Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
"Əkinçi" (1875-1877). Azərbaycan milli dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzetinin tam mətni...

Həsənbəy Zərdabi (Məlikov)

(müəllif)

Qısa Təsvir:

Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan, Azərbaycan milli dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzeti (1875-1877) xalqımızın mənəvi sərvəti, mədəniyyət tarixinin qızıl səhivələrini təşkil edir. 56 sayı ilə milli intellektualların silahına çevrilmiş, onları formalaşdırmış "Əkinçi"nin tam mətni bu kitabda əks olunub.  


Baxış sayı: 3395
    
    


    
İctimai və humanitar elmlər: zaman kontekstində baxış... (“Bir roman, hekayə və ya poema adı çəkmək mümkündümü ki, cəmiyyətimizdə böyük maraq doğursun?”)

Ramiz Mehdiyev

(müəllif)

Qısa Təsvir:

İctimai və humanitar elmlər: zaman kontekstində baxış... (Ramiz müəllim sual edir: “Bir roman, hekayə və ya poema adı çəkmək mümkündümü ki, cəmiyyətimizdə böyük maraq doğursun?”)


Baxış sayı: 3811
    
    


    
Azərbaycan ədəbiyyatı kommunizmə qarşı döyüşüb. 1937-ci il qanlı siyasi-dövlət repressiyalarından 72 il ötür...

Elçin Qaliboğlu

(müəllif)

Qısa Təsvir:

30-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. Ancaq heç bir zaman əsl ədəbiyyat zamana tabe olmayıb. Məgər ilahi dastan şairi, bədiyyat ustası dahi Nizaminin İsgəndəri tarixi reallıqdakı İsgəndərdirmi?


Baxış sayı: 3458
    
    


    
"Quran simvolizmi və klassik Şərq poeziyasında Gözəlin vəsfi" (Sufizm barədə düşüncələr silsiləsindən...)

Aida Qasımova

(müəllif)

Qısa Təsvir:

İbn Ərəbi fəlsəfəsində Mütləq varlığın qadın gözəlliyi vasitəsilə dərki öz poetik təcəssümünü onun "Tərcümani Əşvaq" (Ehtirasların izahı) əsərində tapıb. Şərqin böyük mistiki bu əsəri Məkkədə rast gəldiyi fars gözəli Nizama həsr edib. İbn Ərəbi "Tərcümani Əşvaq"da dönə-dönə vəsf etdiyi Nizama həmin əsərin müqəddiməsində təriflər yağdırdıqdan sonra bildirir ki, bu əsərdə xatırladığım ad və üzərində göz yaşı axıtdığım oba ona (Nizama) aid olsa da, mən bununla sufilərin tutduğu yola müvafiq ilahi anlamları, ruha xas açıqlamaları, uca münasibətləri nəzərdə tutmuşam.


Baxış sayı: 3765
    
    


    
Sufizmin yolu: islamdan uzaqlaşma, yoxsa islamla uzlaşma? (Şərq təriqəti barədə maraqlı məlumatlar)

Aida Qasımova

(müəllif)

Qısa Təsvir:

Sufizmin və irfani düşüncənin İmam Ğəzali, ibn (əl) Ərəbi, Cəlaləddin Rumi, Hafiz və Füzuli kimi nümayəndələrini yada salmağımız haqqında söhbət gedən istiqamətin möhtəşəmliyindən xəbər verir.İlk öncə qeyd etmək istərdik ki, islam daxilində cücərmiş hər bir təriqət kimi sufizm də ilk növbədə Qurani Kərimə əsaslanıb, öz əsas prinsiplərini müqəddəs ayə və hökmlərdən əxz etdiyini bildirib.


Baxış sayı: 3183
    
    


    
Azərbaycan arxeologiyası. I cild. Monoqrafiya kimi yazılsa da, dərslik kimi istifadə oluna bilər: tarixçilər, tarixi sevənlərə ərməğan...

