Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Atalar sözləri (azəricə). Пословицы (Azərbaycan atalar sözləri - rusca)

Müəllif:

Xalq - millət


Kateqoriya:

Atalar sözü, aforizmlər



Qısa Təsvir:

Atalar sözü - elin elin gözü - ağlın gücü... Пословицы


Baxış sayı: 18922
    
    


Avara qonaq ev yiyəsini də avara qoyar.

Ağzına bax tikə kəs.

Ağlı olan, qışın qeydinə yayda qalar.

Adam aşını-işini bilməlidir.

Adam yanıla-yanıla öyrənər.

Aza qane olmayan yoxa çatmaz.
Ayağı nərdivana bir-bir qoyarlar.
Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
Ananın ərköyün oğlu hambal olar.
Asta gedən yorulmaz.
Axtaran tapar, Yoğuran yapar.
Acıqla iş görən zərər çəkər.
Bal tutan barmaq yalar.
Bacarana can qurban.
Başbilənsiz iş olmaz.
Bənnasız divar hörülməz.
Bərəkət hərəkətdir.
Bikarlıq korluq (aclıq) gətirər.
Bir buğda əkməsən, min buğda biçməzsən.
Bir vurmağla ağac yıxılmaz.
Bir əldə iki qarpız tutmaq olmaz.
Bir işi başlamağa çalış, özü qurtarar.
Bir işi qurtarmamış, o biri işdən yapışma.
Bitmiş işdən gül iyi gələr.
Bu əlin rənci, o ələ haramdır.
Bu günün işini sabaha qoymazlar.
Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
Qabil şagird ustad olar ustada.
Qaz vur, qazan doldur.
Qalan işə qar yağar.
Qeyrəti olan torpağı qızıla döndərər.
Qoyma başın balışa, Ver özünü yarışa.
Quzusuna qıymayan kabab yeyə bilməz.
Dəvə yaxını otlar, uzağı gözlər.
Dəmir sürtdülükcə parıldar.
Dözən döş yeyər.
El elə dayanıb, tənbəl indi oyanıb.
Əvvəl zəhmət çəkən sonra rahat olar.
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
Əkiblər yemişik, əkərik yeyərlər.
Əldən qalan əlli il qalar.
Əməksiz yemək olmaz.
Ətə pul verməz, küftənin böyüyündən yapışar.
Zəhmət batmaz.
Zəhməti bülbül çəkər, gülü qucar xar.
Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar.
Zəhməti sevən işdən doymaz.
Zəhmət çəkməyən bal yeməz.
Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
İstəyirsən bol çörək - al əlinə bel, kürək...
İşi başlayan yarıda qoymaz.
İşlək at arpasını artırar.
İşləməyən dişləməz.
İşləmək dərdindən yeməyə həsrət canım.
İşlənməyən dəmiri pas tutar.
İş insanı safa çıxardar.
İş ustasından qorxar.
İş insanın cövhəridir.
Yazda çalan qışda oynar.
Yanan yerdən tüstü çıxar.
Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
Yeməyə kömək, işləməyə də kömək.
Yeməyin qulu, işləməyin xəstəsi.
Yüyürək at özünə qamçı vurdurmaz.
Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
Yorğanına bax, ayağını uzat.
Kamil bağban çəkər bağın səfasın.
Nə əkərsən, onu biçərsən.
Nə qoyuna gedər, nə qapıda hürər.
Sənət insan üçün xəzinədir.
Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
Sözün ilə işin bir olsun.
Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
Tənbələ iş buyur, o sənə nağıl danışsın.
Tənbəllik azar artırar, işləmək canı saf eylər.
Torpaq deyər: "Öldür məni, dirildim səni!"
Uzaqdan baxana döyüş asan gələr.
Uzaqdan zurna səsi xoş gələr.
Ustadına gəc baxanın gözlərinə qan damar.
Usta görməyən şagirdin gözü əllərdə qalar.
Uşağa iş buyur, ardınca yuyur.
Halva-halva deməklə ağız şirin olmaz.
Çala-çala çalağan olar.
Çalışqan əl nəyə dəysə qızıl olar.
Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
Cəfa çəkməyən səfa görməz.
Cəhrə əyirsən don yiyəsi olarsan.
                    Elm, bilik və ağıl haqqındaAğac bar verəndə başın aşağı dikər.
Ağıl ağıldan üstün olar.
Ağıl yaşda olmaz, başda olar.
Ağıllı baş hər şeydən mənfəət götürər.
Ağıllı qəm yeyər, ağılsız qamçı.
Bacarıq ağılın nişanəsidir.
Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
Başı daşa dəyməyincə ağlı başına gəlməz.
Bilmədiyini biləndən sor.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
Qafil yaşamaqdan ölmək yaxşıdır.
Qələm qılıncdan itidir.
Qələm əyri yonulsa da düz yazar.
Qələmin ucu, qılıncın gücü.
Qələm yazanı qılınc poza bilməz.
Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
Elm ağılın çırağıdır.
Elmin gücü, Yıxar bürcü.
Ədəb bazarda satılmaz...
Göz görmək üçün, ağıl bilmək üçün.
Savadsız adam kor kimidir.
Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".
Hər oxuyan Molla Pənah olmaz.
                    Mərdlik və igidlik haqqındaAğalıq verimlədir, igidlik vurumla.
Ağac əyildi, sındı, igid əyildi, öldü.
Aydan arıyam, sudan duru.
Alıcı quş dimdiyindən bilinər.
Alnım açıq, üzüm ağ.
Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
Aslanın nə erkəyi, nə dişisi.
Asta vur, Rasta vur.
