Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Nobel mükafatlı ABŞ yazıçısının Azərbaycanca seçilmiş əsərləri. Müsahibə, məqalə və hekayələri. Orijinaldan - ingiliscədən çevirmələr

Müəllif:

Uilyam Folkner


Kateqoriya:

ABŞ ədəbiyyatı



Qısa Təsvir:

Nobel mükafatlı ABŞ yazıçısının Azərbaycanca seçilmiş əsərləri. Müsahibə, məqalə və hekayələri. Orijinaldan - ingiliscədən çevirmələr


Baxış sayı: 4664
    
    


www.kitabxana.net


Milli Virtual Kitabxananın təqdimatında

 

 


Uilyam Folkner


YYSQ-nin virtual kitabı seriyası

 

E-nəşr N 7

Nobel mükafatlı ABŞ yazıçısının Azərbaycanca seçilmiş əsərləri

 

Müsahibə


Uilyam Folkner: "Yaxşı romançı amoral birisidir"

 

Haqqında yazı

 

Kamran Nəzirli. "Uilyam Folkner: intellektual Amerika yazıçısı"

 

Hekayələr

Həyətdə qatır


Saçlar

 


Bakı - 2010

 

 

Uilyam Folkner: "Yaxşı romançı amoral birisidir"


Uilyam Folkner yazarlığı, romanları, tənqidi, ədəbiyyat-kino münasibətləri ilə bir-birindən maraqlı işlərlə məşğuldur. O, yazarın özünə və həyata hansı zirvələrdən  baxmasının vacib olduğunu göstərir. 1956-cı il, Nyu-York.

 - Mister Folkner, bir müddən əvvəl müsahibə verməyi sevmədiyinizi demişdiniz.

- Adətən mən şəxsi suallara qarşı kəskin etiraz edirəm, buna görə də müsahibələri sevmirəm. Əgər suallar kitablarım haqqında olarsa, onlara cavab verməyə çalışıram. Amma suallar şəxsən mənə aid olarsa, ola bilər ki, cavab verməyim, cavab versəm də, eyni suala sonralar fərqli cavab verə bilərəm.

- Yazar şəxsiyyətinizə aid suallara necə, cavab verirsinizmi?

- Mən olmasaydım, başqa birisinin mənim ya da Heminqueyin, Dostoyevskinin yazdıqlarını yazacağına inaniram. Deyirlər ki, Şekspirin dramları üç ayrı-ayrı adamlar tərəfindən yazılıb, lakin "Hamlet" və ya "Yay gecəsi röyası" əsərləri ilə bağlı vacib olan şey bu əsərlərin kimlərin yazdığı deyil, yalnız bir nəfərin yazmış olduğudur. Sənətkarın fərqi yox. Sadəcə onun yaratdığı əsər vacibdir, çünki sənətdə deyiləcək yeni bir şey yoxdur. Şekspir, Balzak, ya Homer eyni şeylər haqqında yazmışlar, əgər onlar min il boyunca yaşasaydılar, naşirlərin başqa yazarlara heç ehtiyacı olmazdı.

- Əgər deyiləcək yeni bir şey olmasa da, yazarın şəxsiyyəti, Sizcə, önəmli deyilmi?

- Yazarın özü üçün çox önəmlidir. Yazardan kənar olanların isə onun özü ilə deyil, yazdıqları ilə məsğul olmaları gərəkdir.

 - Müasirlərinizin də?

- Şəxsi ideala aid xəyallarımızı gerçəkləşdirməkdə oxumuz daşa dəydi. Bu səbəbdən mən sənətkarları mümkün olmayanı gerçəkləşdirmək sahəsində fövqəladə uğursuzluğa görə qiymətləndirməyin tərəfdariyam. Məncə, kitablarımın hamısını əvvəldən yaza bilsəydim, onları daha yaxşı yazardım. Bir sənətkar üçün bu, normal haldır. Yaxşı kitab yazmaq naminə sənətkar çalışmağa, sınamağa davam edər, hər dəfə "bu dəfə bacaracam, bu işi bu dəfə bitirəcəm" deyər özü özünə. Əlbəttə, bacarmayacaq, amma bu vəziyyətin normal olması da bu səbəbdəndir. Bir dəfə bacarsa, bir dəfə təxəyyülündəki təsəvvürlə kitabını yaratsa, artıq geriyə dönə bilməz, boğazını kəsməkdən, idealın o biri tərəfinə keçməkdən, intihar etməkdən başqa yolu qalmaz. Mən uğursuzluğa uğramış şairəm. Bəlkə də hər romançı əvvəl şeir yazmaq istər, yaza bilmədiyini görüb hekayə yazmağa başlayar. Hekayə şeirdən sonra ən cox əziyyət tələb edən ədəbiyyat formasıdır. Sənətkarın hekayə yazmaq işində də oxu daşa dəyəndə, yəni şeir və hekayədə fiaskoya uğrayanda, romanını yazmağa başlayır.

