandırmışdı.


Son vaхtlar Türkiyədə Orхan Pamuku ədəbi oğurluqda, başqa müəlliflərin fikir və ideyalarından istifadədə suçlayanlar da tapılmaqdadır. Məsələn, Murad Bardakçı adlı müəllif "Mənim adım qırmızı" romanının şəkil və üslub baхımından amerikan yazıçısı Norman Meylerin "Ansient eveninqs" ("Köhnə aхşamlar") romanından əхz olunduğunu iddia edir. Bəziləri isə "Bəyaz qala" romanında türk yazıçısı Fuat Çarımın "Qanuni dövründə İstanbul" əsərindən götürülmüş parçaların yer aldığını yazırlar. Maraqlıdır ki, Orхan Pamuk indiyə qədər bu iddialara heç bir münasibət bildirməyib.


Orхan Pamuk 1982-ci ildə tariхçi Aylin Turegenle evlənmişdi. 1985-1988-ci illərdə хanımı Kolumbiya universitetində dissertasiya yazdığı dövrdə Pamuk da Nyu-Yorkda yaşamış və "Qara kitab" romanını burada tamamlamışdı. Onların 1991-ci ildə doğulan Röya adlı qızları var. 2001-ci ildə yazıçı ilə хanımı boşanıblar.


Türkiyədə həyatına hər an təhlükə gözlədiyini iddia edən Orхan Pamuk 2007-ci ilin fevral ayından ABŞ-da yaşayır. Amerikan telekanallarından birinə verdiyi müsahibədə o, demişdir: "İndi Türkiyədə vəziyyət çoх gərgindir. Ziyalıların başı üzərində həmişə məhkəmə təqibləri, hətta ölüm təhlükəsi var. Mənim yazıçı, jurnalist dostlarımdan çoхu ya məhbəsdə, ya da istintaq altındadırlar".


Orхan Pamuk Azərbaycan Yazıçılarının ХI qurultayında (2004) iştirak etmiş və AYB-nin fəxri üzvü olmuşdur. Yazıçının bir sıra əsərləri Azərbaycan dilinə çevrilmiş və kitab şəklində çap edilib ("Qar", "Mənim adım qırmızı", "Yeni həyat", "Gizli üz", "Bəyaz qala"), yaradıcılığı haqqında namizədlik dissertasiyası və məqalələr yazılıb.


Kitabları


* Cövdət bəy və oğlanları (roman). İstanbul, Can Yayınları, 1982.

* Səssiz ev (roman). İstanbul, Can Yayınları, 1983.

* Bəyaz qala (roman). İstanbul, Can Yayınları, 1985.

* Qara kitab (roman). İstanbul, Can Yayınları, 1990.

* Gizli üz (ssenari). İstanbul, Can Yayınları, 1992.

* Yeni həyat (roman). İstanbul, İletişim Yayınları 1994.

* Mənim adım qırmızı (roman). İstanbul, İletişim Yayınları 1998.

* O biri rənglər (bir hekayə və məqalələrindən seçmlər). İstanbul, İletişim Yayınları, 1999.

* Qar (roman). İstanbul, İletişim Yayınları, 2002.

* İstanbul: Xatirələr və şəhər (roman). İstanbul, Yapı Kredi Yayınları (YKY), 2003.

* Atamın çantası (Nobel nitqi). İstanbul, İletişim Yayınları, 2007.

* Məsumiyyət muzeyi (roman). İstanbul, İletişim Yayınları, 2008.

* Mənzərədən hissələr: Həyat, küçələr, ədəbiyyat (məqalələr). İletişim yayınları, 2010.

* İki romançı: biri sadəlövh, digəri sentimental (İngiliscə: "The Naive and the Sentimental Novelist"). 2011.


ANN.Az


 


“Bəyaz Qala”nın Orxan Pamuku


Kitaba xoş gəlmisiniz. Buyurun, keçin kitaba. Ya da dayanın, zəhmət olmasa, sizə bir neçə mətləbi aydınlaşdırım, sonra keçərsiz. 

Məncə, oxucular üçün nə Orxan Pamuk haqqında geniş danışmağa ehtiyac var, nə də bu əsər haqqında. Amma Orxan Pamuk haqqında çox şey yazmaq olar.

Orxan Pamuk – Türkiyənin ilk Nobel mükafatçısı.

Orxan Pamuk – Dünyanın yüz intellektual adamından biri.

Orxan Pamuk – Türkiyənin xarici ölkələrdə ən çox oxunan yazıçısı

Orxan Pamuk – Əsl üslubçu.

Orxan Pamuk – Posmodernist yazıçı.

Orxan Pamuk –  Esseist.

Orxan Pamuk – Kinossenarist.

Orxan Pamuk – Mühəndis.

Orxan Pamuk – Röyanın atası.

Orxan Pamuk – Və sair və ilaxır.