At ət ilə, igid don ilə.
At ölər nalı qalar, İgid ölər namı qalar.
Beş günün yarağı, bir günün gərəyi.
Bir igid qırx ildə meydana gələr.
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
Bir qorxaq bir ordunu bada verər.
Vura bilməyən, daşın böyüyünü götürər.
Vuran igid dayısına gəyişməz.
Vuraram ölər, kiş deyərəm getməz.
Vur qırxı, gedər qorxu.
Vur deyənlə, vuran yarıdır.
Qapan it dişin göstərməz.
Qaçanı qovmazlar.
Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
Qorxaq qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
Qorxaq nə zərər eylər, nə mənfəət.
Qorxaq hər şeyi dörd görər.
Qorxaq öz kölgəsindən də qorxar.
Qorxan gözə çöp düşər.
Qorxan öküz cütə getməz.
Qorxu adama yalan söylədər.
Qorxu başa bəladır.
Qorunan baş salamat olar.
Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
Qoçdan qoç törərş
Qoç döyüşünə qoç dözər.
Qoç igid qurddan çəkinməz.
Qurbansız bayram olmaz.
Qurddan qorxan qoyun saxlamaz.
Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
Dağlar başına qış, İgid başına iş.
Zəri də var, zoru da.
İgid arxasında igid gizlənər.
İgid ağzını açmaz, əlini açar.
İgid qovqasız olmaz.
İgid igidə xor baxmaz.
İgid ilqarından, dəvə ovsarından.
İgidin başı qalda gərək.
İgidin əli işdə gərək.
İgidin yaraşığı sınağdır.
İgidin süfrəsi açıq olar.
İgidin ürəyi haça olar.
İgid min yaşar, fürsət bir düşər.
İgidlik döyüşdə mə'lum olar.
İgidlik ondur: biri zordur, doqquzu fənd.
İgid oğul düşmənə əyilməz.
İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.
İgid ölər, adı qalar.
İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
Yanında igid olsun, kol dibi evin olsun.
Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü daldasında qoy yesin aslan səni.
Mərddən bir xəta, namərddən min.
Mərd əli kasad olmaz.
Mərdi qova-qova namərd eləmə.
Mərd igidlər süfrə açar, ad alar.
Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
Mərdin gözü tox olar, namərdin gözü ac.
Mərd gördüyün deməz.
Mərd mərdi qanar, Bərkdə oduna yanar.
Mərd özündən bilər, namərd yoldaşından.
Mərd çörəyini daşdan çıxardar.
Namərddın keç, mərddə dur.
Namərdə yaxa vermə, mərdə arxa ol.
Namərdi bir gördüm, bir də görsəm namərdəm.
Namərdin otağından, mərdin ağac kölgəsi.
Namərdin plovundan, mərdin qaşıq aşı.
Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
Namərdə tuş gələnin işi düyünə düşər.
Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
Təkədə qoç hünəri olmaz.
                    Birlik və dostluq haqqındaAğıllı düşmən nadan dostdan yaxşıdır.
Arxalı köpək qurd basar.
Baş-başa verməyincə daş yerindən qalxmaz.
Birisi minə bağlıdır, mini də birə.
Bir gün düz yediyin yerə, qırx gün salam ver.
Birlik harada, dirilik orada.
Bir su ki, girdi qaba, oldu içməli.
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
Qarı düşmən dost olmaz.
Qoyun quzusunun ayağını basmaz.
Qonşu qonşuya baxar, Canını oda yaxar.
Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
Qonşu iti qonşuya hürməz.
Qonşu qonşu olsa kor qız ərə gedər.
Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
Qonşum sağ olsun, ocağından od verməsin.
Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
Qonşunun haqqı axirət haqqıdır.
Qonşu payı dolu gələr, dolu gedər.
Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
Dağ dağa qovuşmaz, insan insana qovuşar.
Doğru dostluq qərəzsiz olar.
Dost başa baxar, düşmən ayağa.
Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
Dost dosta yaman gündə gərəkdir.
Dost dar gündə tanınar.
Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
Dost yaman gündə tanınar.
Dost yolunda boran olar, qar olar.
Dost yolunda can qurban.
Dostluqla tutub, düşmənliklə yıxma.
Dost min isə azdır, düşmən bir isə çoxdur.
Dostun versə qum, Al ovcunda yum!
Ev alma, qonşu al.
Əli ələ vurarsan, səs çıxar.
Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
Yaxşı dostu yaman gündə sına.
Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
Yeməklə dost olan illərlə küsülü qalar.
Yoldaşını nişan ver, özünü tanıt.
Örtülü bazar dostluğu pozar.
Özgə atına minən tez düşər.
Özgə buzovunu güdənin çatısı əlində qalar.
Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
Özgəyə quyu qazan özü düşər.
Özgəsinə göz qoyan özünkünü itirər.
Sidq ilə dost olan ürəkdən də bir gərək.
Tək əldən səs çıxmaz.
Həmnişinin bab ilə, Görən desin habelə.
Hər şeyin təzəsi, dostun köhnəsi.
Çox qarışqa bir şiri öldürər.
Çörək itirən, çörək tapmaz.

