Narıngül Nadir. "Günəş üzlü qadın". Povestlər və hekayələr toplusu. Kitabda çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin son illər qələmə aldığı maraqlı bədii nəsr nümunələri daxil edilib. "Günəş üzlü qadın" kitabına yazıçı Narıngül Nadirin povest və hekayələri daxil edilmişdir. Mürəkkəb qadın dünyasının sirlərinin açılması, fərdi-individual düşüncəsinin üzə çıxarılması və psixoloji məqamların dəqiqliklə, incə detallarla sərgilənməsi bu əsərlərin əsas xüsusiyyətini təşkil edir. Kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.
Məhərrəm Mustafa. "Yaralı tut ağacı". Hekayələr toplusu. Kitabda çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin son illər qələmə aldığı oxunaqlı bədii nəsr nümunələri daxil edilib.
Yeganə. "Adamlar". Şeirlər toplusu. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri, məqalələri və ədəbi təhlilləri toplanmışdır. Üç fəsildən ibarət olan kitabın birinci fəslində ictimai-siyasi şeirlər və məqalələr, ikinci fəslində isə lirik şeirlər və ədəbi təhlillər yer almışdır.
Səfər Səfərli. "Bu da bir ömür". Kitabda vətənimizin gözəlliklərini, xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən şeirlərlə yanaşı, həm də sevgi, həsrət duyğuları poetik səmimiyyətlə qələmə alınmışdır. Yurdsevərlik, doğma ocağa bağlılıq, pak məhəbbət, düz ilqar kitabdakı bədii nümunələrin əsas mövzusudur.
Yusif Həsənbəy. “Dəniz aclığı”. Pyes, povestlər, hekayələr və şeirlər. Tanınmış nasir-şair Yusif Həsənbəyin bu elektron kitabına onun müxtəlif illərdə qələmə aldığı pyeslər, povestlər, hekayələr və şeirləri daxil edilib. Müəllifin qəhrəmanları ən çətin anlarında belə insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlayırlar. Yazıçı ədəbiyyatımızda çox işlənən gənclik mövzusuna özünəməxsüs üslubda yanaşır...
Baba Ağayev. "Bentde Endoh". Cənub-Qərbi Afrika, Avropalıların Afrikadakı "Biznes"ləri, 1 ailənin faciəsi, 2 dost, Qanada pansiondan qaçış planı, Sürix, 20 milyon dollar pul, İntellektual Qisas, İstanbul... Kitab real hadisələrə əsaslanaraq yazılmışdır.
İsa Muğanna. "Söz yarası". Roman. Tanınmış Azərbaycan nasiri, ustad sənətkar, xalq yazıçısı İsa Muğannanın sonuncu bədii nəsr nümunəsini - povestini təqdim edirik... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Çağdaş Azərbaycan romanı” Kulturoloji-bədii Layihəsi N 04 (111-2012)
Narıngül. Güzgüdəki qadın. Kitabda çağdaş ədəbiyyatımızın tanınmış isimlərindən olan Narıngülün modern üslubda yazılmış hekayə, esse və publisistik yazıları yer alıb.