Eldəniz Əmirov. "İnsan həyatının qeyri-adi riyazi düsturları". Elmi-kütləvi publisitika. Son illərdə elmin və texnikanın inkişafı ilə bağlı olaraq müxtəlif sahələri əhatə edən, əvvəllər heç vaxt toxunulmamış mövzulara aid əsərlər işıq üzü görür. E. Əmirovun yazdığı "İnsan həyatının qeyri-adi riyazi düsturları" adlı kitabı da bu qəbildən olan əsərlər siyahısındadır. İnsanların normal həyat yaşaması üçün öz ömür paylarından yuxu, təhsil, yol və s. kimi müxtəlif proseslərə məcburi şəkildə zaman sərf etməli olurlar. Bu kitabda məhz bu bu qəbildən olan zaman itkisinin hesablanma yolları tapılaraq düsturlar şəklində verilmişdir.
Eldəniz Əmirov. "Açılmayan səhər". Kəskinsüjetli detektiv romanda insan alveri, mafiya, polis polkovnikinin qəhrəmanlığı, psixası korlanmış manyak, qəribə sevgi olayları və çoxsaylı cinayət hadisələri öz əksini tapıb... “Çağdaş Azərbaycan nəsri”: 18 (119 - 2013)