Vəli Baxşəliyev

(müəllif)

Qısa Təsvir:

Kitabda Azərbaycanın ən mühüm abidələri haqqında məlumat verilmiş, arxeoloji mədəniyyətlərin tarixləndirilməsi və etnik mənsubiyyəti ilə bağlı bəzi məsələlərə toxunulmuşdur.
Kitab Azərbaycanın qədim mədəniyyətləri haqqında bütöv təssəvvür əldə etməyə, Azərbaycan arxeologiyasının problemlərini göz önünə qoymağa imkan verir. Kitab ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Baxış sayı: 3512
    
    


    
"Sükutun poeziyası"na ön söz. (C.X.Cübran imzası Azərbaycan oxucusuna XX əsrdən etibarən şərqşünas alim Aida İmanquliyevanın əsərlərindən tanışdır)

Nərgiz Paşayeva

(müəllif)

Qısa Təsvir:

 Aida İmanquliyeva hələ 1975-ci ildə Cübran Xəlil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının həyat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi aspektdə də təhlil etmişdir.


Baxış sayı: 3334
    
    


    
"Nostradamusun möcüzəli aləmi" (Mişel Nostradamusun sirlərlə dolu öngörmələrinə Azərbaycanlı alimin 876 səhifəlik şərhləri)

Qəzənfər Paşayev

(müəllif)

Qısa Təsvir:

"NOSTRADAMUSun möcüzəli aləmi" (Mişel Nostradamusun sirlərlə dolu məşhur öngörmələrinə Azərbaycanlı alimin 876 səhifəlik xüsusi şərhləri)


Baxış sayı: 4538
    
    


    
"Postmodernist sənət". Tanınmış Rusiya filoloqu və kulturoloqundan dövrün aktual sənət cərəyanı barədə dəyərli elmi araşdırma...

İrina Nikitina

(müəllif)

Qısa Təsvir:

İrina Nikitina. "Postmodernist sənət". Tanınmış Rusiya filoloqu və kulturoloqundan dövrün aktual sənət cərəyanı barədə dəyərli elmi araşdırma...


Baxış sayı: 3309
    
    


    
"Rejissor haqqında paradoks. Vaqif İbrahimoğlu - 60, "Yuğ" teatrı - 20"

Məryəm Əlizadə

(müəllif)

Qısa Təsvir:

 Çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə yaranmış paradoksu incələməkdən öncə, hər ehtimala qarşı, kiçicik girişvari açıqlama verməyə ehtiyac duyuram. "Girişvari" ona görə ki, əslində qarşıma qoyduğum məsələ özü-özlüyündə elə böyükdür ki, ona giriş müvafiq olaraq çox yer tutmalıdır. "525-ci qəzet"in hörmətli oxucularını elmi terminlərlə "yüklənmiş" yazı ilə yormaq istəmədiyimə görə qısa qeydlərlə kifayətlənməyi rəva bilirəm.


Baxış sayı: 3355
    
    


    
"Füzuli sənətkarlığı". Böyük şairimiz, çağdaş poetik dilimizin babası sayılan şair barədə dəyərli monoqrafiya

Mir Cəlal Paşayev

(müəllif)

Qısa Təsvir:

Mir Cəlal (Paşayev).  "Füzuli sənətkarlığı" (Monoqrafiya). III nəşri. Bakı, "Kaşqari", 2007. 357 səh. Bu kitabda Füzulinin sənət və sənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur. Əsər müəllimlər və ali məktəb tələbələri üçün faydalıdır.


Baxış sayı: 3238
    
    


    
Romantik poeziyanın fəlsəfə qatı və ya fikrin gözəllik məqamı

Səlahəddin Xəllilov

(müəllif)

Qısa Təsvir:

Aida İmanquliyeva - 70. S.Xəlilov: "Romantik poeziyanın fəlsəfə qatı və ya fikrin gözəllik məqamı"


Baxış sayı: 3202