Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Fələk və mən". Seçilmiş əsərləri. I cild. Gəncədə yazıb-yaradan şairənin lirik və uşaq şeirlərindən ibarət poetik toplusunun e-variantı.

Müəllif:

Aləmzar Əlizadə


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Aləmzar Əlizadə. "Fələk və mən". Seçilmiş əsərləri. I cild. Gəncədə yazıb-yaradan şairənin lirik və uşaq şeirlərindən ibarət poetik toplusunun e-variantı.


Baxış sayı: 690
    
    


Kitab   WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual  Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.


Elektron Kitab N 9


Kulturoloji layihənin bu hissəsini maliyyələşdir:


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 

 

 

Aləmzar Əlizadə


 

"Fələk və mən"


Seçilmiş əsərləri


I cild

 

Gəncədə yazıb-yaradan şairənin lirik və uşaq şeirlərindən ibarət poetik toplusunun e-variantı.

 

 

Aləmzər Əlizadənin yaradıcılıq gecəsi



    
İnsan ömrü həmişə hardasa bir az kədərə, bir az da dərdə möhtac olur.Bəlkə də cilalanmaq üçün.Amma,yollar öz uzunluğuyla öyünə bilmədiyi kimi ömür də öz müddətinə görə fəxr edə bilmir.Nə qədər uzun olsa da ömür yolu, onun əvvəli də, axırı da insan  hissinə, duyğusuna möhtacdır.Şair Aləmzər Əlizadə üçün də ömür bir bağçadır. Gülləri isə duyğular...

    Yaradıclıq qaynar bulaqdır.Amma, baxır hara axır.Bu sözləri deyəndə əlbəttə, istedadın cilalanması, ya da onun hardasa müəyyən dərəcədə istiqamətlənməsi nəzərdə tutulur.Lakin, insan ömrü bir istedadın tam olaraq dəyərləndirilməsi üçün azlıq edir.

    Şair ömrü bir az duyğulu,bir az qayğılı olur deyirlər.Bir də bir az kədərli.Axı onun ömrünə bir xalqın,bir millətin taleyi yüklənir,ürəyində bir vətənin baharı-qışı yer tapır. Aləmzər Əlizadə isə neçə ildi yol gəldiyi ömür yolunda öz arzuları, maraqları ilə dünyanı əlvam edən uşaqlarla həyan olub. Onun uşaqlar üçün yazdığı şeirlər də balaca fidanların qayğısız dünyasının tərənnümüdür...Nigar Rəfibəyli adına Gəncə şəhər 43 saylı orta məktəbdə şairin yaradıcılıq gecəsi keçirildi. Məktəbin müəllim və şagird heyəti ilə görüşdə Aləmzər Əlizadənin incə duyğularının əksi olan incəsənət dünyasına nəzər salındı. Şairin 60 illik ömründə onun mənəvi aləminin ziyasından uşaq aləminə saçılan nur payından danışıldı.

    Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim, həmçinin, şairin qələm dostları da çıxış edərək, onun yaradıcılığından  danışdılar. Səbəbkarın özü isə onun şeiriyyət dünyasına yüksək qiymət verənlərə təşəkkür etdi.

    Tədbir məktəblilərin şairinşeirlərinə hazırladığı kompozisiya ilə davam etdi.

 

Türkan Baxşıyeva