- Yaxşı roman yazmağın əlverişli düsturu varmı?

- Bunun 99 faizi qabiliyyət... 99 faizi intizam... 99 faizi əməkdir. Yaxşı romançı gördüyü işdən əsla razı qalmamalıdır. Yazdığın kitab ola biləcəyi qədər heç yaxsı deyil. Hər zaman xəyal qurmalı, yaza biləcəyindən daha yaxşısını yazmağa çalışmalıdır. Sadəcə müasirlərindən və əvvəlki nəsildən yaxşı olmaqla kifayətlənməməlidir. Özündən də yaxşı olmağa çalışmalıdır. Sənətkar ruhların yönəltdiyi bir varlıqdır. Ruhların nədən məhz onu seçdiyini sənətkar bilmir və bunu araşdırmağa onun vaxtı yoxdur. Sənətkar əxlaqdan kənardır, o hər kəsi qarət edəcək, hər kəsdən borc alacaq, dilənəcək, oğurluq edəcək qədər amoral birisidir, təki yazdığı kitab gözəl olsun.

Demək istəyirsiz ki, yazar əvvəldən sona qədər qəddar olmalıdır?

- Yazar yalnız sənəti qarşısında məsuliyyət daşıyır. Yaxsı sənətkar isə tamam qəddar, mərhəmətsiz olmalıdır. Romançının bir arzusu var. Bu arzu ona o qədər əzab verir ki, ondan xilas olması tələb olunur. Xilas olana qədər sənətkar rahatlıq tapmaz. Hər şey mənasız olar onun üçün: şərəf, qürur, yaxşı insan olmaq, təhlükəsizlik, xoşbəxtlik - hər şeyi kitabının gözəl olmasına qurban verər. Əgər anasını qarət etmək lazım gələrsə, romançı bir saniyə belə tərəddüd etməz.

- Bəs təhlükəsizlik, xoşbəxtlik və qürurun yoxluğu bir sənətkarın yaradıcılığında rol oynayırmı?

- Xeyr. Bunlar sadəcə yazarın rahatlığı və razılığı üçün önəmlidir, halbuki sənətin özü rahatlıq və razılıq verməz.

- O zaman bir yazar üçün ən yaxşı şərait hansıdır?

- Sənət şəraitə də baxmır, harda olduğunuzun bir fərqi yox. Məni nəzərdə tutursunuzsa, bu günə qədər mənə təklif edilmiş ən yaxşı iş - fahişəxanada idarəçi işidir. Məncə, bir sənətkarın içində çalışa biləcəyi ən ideal şərait budur. Ona maddi bir azadlıq verər, sənətkarı qorxudan və aclıqdan uzaq edər, başının üstündə bir dam olar. Bir az haqq-hesab kitabları ilə məşgül olmaqdan və ayda bir dəfə polis şöbəsinə gedib pul verməkdən başqa bir işi də yoxdur. Səhər saatlarında oralar sakit olar, yazmağın ən uyğun saatlarıdır bu vaxtlar. Axşamlar əyləncələrə qatılmaq istəsə, sıxıntılardan qurtular, ətrafında kifayər qədər insanları tanıma imkanı var, cəmiyyətdə müəyyən təbəqəyə aid olur, əsil haqq-hesab işlərini ev sahibəsi öz öhdəsinə götürdüyündən yazara bir iş də qalmaz. Evin bütün sakinləri qadınlardır və sənətkara "cənab" deyə müraciət edərlər. Məhəllədəki bütün içki qaçaqmalçıları da ona "cənab" deyirlər. Bundan başqa, o polisləri adıyla çağırmaq hüququna malikdir. Yəni, bir sənətkarın istədiyi nə varsa - rahatlıq, tənhalıq, nəşə - sənətkar çox yüksək olmayan bir məbləğ ilə əldə edə bilər. Pis şəraitin edə biləcəyi tək şey - yazarın qan təzyiqinin artmasıdır. Belə vəziyyətlərdə sənətkarın vaxtı daha çox hirslənməyə və darıxmağa xərclənəcəkdir. Təcrübələrim mənə sənətim üçün tələb olunan vasitələrin kağız, tütün, yemək və bir az da viski olduğunu göstərdi.

