Nihalə. "İşdə meditasiya". Gənc və istedadlı yazarın ilk kitabında hekayələri toplanıb. Onun hekayələrindən sevgisi və nifrətiylə, sevinci və kədəriylə bizə tanış, həm də doğma olan bənzərsiz insan taleləri keçir. Gənc yazar Nihalənin "İşdə meditasiya" adlı hekayələr kitabı oxuculara təqdim olunub. Orijinal yazı tərzi ilə seçilən gənc yazarın qələmə aldığı hekayələri, "Vətən sərhədi-gözümüzün kirpikləri" essesi kitaba daxil edilib.
Zöhrə Əsgərova. "Özəl poçtdan məktub var". Kitaba müəllifin son illərdə mətbuat səhifələrində çap olunan hekayələri və esseləri daxil edilmişdir. Bu yazılarda nəinki tariximiz, mədəniyyətimiz, həmçinin bəzi qərb filosoflarının ziddiyyətli dünyagörüşü, absurd düşüncələri bədii boyalarla, incə yumorla oxucusunu özünə cəlb edir.
"Qaragünün Ağgün vəkili". Romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun "Aldadılmış ər" povestindən sonra ilk iri həcmli bədii nəsr əsəridir.
Zaur Qəriboğlu. "Səni yaradanı sevirəm..." müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından biri olan yazarın "Lal məhəbbət", "Kamilliyə doğru ikinci addım", "Aldadılmış ər" kitabından sonra oxucuları ilə növbəti görüşüdür.
"Ümidlərin izi ilə" (kriminal-detektiv roman). Şəmil Sadiq və Müşfiq Xanın müştərək əsəri Xocalı soyqırım faciəsindən sonra xarici ölkələrə daşınan qız-gəlinlərimizin ürəkqıran taleyi barədə çox kədərli bir roman hesab oluna bilər...
Elxan Züeynallı (Qaraqan). "A". Roman. Yeni nəsil istedadlı gənc yazıçının irihəcmli ilk bədii nəsr nümunəsi. Gənclər və yeniyetmələr arasında ən çox oxunan roman...
"Könlümdən keçənlər". Sevimli xalq şairi oxunaqlı poetik-fəlsəfi fikirlərini iki, üç və ilaxır misralar şəklində yazaraq oxucuya təqdim edir. Yaradıcılığının ilk çağlarından indiyə kimi yazdığı kiçikhəcmli şeirlər bir kitabda...
Tanınmış yazıçı Mahirə Abdullanın "Qeyb" adlı romanı yazıçı xanımın "Ürəkkeçmə", "Erməni kölgəsi", "Əvvəl axır", "Ağıllı qadının intiharı" nəsr əsərlərindən və "Qarabağız şeirlər" kitabından sonra Qarabağ faciəsini ən dərin şüuraltı qatlarına həsr edilmiş yeni fəlsəfi-psixoloji romandır. Bu əsər Ahu adlı Qarabağlı bir gəlinin acınacaqlı həyat hekayəsindən bəhs edir.
Hamlet İsaxanlı. "Bu da bir həyatdır". Alim, tanınmış şair, elm xadiminin bir sıra xarici ölkələrdə nəşr olunmuş növbəti poetik toplusuunun elektron variantı.