ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” . Elektron Kitab N 21 (03 - 2017)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org
Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr edilir
Zemfira Məhərrəmli
"Ömür bitər, yol bitməz"
Publisistik qeydlər, məqalələr toplusu
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Redaktor: Nizami CƏFƏROV AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi.
Zemfira Məhərrəmlinin bu kitabı jurnalistin yol qeydləri kimi qələmə alınıb. Müəllif dünyanın müxtəlif ölkələrinə səfərləri, iştirak etdiyi mötəbər toplantılar barədə təəssüratlarını oxucularla bölüşür. Bu publisistik yazılarda soydaşlarımızla görüşlərdən, onların tarixi vətənə − Azərbaycana bağlılığından, bitib-tükənməyən Qarabağ dərdimizdən, ümid və arzularımız-dan söz açılır.
İSBN 978-9955-8240-9-5
Zemfira Məhərrəmli. "Ömür bitər, yol bitməz…" (Publisistik qeydlər, məqalələr toplusu). Bakı, “RS Poliqraf” nəşriyyatı, 2015. - 160 səh. + 64 fotoşəkil
Zemfira Məhərrəmli. "Oyuncaq". - ЗЕМФИРА МАГЕРРАМЛИ. "Игрушка". Azərbaycan və rusca tərtib edilən kitab: povest, hekayələr və esselər. Bu 164 səhifəlik kitabı burada:
http://kitabxana.net/?oper=readBook&id=2716
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
YAZIÇI-PUBLİSİST ZEMFİRA MƏHƏRRƏMLİNİN BİOQRAFİYASI
Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıdakı C.Cabbarlı adına 187 saylı məktəbdə orta təhsil alıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Universitet auditoriyasında müəllimi olmuş ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləmiş, Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1990-2003). Z.Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir.
Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür. 1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə "qaynar" nöqtələrdə olmuş, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirmişdir Z.Məhərrəmli "Döyüşə qızlar gedir" (1997), "Karabağda savaş var" (İstanbul, "Turan" yayın evi, 1999), "Ötür durna qatarı" (2000), "Qırx qız dastanı" (2003) kitablarının müəllifidir.
2003-cü ildən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Fəxri üzvüdür. Müharibədə iştirak etmiş qadınların şücaətini oçerk və sənədli hekayələrində işıqlandırdığına görə bu qurumun və Şəhid Anaları Xeyriyyə Mərkəzinin Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
Z.Məhərrəmlinin əsərləri Azərbaycan, rus, ingilis və türk dillərində çap edilmişdir. İngilis dilində nəşr olunan "Garabagh war witnessed by women" ("Qarabağ müharibəsi qadınların şahidliyi ilə") (2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxmış "Карабахская война: сражались и женщины" (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun "Qarabağ" Ali mükafatını almışdır. Onun Qarabağ mövzusunda kitabları bu sahədə əziyyətli, gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir. Təkcə "Döyüşə qızlar gedir" kitabı haqqında 40-dək mətbuat nümunəsində resenziya dərc edilmiş, bu publisistik əsər yüksək dəyərləndirilmişdir.
Yaradıcılıq uğurlarına görə AJB-nin Həsən bəy Zərdabi (1997), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının (AzərKİVİHİ) "Qızıl qələm" (1998) mükafatlarına layiq görülmüşdür. Milli mətbuatımızın inkişafında səmərəli xidmətlərinə görə Zemfira Məhərrəmli Azərbaycan Mətbuat Fondunun «Dan ulduzu» Diplomu, Lider Qadınlar Birliyinin Milli Qəhrəman, jurnalist Salatın Əsgərova adına Fəxri Fərmanı, "Qafqaz" Media İctimai Birliyinin "Müqəddəs qələm", habelə Sara Xatun Ədəbi Məclisinin Diplomları ilə mükafatlandırılmışdır. O, publisistika sahəsində yaradıcılıq uğurlarına görə AzərKİVİHİ-nin "Vətən" diplomu (2000) və "Araz" Ali ədəbi mükafatı (2001) ilə təltif olunmuşdur.