- Yəni burbon içirsiz?

- Xeyr, o qədər də seçən deyiləm. Amma hec nə yoxdursa, şotland viskisini seçərəm.

- İqtisadi azadliqdan bəhs etdiniz. Bir yazarın buna ehtiyacı varmı?

- Xeyr. Yazarın iqtisadi azadlığa ehtiyacı yoxdur. Onun ehtiyacı olan tək şey bir qələm və təmiz kağızdır. Bildiyimə görə, havayı pulun yazarlığa müsbət təsiri yoxdur. Yaxşı yazar əsla heç bir quruma daxil ola bilməz, çünki o, yazmaqla məşğuldur. Yüksək dərəcəli yazar deyilsə, o, daim özünü vaxtım yoxdur, iqtisadi azadlığım yoxdur, deyə aldadar. Yaxşı sənət oğrular, alkohol qaçaqmalçıları, ya da at oğruları arasından da cıxa bilər. İnsanlar dözə biləcəyi zor və fəqirliyin miqdarını kəşf edə bilməyəcək dərəcədə qorxaqdırlar. Onlar nə qədər dözümlü olduqlarını anlamaqdan qorxurlar. Yaxşı yazarı heç nə yox edə bilməz. Yaxşı yazara yalnız ölüm qalib gələr. Yaxşı yazarın uğura və ya zəngin olmağa ayıracaq vaxtı da yoxdur. Uğur qadın kimi bir şeydir, qarşınızda olarkən siz küncə çəkilərsiz, o da üstünüzdən keçib gedər. Ən yaxşısı uğura dirsəyinizi göstərməkdir. Bəlkə o zaman o sizin yerinizə qarşınızda diz çökər.

- Kino sahəsində çalışmaq yazarlığa pis təsir edə bilərmi?

- Yüksək səviyyəli yazarın yazarlığına heç nə pis təsir edə bilməz, əgər yazar belə deyilsə, kimsə ona kömək edə bilməz. Yüksək seviyyəli yazar deyilsə, demək, bir problem də yoxdur, çünki yazar ruhunu bir üzmə hovuzu naminə coxdan satmışdır.

- Bir romançı film ssenarisi yazarkən, güzəştə gedirmi?

- Hər zaman güzət edir, çünki filmin təbiəti işbirliyi tələb edir və bunun özü də bir güzəştdir, çünki sözün mənası da budur - bir işi birlikdə etmək.

- Birlikdə çalışdığınız sevimli aktyorlar kimlərdir?

- Bu günə qədər ən yaxşı anladığım aktyor Hamfrey Boqartdir. Onunla birlikdə "To have and have not" ("Vardır, yoxdur") və "The big sleep" ("Böyük yuxu") filmlərində çalışmışıq.

- Yeni film ssenarisi yazmaq istəyirsinizmi?

- Bəli, Corc Oruelin "1984" əsərinin ssenarisini yazmaq istərdim. Hər zaman inandığım, romanlarımda işarə etdiyim fikrimi, yəni insanın əsas azadlıq şüarı sayəsində yox edilməyəcəyini başa salan bir final var ağlımda.


- Bu filmlər üçün çalışarkən, ən yaxşı sonluqları necə tapırsız?

- İşlədiyim filmlər arasında ən uğurlu filmlərim - aktyorlarla ssenarini bir kənara qoyub kameraya çəkilməzdən əvvəl səhnələri redaktə etdiklərimdir. Əgər mən ssenari yazmaq işinə ciddi yanaşmasaydım, filmlərə və özümə olan hörmətimə görə bu işə heç baş qoşmazdım. Amma artıq bilirəm ki, mən yaxşı bir ssenari yazarı ola bilməyəcəm, odur ki, ssenari yazmağın mənim üçün romançılıq qədər böyük prioriteti olmayacaq
Əfsanəvi Hollivud təcrübəniz haqqında nə demək istərdiniz?

