ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
İsmayıl Şıxlı
Seçilmiş əsərləri
İki cilddə
I cild
Bu cild yazıçı İsmayıl Şıxlının "Seçilmiş əsərləri. İki cilddə" (I cild, Bakı, Azərnəşr, 1971), "Namərdgulləsi" (Bakı, Yazıçı, 1991), "Olüləri qəbristanda basdırın..." (Bakı, Gənclik, 1992) və "Ölən dünyam" (Bakı, Azərnəşr, 1995) kitabları əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni: Elçin Şıxlı
Ön sözün müəllifi: İntiqam Qasımzadə
İsmayıl Şıxlı. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ,408 səh.
Xalq yazıçısı İsmayıl Şıxlının istedadlı bir nasir kimi oxucular və ədəbi ictimaiyyət tərəfindən təqdir olunması onun "Ayrılan yollar" (1956) romanı ilə bağlıdır. Azərbaycan kəndində 1941-45-ci illər müharibəsindən sonrakı dövr üçün xarakterik olan dəyişikliklər bu əsərdə öz maraqlı, bədü ifadəsini tapmışdır. Əsərdə dövrün ideoloji çərçivələrindən çıxmaq cəhdləri var.
"Ölən dünyam" isə yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.
Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının "Namus qaçağı", "Namərd gülləsi" və "Ölüləri qəbristanda basdırın" hekayələri də daxil edilmişdir.
ISBN 9952-418-33-4
© "ŞƏRQ-QƏRB", 2005