Çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə yaranmış paradoksu incələməkdən öncə, hər ehtimala qarşı, kiçicik girişvari açıqlama verməyə ehtiyac duyuram. "Girişvari" ona görə ki, əslində qarşıma qoyduğum məsələ özü-özlüyündə elə böyükdür ki, ona giriş müvafiq olaraq çox yer tutmalıdır. "525-ci qəzet"in hörmətli oxucularını elmi terminlərlə "yüklənmiş" yazı ilə yormaq istəmədiyimə görə qısa qeydlərlə kifayətlənməyi rəva bilirəm.