Zemfira Məhərrəmli 2003-cü ildə "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalında tərbiyə problemi" mövzusunda dissertasiya müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Pedaqogika nəzəriyyəsinə və jurnalistikaya nəzəri yenilik gətirən elmi əsərdə bu problem şəxsiyyətin formalaşdırılması kontekstində öyrənilmiş, kiçikyaşlı uşaqların ahəngdar inkişafına təsir edən amillər araşdırılmışdır. Onun "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsində tərbiyə problemi" adlı monoqrafiyası 2004-cü ildə "Nurlan" nəşriyyatında çap edilmişdir.
2007-ci ildə "Bir ömürdə üç həyat" (S.Gəncəli ilə birlikdə) kitabı işıq üzü görmüşdür. 2015-ci ildə onun publisistik üslubda, "Jurnalistin yol qeydlər"i kimi qələmə alınmış "Ömür bitər, yol bitməz..." kitabı, habelə povest, hekayə, mənsur şeirlər və esselərindən seçmələrin toplandığı "Oyuncaq" adlı əsəri "RS Poliqraf" nəşriyyatında, müəllifin həyat yoluna və yaradıcılığına həsr ediilmiş "Söz adamı" kitabı "Səda" nəşriyyatında nəşr olunmuşdur. Qələm sahibinin yol kitabında soydaşlarımızla görüşlərdən, onların tarixi vətənə - Azərbaycana bağlılığından, bitib-tükənməyən Qarabağ dərdimizdən, ümid və arzularımızdan söz açılmışdır. Bədii nümunələrin yer aldığı nəsr əsərində isə müəllif ənənəsinə sadiq qalaraq, həyatın burulğanlarına, ağrılı mövzulara baş vuraraq, gerçək dünyamızın əzəli-əbədi dəyərlərindən, insan talelərindən söz açmış, xarakterlərin toqquşmasını fərqli ədəbi prizmadan təqdim etmiş, maraqlı, bədii situasiyalarda əks etdirdiyi hadisələrlə bağlı hiss və duyğularını bölüşmüşdür.
1990-1992-ci iliərdə Azərbaycan televiziyasında efirə çıxan populyar "Ana sözü" qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olmuşdur.
Z.Məhərrəmli 2003-cü ilin aprelindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışmış, Mətbuat Xidmətinin rəhbəri olmuşdur. 30-dək xarici ölkəyə səfər etmiş, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur. Haaqa I Sülh konfransı (1999), Avropa ombudsmanlarının Norveçdə (2003) və Danimarkada (2004) keçirilmiş beynəlxalq "dəyirmi masa"larına, habelə Qara dəniz ölkələri ombudsmanlarının İstanbulda (2005) təşkil olunmuş beynəlxalq seminarına qatılmışdır. Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, forumlarda dəfələrlə Azərbaycan jurnalistikasını, həmçinin ölkəmizdə formalaşmış mətbuat xidməti institutunu təmsil etmişdir. 2012-ci ildə Türkiyədə və 2014-cü ildə Dubayda düzənlənmiş News media konfranslarında iştirak və çıxış etmişdir.
Mətbuatda müntəzəm olaraq publisistik yazılar və bədii nümunələrlə çıxış edir. Qələmə aldığı povest və hekayələri, esseləri "Azərbaycan", "Ulduz" jurnallarında, "Məhsəti", "Yazıçı qadınlar", "Söz" dərgilərində, "525-ci qəzet", "Ədəbiyyat", "Bakı" və "Баку", "Kaspi", "Каспий" və "Мир литературы" qəzetlərində dərc olunur.
Z.Məhərrəmli türk dövlətlərini əhatə edən Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM) kimi nüfuzlu beynəlxalq yaradıcılıq qurumunun üzvüdür (2017) və birgə layihələrdə iştirak edir.
Z.Məhərrəmli ölkə Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Ailəlidir, iki övladı, üç nəvəsi var.