                    Vətən və el haqqında
Abadan kənd tüstüsündən bilinər.
Ağac dibindən su içər.
Ağacı qurd içindən yeyər.
Ağac meyvəni dəyənə qədər böyüdər.
Ağac olan yerdə budaq sınar.
Ağac səmtinə yıxılar.
Ağac sınanda budaq nəyə gərəkdir?!
Ana kimi yar olmaz, Vətən kimi diyar.
Anasından ayrı düşən quzunu qurd yeyər.
Asılsan da uca budaqdan asıl.
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".
Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
Vətənə gəldim, imana gəldim.
Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
Qoçun buynuzu qoça ağırliq eləməz.
Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
Dam dirək üstə durar.
Doğma yurd şirin olar.
Dünyada Vətəndən əziz nə var?
Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
El ağzını bağlamaq olmaz.
El ağzı faldır.
El arxası çəmən olar.
El atan daş dağdan aşar.
El atan daşa güc düşməz.
El tutanı ər tutar, Ər atanı el atar.
El qapısı həm gec, həm güc açılar.
El bir olsa zərbi kərən sındırar.
El dəlisini çölə atmaz.
El elə sığışar, ev evə sığışmaz.
El elin aynasıdır.
Elə arxalanan igidin, arxası yerə dəyməz.
Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
Elimə qalsın, günümə qalmasın.
Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
Elin gözü sərraf olar.
Elin gücü bir olsa, düşməni dara çəkər.
Elin oğlu yumurtaya qulp taxar.
El keçən körpüdən qorxma, sən də keç.
El köçdü, oba qaldı.
El gözündən düşən boy atmaz.
El gözündən düşən gözsüz qalar.
El gücü, yel gücü, sel gücü.
Ellərə gülən canım - indi olub el gülüncü.
El oğrusuz, çöl qurdsuz olmaz.
El öz dəlisini tanıyar.
El sevəni aləm sevər.
Elsiz dağ viranədir.
El tikəni yel yıxa bilməz.
El harda, sən də orda.
El çalan zurnanın səsi uzağa gedər.
Yerlərdir haman yerlər, Görünməz oldu illər.
Yer, oturan adamla şərəflənər.
Yersiz gəldi, yerli qaç.
Yurddan çıxsan da, eldən çıxma.
Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
Lələ köçüb, yurdu qalıb.
Oba bizə, biz obaya hayanıq.
Oba köçüb, yurdu qalıb.
Ölər Koroğlu getməz bu yurddan.
Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
Torpaqda itki olmaz, Kötüksüz bitki olmaz.
Uçan damın böyüklüyü binövrəsindən bilinər.
Hər ağac öz dibinə kölgə salar.
Hər quşa öz yuvası doğmadır.
Hər kəsə öz Vətəni əzizdir.
Hər kəsi el istəsə, bülənd olar, ucalar.

