Nigar İsmayılqızı. Sevgi deyilmi. Gənc şairənin lirik şeirlrindən ibarət lirik e-kitabı. Nigar İsmayıl qızı Quliyeva 1989-cu il aprel ayının 29-da Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhəri Nərimanov rayonu 82 saylı orta məktəbi, 2012-ci ildə isə Elm və Təhsil Mərkəzi - “Təfəkkür” Universitetinin filologiya fakültəsini bitirb. İlk dəfə olaraq 2002-ci ildə öz daxili aləmini, duyğularını, hisslərini qələm ilə dilə gətirməyə başlayıb, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetik nümunələri işıq üzü görür...