Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". Böyük türk şairi, dünya poeziyasının görkəmli nümayəndəsi Nazim Hikmətin Azərbaycanca bu kitabı latın qrafiksı ilə Prezident İlham Əliyevin xüsusi sərəncamıyla nəşr olunub. Nazım Hikmet Ran. Aforizmlər...

Müəllif:

Nazim Hikmət Ran


Kateqoriya:

Poeziya



Qısa Təsvir:

Nazim Hikmət Ran. "Seçilmiş əsərləri". Böyük türk şairi, dünya poeziyasının görkəmli nümayəndəsi Nazim Hikmətin azərbaycanca bu kitabı latın qrafiksı ilə Prezident İlham Əliyevin xüsusi sərəncamıyla nəşr olunub. Nazim Hikmət Ran. Aforizmlər...


Baxış sayı: 3642
    
    


Nazim Hikmət Ran


"Seçilmiş əsərləri"


Böyük türk şairi, dünya poeziyasının görkəmli nümayəndəsi Nazim Hikmətin azərbaycanca bu kitabı latın qrafiksı ilə Prezident İlham Əliyevin xüsusi sərəncamıyla nəşr olunub.


Nazim Hikmət Ran


Nazim Hikmət (Nazim Hikmət Ran) 1902-ci il yanvar ayının 20-də zədagan ailəsində anadan olmuşdur.

O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyəni xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uçrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

Nazim Hikmət 1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbsə alınan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.

1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı "Cokonda və Şi-Ya – u" poeması, 1932-ci ildə yazdığı "Benerci özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəldilmişdir. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə Türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.

1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin sücetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilmişdir. Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir Türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuşŞ pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eynu adlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.


Əsərləri


Memleketimden İnsan Manzaraları

Kafatası

Unutulan Adam

Taranta Babu'ya Mektuplar

Ferhad ile Şirin

Kurtuluş Savaşı Destanı

Kız Çocuğu]]

Tahir ile Zühre

Şeyh Bedrettin Destanı

Sevdalı Bulut, (Teatr oyunu)

Seçilmiş əsərləri, 2 cilddə.-B.: Azərnəşr, 1961.-1963; C I.-512 s; C.II.-394 s.

Yaşamaq gözəl şeydir, qardaşım – B.: Yazıçı. 1983. – 180.

Şer kitabları[redaktə]

835 Satır, (1929)

Jokond ile Si-Ya-u, (1929)

Varan 3, (1930)

1 + 1 = 1, (1930)

Sesini Kaybeden Şehir, (1931)

Benerci Kendini Niçin Öldürdü, (1931)

Gece Gelen Telgraf, (1932)

Taranta Babu'ya Mektuplar, (1935)

Portreler, (1935)

Simavna Kadısı Oğlu Şeyh Bedreddin Destanı (1936)

Saat 21-22 Şiirleri, (1965)

Kurtuluş Savaşı Destanı, (1965)

Şu 1941 yılında (Memleketimden İnsan Manzaralarının 3. kitabı), (1965)

Dört Hapishaneden, (1966)

Rubailer, (1966)

Memleketimden İnsan Manzaraları (İlk bölüm), (1966)

Memleketimden İnsan Manzaraları, (1966-1967)

Kuvayi Milliye, (1968)

Oyunları[redaktə]

Kafatası, (1932)

Bir Ölü Evi (veya Merhumun Hanesi), (1932)

Unutulan Adam, (1935)

Ferhat ile Şirin, (1965)

Sabahat, (1965)

İnek, (1965)

Ocak Başında Yolcu (iki oyun birarada), (1966)

Yusuf ile Menofis, (1967)

Romanları[redaktə]

Kan Konuşmaz, (1965)

Yeşil Elmalar (yedi yazardan derleme), (1965)

Yaşamak Güzel Birşey Be Kardeşim, (1967)

Fıkraları[redaktə]

İt Ürür, Kervan Yürür (Orhan Selim adıyla gazetelerde yazdığı yazılar), (1965)

Masal kitabı[redaktə]

Sevdalı Bulut, (1968)


Haqqında olan ədəbiyyat


Bakıya gedirəm: Nazim Hikmət və Azərbaycan.- B.: Yazıçı, 1984.- 167 s.

Fiş R. Nazim Hikmət.- B.: Gənclik, 1981.- 224 s.

İsmayılov A. Nazim Hikmətin həyat və yaradıcılıq salnaməsi.- B.: Yazıçıı, 1990.- 342 s.

Kərimov C. Hikmət xəzinəsi.- B.: Elm, 2000.- 93 s.

Nazim Hikmət.- B.: İşıq, 1978.- 88 s.

Səfərli Ə. Hikmət xəzinəsi.- B.: Maarif, 1992.- 550 s.

Abdullaoğlu A. Nazim Hikmətin pyesləri Azərbaycan tənqidində //Qobustan.-1979.-№ 3.-S.23-27.

Abdulla A. Nazim Hikmət dramaturgiyası Azərbaycan ədəbiyyatşünaslığında //Qobustan.- 1979.- № 4.- S.19-25.

Nazim Hikmət musiqidə //Qobustan.- 1977.- №.2.-.S.22-23.

Nazim Hikmət haqqında yeni kitab //Azərbaycan. -2000.- 27 okt.-S.4.


Şairin Azərbaycanca başqa əsərləri buradan oxuyun:


http://www.kitabxana.net/?oper=readBook&id=1256

 

 

Nazim Hikmət Ran


Aforizmlər...

 


Dost uğrunda ölmək asan, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.. 