                    Valideyn və övlad haqqında
Ana, bala ucundan canını oda yaxar.
Ana qarnında necə qalıbsan?
Anadan əziz yenə anadır.
Anadan əmdiyim süd burnumdan gəldi.
Analar bizi bu gün üçün doğub.
Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
Analı quzu, Xınalı quzu.
Anan, bacın kimdir? - Yaxın qonşum.
Ananın səbri tükənməz olur.
Anasızın gördüyü iş danlaqsız bitməz.
Anası gəzən ağacları balası budaq-budaq gəzər.
Anasına bax qızını al, Qırağına bax bezini al.
Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
Ata-anamı itirdim. Özümü yara yetirdim.
Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
Ata-ana sözünə baxmayan xoş gün görməz.
Ata-ananın canı övlada bağlı olar.
Ataya oğul, anaya qul.
Ata malına göz dikən ac olar.
Atam ilə atanı deyincə, özüm ilə özünü de.
Atam gündəni sayır, anam gündədən kəsir.
Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
Ata olmasan, ata qədri bilməzsən.
Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
Böyüyə hörmət vacibdir.
Böyük danışanda kiçik danışmaz.
Böyük danışanı kiçik götürər.
Böyük sözünə baxmayan, baxımsız qalar.
Böyük tökəni kiçik yığar.
Böyüyün sözündən çıxmazlar.
Qoca başqa, qocaman başqa.
Qoca qurd kahasından çıxmaz.
Qocadan demək, Cavandan əmək.
Qoca evin sütunudur.
Qocaya hörmət elə, sən də qocalacaqsan.
Qocanın biliyi, cavanın biləngi.
Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
Qız evlərdə tanınar, ipək dəzgahda.
Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
Övlad ata-ananın ürəyidir.
Övlad ya ataya oxşar, ya anaya.
Ərkəsöyün böyüyən oğul avara olar.
Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
Kiçikdən xəta, Böyükdən əta.
Oğlum oğul olsun, kol dibi evim.
Öz anasını sevməyən, özgə anasını sevməz.
Uşaq atadan yox, anadan yetim qalar, Uşaq, atasını hamıdan güclü bilər.
Uşağa uşaq deyiblər, böyüyə böyük.
Uşaq evin yaraşığıdır.
Uşaq gördüyün götürər, eşitdiyin deyər.
Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
Uşaq sözün düzünü deyər.

                    Söz, söhbət, danışıq haqqında

Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
Ağzının qaytanı yoxdur.
Adam var gözdən qızar, Adam var sözdən qızar.
Adam odur ilqarından dönməyə.
Adam yıxıldığı yerdən qalxar.
Adın nədir? - Rəşid! Birin de, birin eşit!
Adamın üzünə baxarlar, halını xəbər alarlar.
Ara sözü ev yıxar.
Başa dil gətirəni, el gətirə bilməz.
Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
Qorxu adama yalan dedirdər.
Damara bax, qan al.
Danışana macal vermir.
Danışıq, dananı qurda verər.
Danışığını yeyəsən.
Danışmaq gümüş, danışmamaq qızıldır.
Danışıram - pis olur, Danışmıram - his olur.
Dedim bir ağız ağla, demədim eli güldür bizə.
Dedim eşidəsən, demədim öyrənəsən!
Deyə-deyə dilimdə tük bitdi.
Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
Dilim-dilim olasan, dilim!
Dilini saxlayan salamat olar.
Dil yalançı olunca, lal olsa yaxşıdır.
Dil ürəyin açarıdır.
Dil yanılar, doğrusunu deyər.
Dil yarası qılınc yarasından yamandır.
Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
Doğru danışanın papağı yirtıq olar.
Doğru elə bilğr hamı doğrudur.
Doğru elə bilər hamı doğrudur.
Doğru yalanı qovar.
Doğruya zaval yoxdur, çəksələr min divana.
Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
Doğru söz acı olar.
Doğru sözdən xəta gəlməz.
Doğru söz dəmiri dələr.
Düzlük xoşbəxtliyin açarıdır.
Düzlük uzanar, qırılmaz.
Düz sözə boynum qıldan nazikdir.
Əvvəl danış, sonra gül.
Əvvəl düşün, sonra danış.
İnsan ölər, söz qalar.
Yağmasan da gurulda.
Yalan ayaq tutar, yeriməz.
Yalan danışan hamını qanmaz bilər.
Yaman dil başa bəladır.
Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
Yalan ki var, doğrunun quludur.
Yalan söz üz qizardar.
Yalançını mənzilənədək qov!
Yalançının evinə od düşdü, heç kəs inanmadı.
Yalançının üzü qara olar.
Yalançının hafizəsi olmaz.
Yalançı tamahkarı aldadar.
Kələk ilə gələn, külək ilə gedər.
Kişinin sözü bir olar.
Nə dil bilsin, nə dodaq.
Sözü söz kəsər.
Söz bir olsa, dağ oynayar yerindən.
Söz var el içində, söz var ev içində.
Söz vaxtına çəkər.
Söz verər, bez verməz.
Söz qılıncdan kəsərlidir.
Söz danışıqdan keçər.
Sözdən söz götürür.
Sözdən söz çıxar.