- MGM (Metro Golden Mayer kinostudiyası - tərc.) ilə bir razılığa gəlib evə qayıtmağa hazırlaşırdım. Birlikdə işlədiyim idarəçi mənə "Burda yene işləmək istəsən, xəbər ver, mən də yeni saziş üçün studiyadakıları axtarım", - dedi. Mən təşəkkür edib evimə getdim. Təxminən altı ay sonra idarəçi dostuma teleqraf edib həmin studiya ilə işləmək istədiyimi bildirdim. Bir müddət sonra bir Hollivud agentliyindən ilk həftəlik maaşımın çekini aldım. Çaşmışdım, çünki əvvəlcə studiyadan bir rəsmi yazı, ya müqavilə gözləyirdim. Öz-özümə dedim ki, yəqin poçtla göndərərlər. Halbuki bir həftədən sonra agentlikdən bir zərf gəldi, içində də ikinci həftənin maaş çeki. Bu hadisələr 1932-ci ilin noyabr ayından başladı və 1933-cü ilin may ayına qədər davam etdi. Sonra studiyadan bir teleqram gəldi: "Vilyam Folkner, Oksford, Miss. Hardasız? MGM Studiyaları". Belə cavab yazdım: "MGM Studiyaları, Culver Siti, Kaliforniya. Vilyam Folkner".

- Teleqrafçı qadın məndən soruşdu ki, hansı məlumatı göndərirsiz? Dedim, budur. Qadın dedi: "Qaydalara görə, məlumatsız teleqraf gondərə bilmərəm, bir söz yazmalısınız". Mənə göstərilən nümunələrə baxıb birini seçdim, nəsə evlilik ildönümü təbrikini xatırladan bir yazı idi. Onu göndərdim. Sonra studiyadan zəng etdilər, mənə ilk təyyarəyə minib Nyu-Orleana gəlməyi və studiyanın rəhbəri Brauninqə vəziyyətim haqqında məlumat verməyi tapşırdılar. Mən Oksfordda bir qatara minib səkkiz saata Nyu-Orleana cata bilərdim, amma studiyanın əmrinə tabe olub Memfisə getdim, ordan təyyarə ilə Nyu-Orleana uçuşlar olurdu, amma gec-gec. İlk təyyarə üç gündən sonra uçdu. Saat altıda Brauninqin otelinə gəldim və ona məlumar verdim. İçəridə bir qonaqlıq vardı, Mənə dedilər ki, yatıb dincəlim və sabah tezdən işə başlayım. Mən əsərin necə bir əsər olduğunu soruşdum, Brauninq də mənə: "Bunun üçün o biri otağa get, sənə başa salarlar"- dedi.
Mən həmin otağa getdim. Orda ssenarinin gedişatına nəzarət edən birisi tək oturmuşdu. Mən kim olduğumu dedim və əsəri soruşdum. Adam mənə dedi ki, dialoqları yazdığınız zaman əsərə baxa bilərsiz. Bunu Brauninqə dedikdə, az qaldı adamı söysün, amma sonra təklif etdi ki, gedib yatım və sabahdan işə başlayım.
Ertəsi gün Brauninqlə cox gözəl bir gəmiyə minib Grand İsleyə getdik. Film studiyadan yüz mil uzaqda cəkiləcəkdi, ora nahar vaxtı catdıq və axşamçağı Nyu-Orleana qayıtdıq.

Beləcə üç həftə davam etdi. Arada əsərdən xəbərim olmadığımdan həyəcanlanırdım, amma Brauninq hər dəfə "Təşvişi burax, get yaxşı yat ki, saban tezdən işə başlayaq"- deyərdi.
Bir axşam Grand İsledən qayıtdıqdan sonra otagıma təzə girmişdim ki, telefon zəng çaldı. Brauninq məni axtarırdı. Dedi ki, tez onun otağına gəlim. Getdim. Onun əlində bir teleqram vardı: "Folkner qovuldu. MGM studiyaları". Brauninq dedi ki, üzülmə, indi kimisə axtarıb sənə təzə bir iş taparam, üstəlik üzr məktubu da yazdıracam. Bu zaman qapı döyüldü, yeni teleqram gətirdilər: "Brauninq qovuldu. MGM studiyaları". Beləcə mən evə qayıtdım. Yəqin Brauninq də harasa getdi. Sssenari gedişatını yazan adamın isə hələ də əli çənəsində, otağında oturub işlədiyini güman edirəm.

- Dediniz ki, yazar kino üçün işləyərkən güzəştə getməlidir. Bəs onun öz yazarlığında güzəşt edilirmi? Oxucuya qarşı yazarın hər hansı bir məsuliyyəti varmı?


