Aida İmanquliyeva hələ 1975-ci ildə Cübran Xəlil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının həyat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi aspektdə də təhlil etmişdir.