İqtisadi-innovativ məqalələr toplusu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsi çərçivəsində nəşrə hazırlanaraq yayımlanır.
Monoqrafik kitabda istedadlı Azərbaycan şair-publisiti, tanınmış alim, "Ədəbiyyat qəzeti"nin baş redaktorunun birinci müavini Adil Cəmilin bədii-poetik yaradıcılığı araşdırılır, dövrümüzün humanitar-mədəni düşüncəsindəki yeri haqqında dəqiq fikirlər yer alıb.
"Milli zəka". Elmi-publisistik dərginin I sayı. Nəşrdə müxtəlif imza sahiblərinin - yazıçı, şair, alim, publisist və başqalarının məqalələri, araşdırmaları yer alıb...
"Fokus" - Analitik kinojurnalı. N 2 (8 - 2012). Jurnal Gənc Film İstehsalçıları Assosiasiyasının “İxtisaslaşmış art nəşrlər və “Yaradıcı Gənclərin Kino Evi” yaradıcı gənclərin və art jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılma vasitəsi kimi” layihəsi çərçivəsində nəşr olunur.
"Fokus" Analitik kinojurnalı. N 1 (7 - 2012). Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunmuş FOKUS bu dəfə daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb. Ötən il Kann Film Festivalının “Qızıl palma budağı” mükafatını qazanmış Terens Malikin “kino fəlsəfəsi” iki kinoşünas tərəfindən müzakirəyə çıxarılıb. Master klass, peşəsi prodüser, sərbəst mövzu, rakurs, nəzəriyyə və digər bölümlərdə də dünyanın ən son kino hadisələri və prosesləri haqqında özəl olaraq maraqlı materiallar hazırlanıb.
"Film Fiction": əsası həvəskar bir neçə gənc tərəfindən qoyulan Azərbaycanda ilk elektron film jurnalıdır. Yükləyib oxuya biləcəyiniz, PDF formatlı bu jurnal əminik ki, kinomanların zövqünü oxşayacaq..