Məmməd Quliyev. "Müstəntiqi etirafı". Roman. Bədii üslubda yazılmış «Müstəntiqin etirafı» kitabı onun 1991-1993-cü illər ərzində, Azərbaycan Respublikası Baş Prokuroru yanında Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində, DQMV üzrə yaradılmış DİN, MTN və Respublika Prokurorluğunun Vahid İstintaq-Əməliyyat Qrupunun üzvü kimi fəaliyyət göstərdiyi dövrdə baş verən hadisələrə yanaşma tərzini əks etdirir.
Rövşən Yerfi. "HİV qasırğası" povest. HİV qasırgası – bir cümlə ilə ifadə edilə bilməyəcək elə faciədir ki, tanrı heç kəsin başına gətirməsin. Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin yeni maraqlı əsəri verilib.
Rövşən Yerfi. "Penitensiar lövhәlәr". Toplu. Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin cəzaçəkmə müəssisəsinin həyatına dair əhvalatlarla bağlı hekayələri, “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Rövşən Yerfi. “Günahsız” qatil". Povest. Qadın səadəti... Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması... Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi...
Rövşən Yerfi. "Sel" (povest). Bu dünyada elə bir yük var ki, nə gizlətmək mümkündür, nə də daşımaq... Bir sel gəldi,bütün natəmizliklərin üstünü açdı, özü-özünü aldatmaq istəyənlərin ümidlərini puç edən bir sel!.. “Çağdaş Azərbaycan bədii nəsri”: 17 (132 - 2013)
Eldəniz Əmirov. "Açılmayan səhər". Kəskinsüjetli detektiv romanda insan alveri, mafiya, polis polkovnikinin qəhrəmanlığı, psixası korlanmış manyak, qəribə sevgi olayları və çoxsaylı cinayət hadisələri öz əksini tapıb... “Çağdaş Azərbaycan nəsri”: 18 (119 - 2013)
Aqata Kristi. "Baş nazirin oğurlanması". Dünya və ingilis detektiv ədəbiyyatının kraliçasından maraqlı bir əsər. İngilis dilindən tərcümə edən: Səfər İsgəndərli. Aqata Kristi haqqında məqalə.
Rövşən Yerfi. "Residivist". Povest. Kitabada olan “Residivist” povestində residivist hesab edilən bir məhkumun faciəli həyatından bəhs edilir. Əsər penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.
Rövşən Yerfi. “Qadın düşərgəsi” (Povest). Kişilər üçün kitab. Nəsrimizdə qadın cəza evindən bəhs edən ilk əsər...Kitаbdа qаdın islаh-əməк düşərgəsinə düşmüş qаdınlаrın таlеyindən, düşərgələrdəki həyаt tərzindən, ən əsаsı isə qаdınlаrı belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs еdilir. Pоvestin bu mövzudа yazılmış digər əsərlərdən böyüк bir fərqi də оnlаrın хidməт əməкdаşı tərəfindən qələmə аlınmаsıdır.
Rövşən Yerfi. “Üzdəniraq ada”. Detektiv-realit roman. Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır. Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.
Чингиз Абдуллаев. "Разорванная связь". Современный шпионский роман. Xalq yazıçısı Çingiz Abdullayevin ən yeni romanlarından biri... Kitabın e-yayım hüququ müstəsna olaraq müəllif tərəfindən kitabxana.net portalına verilib. YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Georges Simenon. "Hollanda'da bir cinayet" - "Hollandiyada bir cinayət". Dünya detektiv ədəbiyyatının tanınmış nümayəndəsindən türk dilində maraqlı bir əsərini təqdim edirik...