- Yazarın məsuliyyəti gördüyü işi yaxşı bitirməkdir. Bundan başqa, əgər hər hansı məsuliyyəti qalarsa, yazar onu istədiyi kimi yerinə yetirməkdə azaddır. Mən özüm xarici dünyanı düşünməyəcək qədər məşğulam. Kimin oxumasi ilə maraqlanmağa mənim vaxtım yoxdur. Filankəsin mənim ya başqalarının kitabları haqqındakı fikirləri ilə də maraqlanmıram. Mən özüm təyin etdiyim meyarlara uygun olmalıyam - yəni Müqəddəs Antonionu, ya Əhdi Ətiqi oxuyarkən, hiss etdiyimi hiss etidiyim kimi yazmaq. Bu kitablar mənə yaxşı təsir edir, sanki bir quşun uşuçunu izləmək xöşbəxtliyidir bu. Əgər yenidən həyata qayıda bilsəydim, kərkəs olmaq istərdim. Heç kim kərkəsi narahat etməz, onun həyatında təhlükə yoxdur, həm də kərkəs yemək seçməz, hər şeyi yeyər.

- Meyarlara uyğun olmaq üçün hansi texnikadan istifadə edirsiniz?


- Romançı texnika ilə maraqlanırsa, qoy onda yazar cərrahi əməliyyatın incəliklərini, ya da kərpickəsmə işini təkbaşına öyrənsin. Yaxşı yazmaq üçün mexaniki bir üsul, düstur yoxdur. Bir ədəbiyyat nəzəriyyəsini təqib edən gənc bir yazar kimi axmaqlıq edir. Öz səhvlərinizi özünüz öyrənin, insanlar səhv edə-edə öyrənirlər. Yaxşı sənətkar heç kimin ona ağıl öyrədəcək qədər yaxşı olduğuna inanmır. Dəhşətli bir özünəinama sahibdir. Özündən əvvəl gələn yaşlı yazara nə qədər hörmət etsə də, onu arxada qoymaq istər.

- Yəni deyirsiniz ki, yazı texnikası vacib deyil?

- Qətiyyən ele demirəm. Bəzən yazı texnikası iplərini əlinə alb yazarın xəyalı ilə məşgul olmaq istərkən, işin əvvəlindən ona nəzarət etməyə başlayar. Bu, gücün göstərilməsidir, belə halda işini tamamlamaq kərpicləri gözəl şəkildə yan-yana düzmək kimidir, çünki yazar ehtimal ki, ilk kəlmədən sonuncuya qədər romanının bütün sözlərini yaxşı bilir. "Yataqda ölərkən" əsərini yazarkən belə olmuşdu. Asan deyildi. İçdən yazılmış heç bir roman asan yazılmaz. İstifadə edəcəyim bütün vasitələrin əlimdə olması işi sadələşdirirdi. 12 saatlıq iş günündən sonra romanımı yazırdım, altı həftə ərzində belə işlədim. Sadə anlatmaq gərəkdirsə, bir qrup insanı xəyal edirdim və onları universal və təbii fəlakətlərin, sellərin və yanğınların içinə atırdım.
Bir yazarın sahib olduğu şəxsiyyət öz əsərini mühakimə edərkən qərəzsiz olmaq, özünü aldatmayacaq qədər dürüst və cəsarətli olmaqdır. Kitablarımın heç biri öz standartlarıma uyğun olmadığı üçün yazdığım hər romanı əvvəlki romanlardan mənə ən cox acı və kədər vermiş əsərə rəğmən mühakimə edərəm, necəki bir ana oğru ya da qatil bir oğlunu rahib oğlu ilə müqayisədə daha cox sevər kimi.

- Hansı romandan bəhs edirsiniz?

- Səs və qəzəb. Mənə əzab verən xəyalımdan qurtulmağa çalışaraq, beş dəfə hekayəni yazmağa çalışdım. İki itkin qadının faciəsidir bu kitab. Ceddi və onun qızının faciəsi. Dilsi - ən cox sevdiyim xarakterlərimdəndir, çünki güclü, cəsur, sakit və dürüstdür. Məndən daha dürüst, cəsur, əli açıqdır.

- Sizin müasiriniz olan yazarları oxuyursunuzmu?

- Xeyr, oxuduğum kitablar gənc illərimdə oxuyub sevdiklərim, köhnə dostlarımla görüşürmüş kimi tez-tez təkrar oxuduğum romanlardır. Dikkens, Konrad, Servantes, Don Kixot - bəzi adamların İncili oxuduqları kimi, mən də hər il bu kitabları oxuyuram. Sonra Flober, Balzak, özünün ideal dünyasını yaratmış Dostoyevski, Tolstoy, Şekspir. Melvilli arada oxuyuram, şairlərdən Merlonu, Consonu, Herriki, Donnu, Kitsi, Şellini sevirəm. Hələ də Hyusmanın şeirlərini oxumağa davam edirəm. Bu kitabları o qədər təkrar oxumuşam ki, artıq onları başdan sona qədər də oxumuram. Sadəcə bir epizodu oxuyuram, ya bir xarakterə baxiram, bir dostumla söhbət edirəm sanki.

