ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” . Elektron Kitab N 18 (02 - 2017)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org
Zemfira Məhərrəmli
"Oyuncaq"
ЗЕМФИРА МАГЕРРАМЛИ
"Игрушка"
Bədii əsərlər toplusu: povest, hekayələr və esselər
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
"Oyuncaq"
Bu yaxınlarda (2015-ci il) yazıçı-publisist Zemfira Məhərrəmlinin "Oyuncaq" adlı kitabı işıq üzü görüb.
"RS Poliqraf" MMC-nin mətbəəsində çap olunan 164 səhifəlik kitabda povest, hekayələr, mənsur şeirlər və esselər yer alıb.
Azərbaycan və rus dillərində tərtib edilən kitabın redaktoru Elçin Hüseynbəyli, Azərbaycan dilində olan hissənin ön sözünün müəllifi tənqidçi Vaqif Yusiflidir. Ruscaya tərcümə edən və rusca ön sözün müəllifi isə şair-publisist Pənah Rüstəmzadədir.
Vaqif Yusifli qeyd edir ki, savaş publisistikasından lirik nəsrə keçməklə Zemfira Məhərrəmli Azərbaycan qadının sevgi dünyasını, ailə-məişət qayğılarını, ən başlıcası isə hisslər dənizini bədii sözə çevirib.
Müəllif kitabda həyatın keşməkeşlərinə, ağrılı mövzulara baş vurur, insan talelərini, xarakterlərin toqquşmasını bədii ustalıqla oxucuya göstərir, bənzərsiz üslubla hadisələri təsvir edir.
"Oyuncaq" povestinin qəhrəmanları olan Nərgizlə Rəsulu bir növ Leyli və Məcnunun prototipi hesab etmək olar. Əsas fərq zaman kəsimi və "Oyuncaq"ın qəhrəmanlarının sağ qalmasıdır.
Kitabdakı hekayələri oxuduqca aydın görmək olur ki, Zemfira Məhərrəmlinin yaradıcılığındakı ana xətt qadın həyatı, qadın psixologiyasıdır. Əslində zərif olan bu məxluqların hansı çətinliyə, məhrumiyyətlərə dözdüyünü şairanə qələmlə təsvir edir. Hadisələr oxucunun beynində ardıcıllıqla film kadrları kimi dövr edir. Bunu müəllifin uğurlu təsvir bacarığı hesab etmək olar. Bütün bunlarla yanaşı, istər povest, istər hekayə, istərsə də esselərdə Z.Məhərrəmlinin dili və qurduğu süjet xətləri çox sadə, anlaşılandır. "Yuxunu suya danış", "Bir qaranlıq gecədə", "Analıq haqqı" hekayələri buna əyani sübutdur.
Xeyrin şərlə mübarizədə mütləq şəkildə qalib gələcəyindən bəhs edən "Qisas qiyamətə qalmaz" hekayəsi oxucuda inam, hər şeyin mütləq şəkildə aydınlığa qovuşacağına ümid qığılcımları yaradır.