Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ölülər" (Mirzə Cəlilin eyni adlı pyesi əsasında). Dörd məclis və beş pərdəli komediya. YYSQ-nin e-nəşri N 39. Elektron kitab

Müəllif:

Aqil Abbas


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

 


Baxış sayı: 112
    
    


 

 

www.kitabxana.net



Milli Virtual Kitabxananın təqdimatında

YYSQ-nin e-nəşri N 39. Elektron kitab




 

Aqil Abbas


"Ölülər"


(Mirzə Cəlilin eyni adlı pyesi əsasında)


Dörd məclis və beş pərdəli komediya




MÜƏLLİFDƏN

 

 

Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə Cəlil elə bir yazıçıdır ki, yüz dəfə oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ayrı bir dünya açılır. Mirzə Cəlilin vaxtında bilmirəm neçə Qurbanəli bəy olub, neçə Novruzəli, neçə Xudayar bəy, neçə Şeyx Nəsrullah... amma bunlar indi o qədər çoxdular ki?! 

   

   Çoxdandı məni ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə qədər eləyirdim o dərdi içimdən çıxara bilmirdim, yaza bilmirdim. Gücüm çatmırdı. Bilmirəm neçənci dəfədi yenidən "Ölülər"i oxuyurdum. Və Mirzə Cəlil əlini əbədi dünyadan atdı mənim qəlbimdəki o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni bağışlayarmı ki, mən onun "Ölülər" əsərini belə yazmaq qərarına gəldim?!

   

   Söz hörmətli oxucunundu.

 

E-nəşrin redaktoru:

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

 

   

 

Müəllifin "Dolu" romanını buradan oxuyun:


http://kitabxana.net/?oper=readBook&id=448