- Bəs Freyd?

- Mən Nyu-Orleanda yaşayarkən, hər kəs Freyddan danışırdı, amma mən onu heç oxumamışam. Şekspir də oxumamışdı. İnanmıram ki, Melvill də onu oxusun - Mobi Dikin oxumadığından əminəm.

- Detektiv hekayələrini oxuyursunuzmu?

- Mənə bir az Çexovu xatırlatdığına görə Simenonu oxuyuram.

- Bəs ən cox sevdiyiniz xarakterlər hansıdır?

- Ən sevdiyim xarakterlər vəhşi, qəddar, əyyaş, fürsəti qaçırmayan, güvənilməz insanlardır, yəni xarakterinə aid ən pis olduğunu deyə biləcəyimiz, amma yenə də bir xarakterə sahib olan Sara Gemp, sonra missis Harris, Falstaf, Prins Xol, Don Kixot və, əlbəttə, Sançodur. Ledi Makbeti hər zaman nəzərimdə saxlaram. Bottom, Ofeliya, Merkusio da, xanım Gemp də həyatla mübarizə aparmış, imtiyazlar istəməmiş, şikayət etməmişlər. Hek Fin və Cim. Tom Soyeri hec vaxt sevmədim - cığalın biridir. Ayrıca Corc Harrisin 1840, ya da 1850-ci illərdə Tennessi dağları haqqında yazdığı romanındakı Süt Lovinqudu sevirəm. Özü haqqında heç bir illüziyası yox idi, əlindən gələni edərdi, bəzən qorxurdu, bunu bilir və bundan utanmırdı, başına gələnlər üzündən heç kimi günahlandırmamış, lənətlər etməmişdi.

- Roman sənətinin gələcəyi haqqında nə deyə bilərsiniz?

- İnsanlar roman oxumağa davam etdikcə, bəzi insanların oturub roman yazmağa davam edəcəklərini düşünürəm. Təbii, əgər rəsimli jurnallar və komikslər sonda insanın oxuma həvəsini yox etməzlərsə.

- Bəs tənqidçilərin vəzifəsi?

- Sənətkarın tənqidçiləri dinləməyə vaxtı yoxdur. Tənqidçiləri yazar olmaq istəyənlər oxuyur, yazmaq istəyənlərin buna vaxtı yoxdur. Tənqidçinin vəzifəsi - sənətkarın özünə istiqamət deyil. Bir mezanizm kimi düşünsək, sənətkar tənqidçidən bir pillə üstündür, çünki sənətkar tənqidçini hərəkətə gətirəcək şeyləri yazır. Tənqidçi də sənətkardan xaric hər kəsi hərəkətə gətirir.

- Yəni, əsərlərinizlə heç kimlə mübahisə etməyə ehtiyacınızın olmadığını deyirsiniz?

- Bəli, vaxtımın coxu onsuz da onları yazmaqla keçir. Gərək kitablarım məni məmnun etsin və əgər edirlərsə, danışmağa gərək yox. Məni məmnun etməsələr, onlardan danışmağım kitablarımı yaxşı etməz, kitabların yaxşı olması üçün onların üzərində daha da çalışmaq lazımdır. Mən ədəbiyyatçı deyil, yazaram, boş danışmağı da sevmirəm.

- Tənqidçilər kitablarınızda qohumluq münasibətlərinin bol olduğunu deyirlər.

- Bu onların fikri. Söylədiyim kimi, mən tənqidçiləri oxumuram. İnsanlar haqqında yazan birisi hekayənin inkişafı üçün vacib deyilsə, xarakterlərin qohumluq münasibətlərinə, məsələn, bəlkə burun formalarına diqqət ayırmaz. Əgər yazar həqiqətə və insan ürəyinə ünvanlanırsa, o zaman qohumluq əlaqələrinin, ya da burunların şəklinə ayıracaq vaxtı qalmaz. Məncə, fikirlərin və real həyata dair məhdud biliklərin həqiqətlə bir əlaqəsi yoxdur.

(Müsahibə www.karakutu.com saytından götürülüb)

Cevirdi: Sima Ənnağı

E-mənbə: http://adyazar.az/qezet/index.php?newsid=263