"Fransız ədəbiyyatı antologiyası" III cild (XVII - XX əsrlər). Antologiyada klassik və İyirminci əsrin tanınmış Fransa yazıçılarının dəyərli əsərləri Azərbaycan dilində oxuculara çatdırılır.
Ann Filip. "Bir göz qırpımı". Tərcümə: Hamlet Qoca. Əslində Ann Filipə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı.
Emile Zola. “Germinal” - Emil Zolya. "Jeriminal". Fransa ədəbiyyatının patriarx nasirindən inqilabi bir roman... Əsər türk dilində tərcümədə verilib...
Jan Pol Sartr: “Ürəkbulanma” (roman). “Nə üçün mən Nobel mükafatından imtina etdim” Nobe nitqi.Görkəmli fransız yazıçısı, filosofu Jan Pol Sartr (1905-1980) "Divar", "Otaq" kimi məşhur əsərlərin müəllifidir. Sartr 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş, amma mükafatdan imtina etmişdi.
Jan-Pol Sartr. "YALNIZ HƏQİQƏT" (Nekrasov). Səkkiz şəkildən ibarət pyes. Çevirəni: Elçin. Fransa və dünya ədəbiyyatının görkəmli nümayəndəsinin çox maraqlı pyesi ilk dəfə ana dilimizdə... “Orijinaldan bədii-filoloji tərcümələr” Kulturoloji-Tərcümə Layihəsi
Nikola Bualo. "Poeziya sənəti". Dünya estetik düşüncəsində ayrıca yeri və təsiri olan bir elmi kitab... Klassik Avropa ədəbiyyatşünaslıq elminin dəyərli nümunəsi...
Viktor Mari Hüqo. "Səfillər" (roman, tam mətni). Tərcümə edənlər: Mikayıl Rəfili, Beydulla Musayev. Dünya ədəbiyyatının şah nümunələrindən biri azərbaycanca...
Gi de Mopassan. "Seçilmiş əsərlər". Dünyaşöhrətli fransız yazıçısının azərbaycanca bu kitabına "Gonbul" kimi şedefr novellalar və başqa əsərləri daxil edilib... Soyqırım kəndirinə bənd olmuş indiki Fransa qoy utansın öz ədibinin ruhundan!
Marsel Anri Eme. "Vuivra" Roman (Azərbaycanca). Çağdaş Fransa ədəbiyyatının tanınmış nümayəndəsinin yaradıcılığından bir maraqlı nümunə.Orijinaldan tərcümə. MarselEme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmuş kəndlinin iztirabları əsas mövzu olaraq qalır.