"Seçilmis əsərləri" Bes cilddə. II cild. Bu cilddə qüdrətli sairin 1938-1955-ci illərdə yazdığı xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu şeirləri daxil edilib...
Əsrin Şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Oxuculara dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şeirləri toplanmışdır.
"Qarlı aşırım" əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınmışdır. Romanda həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılmışdır.
Əlibala Hacızadənin "Seçilmiş əsərləri"nin Onuncu kitabına tanınmış tanınmış yazıçının elmi-intellektual irsindən nümunələr, monoqrafiyaları, elmi məqalələri, fars, tacik və b. dillərdə etdiyi tərcümələri daxil edilib.
Əlibala Hacızadənin "Seçilmiş əsərləri"nin Doqquzuncu kitabına tanınmış nasirin ədəbi düşüncələri, publisistik yazıları, sənət müsahibələri, müəllif haqqında məqalələr, ona həsr olunmuş şeirlər daxil edilib