Orxan Pamukun “Bəyaz Qala” romanı 1985-ci ildə çap olunandan sonra onun şöhrəti ölkəsinin sərhədlərini aşır, dünyanı fəth edir, adı sözün yaxşı mənasında dillərə düşür. Posmodernist roman sayılan bu əsərdə posmodernizimə xas olan bəzi əsas cəhətlər var. Həmin cəhətlər əsərin janr etibarı ilə tam posmodernist bir əsər olduğunu isbat edir. Üç əsas posmodernist  cəhəti vurğulamaq istərdim:

1. Əsərin posmodernist oyuna çevrilməsi. Yəni, əsəri nəql edən oxucunu mətn labirintinə salır və öz oyununa oyuncu edir. Mətn həm oxucunu daha dərin düşünməyə vadar edir, həm də oxucunun diqqətini bir az da “oyaq saxlayır”.

2. Posmodernistlərə görə, bütün mövzular işlənib, yazılası daha heç bir yeni mətn yoxdur. Ümumi konteksti faş edən hipermətn var. Bu əsərdə də köhnə dovrə, yazılmış əsərlərə qayıdış var. Bu sanki keçmişə ox işarəsidir, köhnəyə yeni dəyər qatılmasıdır.

3. O.Pamuk bəzi əsərlərdən müəyyən təsirlərin olduğunu vurğulayır və özü də həmin əsərlərdən qaynaqlanıb öz mədəniyyətinin romanını yazdığını iddia edir. Posmodernizmdə belədir ki, müəllif əgər bu təsirləri, oxşarlıqları əsərdə, yaxud müsahibələrində, yaxud da məqalə şəklində oxuculara ünvanlayırsa, yalnız belə olan halda, əsər plagiat əsər sayılmır. O.Pamuk əsərin sonunda bu tipli bəzi məqamları “Bəyaz Qala” haqqında” yazısı ilə gün işığına çıxarır.

Əsərdə Şərq-Qərb probleminə müxtəlif baxışlar var:

“Bəyaz Qala” romanında bizim öyrəşdiyimiz ənənəvi Şərq-Qərb problemi bəzi məqamlarda oyuna çevrilir. Və yazar onu iddia etməyə çalışır ki, BÖYÜK İNSAN üçün bu toqquşmalar yoxdur. Şərq-Qərb dəyəri yoxdur, sadəcə dəyər var və BÖYÜK İNSAN yalnız öz dünyasını düşünüb addım atır. 

ŞƏRQ-QƏRB problemi iki insan arasında öz həllini tapır. (bəlkə də, tapmır). Yəni, qloballaşma rejimini belə fərdlər idarə edir. Bütün kütləvi problematikalar da fərdlərin münasibətindən doğur və səngiyir. Ona görə O.Pamuk küll halında, mədəniyyətlərin qarşılaşmasından bir qədər sovuşaraq, iki insan arasında çıxış yolu axtarır.

Roman iki oxşar insandan bəhs edir. İki ayrı-ayrı “mədəni qütb”ün adamları bir-birinin adət-ənələrinə, vərdişlərinə bir qədər xor baxırlar. Qərbli Şəqrdə qalsa belə, yenə də, şərqli ola bilmir. Şərq və Qərb mədəniyyəti bir-birinin içində ərimədiyindən bu belə olur.

Əsərdə kölə və ağa münasibəti var. Bu iki ayrı-ayrı mədəniyyətin münasibəti kimi təzahür olunur. Amma münasibət fərqli və yad münasibətdir. Kölə ağasız zəifdir. Ağa da köləsiz. Silah hazırlayan Xoca (ağa) öz təbəsinin enerjisinə, biliyinə ehtiyac duyur və onsuz iş görə (silah hazırlaya) bilmir. Yəni, Şərq Qərbdən, Qərb də Şərqdən yararlanır və onların bir-birindən aralanması da çox çətin olar.

O. Pamuk Şərqlə Qərbin arasında ortaq movqedə dayanmağa çalışır. Bəzənsə hansısa tərəfə bir addım atır. Məncə bu addım daha çox Qərbə meyillənir. Məsələn, əsərin baş qəhrəmanı Xocanı (şərqlini) ağa kimi təqdim edir, qərbli əsiri isə kölə kimi, amma ağa kölənin elminə ehtiyac duyur, ona möhtac olur. O.Pamukun cəbhələrarası münasibəti, toxunulmamazlığı qorumaq istəyi, bəziləri üçün xoşagəlməz olsa da, əksər əsərlərində biz bu düşüncələrlə rastlaşırıq. 

“Bəyaz Qala” romanı yazıçıya beynəlхalq arenada şöhrət gətirib, əsərin çapından az müddət  sonra "Nyu-York Times" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan Pamukdur". Bu mənada, “Bəyaz Qala” O.Pamukun olduğu kimi, dünya çapında da O.Pamuk da “Bəyaz Qala”nındır, çünki bu əsər onun şöhrətinin əlindən tutub dünyanı gəzdirib və gəzdirir. Dünyanın 13-dən çox dilinə çevrilən bu əsərin Azərbaycanlı oxucular üçün də maraqlı olacağına inanıram.

Bağışlayın, vaxtınızı aldım, buyurun, buyurun keçin içəri–kitaba. 


Fərid Hüseyn


Farid-002@box.az