Hacı İsmayıl bəy Qutqaşınlı. "Əsərləri”. XIX yüzil Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından biri, rus ordusunun generalı, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü Hacı İsmayıl bəy Qutqaşınlının (1809-1861) ədəbi irsinin çox az qismi bizə gəlib çatmışdır. Azərbaycan oxucusu onu əsasən “Rəşid bəy və Səadət xanım” hekayəsinə və “Səfərnamə” yol qeydlərinə görə tanıyır. Bu kitaba Qutqaşınlının məktubları, həyat və yaradıcılıq yolunu işıqlandıran məqalələri də daxil edilib.