Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Elin səadəti, ümidi". Kitabda vətənini, millətini sevən, elin dərdini, həsrətini öz dərdi, həsrəti, səadətini, ümidini öz səadəti, ümidi sayan şairin satirik və lirik şeirlərinin, poemalarının bir hissəsi verilir

Müəllif:

Binnət Eloğlu


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Binnət Eloğlu. "Elin səadəti, ümidi". Kitabda Vətənini, millətini canından artıq sevən, elin dərdini, həsrətini öz dərdi, həsrəti, səadətini, ümidini öz səadəti, ümidi sayan şairin ayrı-ayrı vaxtlarda yazdığı, satirik və lirik şeirlərinin, poemalarının az bir hissəsi çap olunmuşdur. Ümid edirik ki, növbəti kitabları bundan da uğurlu olacaq.


Baxış sayı: 31
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan poeziyası" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 12 (53 - 2015)


Kulturoloji layihəni maliyyələşdirən qurum:  YYSQ - http://www.yysq.org 


Binnət Eloğlu


Elin səadəti, ümidi


(Şeirlər və poemalar)


Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı, YYSQ - 2016

"Elm və təhsil". Bakı - 2015



DİQQƏT

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur...

 

Binnət Eloğlu. Elin səadəti, ümidi. Bak, "Elm və təhsil", 2015, 376


Binnət Eloğlu (Binnət Dilən oğlu Əhmədov) 1940-cı il iyunun 1-də Tovuzun Düz-Cırdaxan kəndində müəllim ailəsində anadan olub. 1956-cı ildə 7 illik məktəbi əla qiymətlərlə bitirib. 1956-1959-cu illər kolxozda çoban, birinci, dəmir yolunda fəhlə işləyib. 1959-1962-cı illər hərbi xidmətdə olub. 1962-ci ildən Bakıda xarrat, rəssam işləyə-işləyə gecə məktəbini bitirib, 1974-cü ildə M.F.Axundov adına Pedaqoji İnstitutu bitirib. İnstitutda gündüzlər oxuyarkən axşamlar 6 saylı əmək-islah koloniyasında xarratlıqdan dərs keçib. 1974-cü ildən 1991-ci ilədək Radiozavodda mülkü-müdafiə rəisi, orta məktəbdə müəllim işləyib. 15 yaşından şeirin bütün formalarında lirik və satirik şeirlər və poemalar yazır.
Kitabda Vətənini, millətini canından artıq sevən, elin dərdini, həsrətini öz dərdi, həsrəti, səadətini, ümidini öz səadəti, ümidi sayan şairin ayrı-ayrı vaxtlarda yazdığı, satirik və lirik şeirlərinin, poemalarının az bir hissəsi çap olunmuşdur. Ümid edirik ki, növbəti kitabları bundan da uğurlu olacaq.

 

Şairin başqa kitabı burda:


http://kitabxana.net/?oper=readBook&id=2359