Ürəkli bir qadının başı, ürəksiz bir kişinin çiyininə ağır gəlir!

İnsan biriylə yaşlanmalı, Biri üzündən deyil!

Peşman deyiləm yaşadıqlarımdan, öfkəm bəlkə də yaşayamadıqlarımdan..

Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağlı, sevənin isə həqiqətən ürəyi qazanar bu döyüşü..

Sevmək, Sevdiyin adamla birlikdə olmaq deyil, unutma! Çünki eşq, onunla yaşamaq deyil, onu yaşamaqdır əslində..

Qadınlarımızın üzü acılarımızın kitabıdır. Acılarımız, ayıblarımız və tökdüyümüz qan qarasabanlar kimi çəkər qadınların üzünü..

Eşqin bu cür sıradan olmadığına inanıram mən. Əvvəl sıradan olanları yaşayacaqsan ki, gerçək olanı anlaya biləsən..

Böyük bir xəyal qırıqlığı yaşayıb mən artıq kimsəni sevmərəm demə! Unutma ki, ən gözəl çiçəklər qəbiristanlıqlarda yetişir..

Yolunu gözləyərkən daha dünən gecə, qaçıram bu gün səndən gizlicə. Qəlbimə baxdım da yaxşıca, anladım ki, sən də hər kəs kimisən!

Gedənin arxasından gələn, gedəni tapacaq mı zənn edirsən?

Bir gün mənsizlik çalar qapını. Mənli günləri düşünər, təsəlli taparsan..Sanma ki, yalanlar içində, mən kimi bir doğru taparsan..

Bəzən əhəmiyyətli olmamalıdır gedəcək olan, ya da gəlməyən. Çünki bəzən, başlamaq lazımdır hər şeyə yenidən..

Qorxma mənə aşiq olmaqdan, ya da çəkib getməkdən. Çünki ürəyimdəki heç bir cəsədi sahibsiz buraxmadım mən..

Artıq nə geri gəlməyini gözlərəm, nə də mən gələrəm. Necəsə mən bir şey itirmədim, sən mənsizliyi seçdin. Qərar sənin..

Hər gələn sevməz və heç bir sevən getməz unutma. Bil ki, Gedən dönürsə sevdiyindən deyil, itirdiyindəndir əslində!

Əfsuslar insanın bildiyini anlada bilməməsi. "Mən" deyib susması, "Sən" deyib ağlaması..

Döyüşə bilərəm, doğru tapdığım, haqlı tapdığım, gözəl tapdığım hər şey üçün, hər kəs üçün, yaşım başım buna mane deyil..

Kəpənək misalıdır eşq, anlamayana ömürü gündəlik, anlayana bir ömürlük!

Nələri alıb aparmadı məndən ayrılıq ?! Kilometrələrlə ümid, tonlarla kədər, daradığım saçlar, sıxtığım əllər və sənə söyləmək istədiyim ən gözəl söz: hələ söyləməmiş olduğum sözdür..

Bəli..Bəlkə ümidim qalmadı gələcəyimdən, ama əsla peşman deyiləm keçmişimdən..

Anlamağa başlayıram, inancımı itirmək bahasına..

Vicdanla birlikdə, şərəf axtarıram mən sevdiklərimdə.. Hər zaman doğru deyil əlbət seçimlərim.. Zaman gəlir, şərəfsizləri "də sevərəm..

İnsan ya heyrandər sənə, ya düşmən. Ya heç yoxsan kimi unudularsan, ya da bir dəqiqə belə çıxmazsan ağıldan.

Ümid minbir ayaqlı, ümid Günəşdə saxlı. Ümid edənlər haqlı, Ümid insanın haqqı..

Necə də pisdir insanın ağlıyla ürəyi arasında çarəsiz qalması. Necə də pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olması!

Peşman deyiləm! Yalnız qayıt bax arxana, nə üçün, nələrdən imtina etdin? Nələr dayanarkən, sən nəyi seçdin?!

Kimi insan otların kimi insan balıqların növünü bilər mən isə ayrılıqların. Kimi insan əzbərdən sayar ulduzların adını mən həsrətlərin..

Mən həm özümdən bəhs edən şeirlər yazmaq istəyirəm, həm bir tək insana, həm də milyonlara səslənən şeirlər.

Sən mənim sərxoşluğumsan, nə ayıldım, nə ayıla bilirəm, nə də ayılmaq istəyirəm!

Heç bir qorxuya bənzəməz xalqını satanın qorxusu.

Bəlkə mən sənə sevməyi öyrədə bilmərəm, amma sən də mənə, unutmağı öyrətmə.. Bəlkə mən sənə qovuşmağı öyrədə bilmərəm, amma sən də mənə, ayrılığı öyrətmə..

Gəlirəm dedi. Məndən belə qovdum məni. Amma nə o gəldi, nə də qovduğum mən gəldi geri. Sənsizdim bir də mənsiz buraxdın məni..

Əlbət bitəcək günəşə həsrət günlər. Və o zaman qütblərdə yetişən cılız və kiçik bitkilər deyil, günəşin çiçəkləri dolduracaq ürəyini..

Dostluq ağaca bənzər, qurudumu bir daha yaşıllanmaz..

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti..

Səndə qeyri-mümkünlüyü sevirəm, lakin əsla ümidsizliyi deyil..

Ya ölü ulduzlara aparacağıq həyatı, ya da ölüm enəcək yer üzünə.

Düşmənə inad bir gün daha çox yaşayacaqsan..

Ölüm özündən əvvəl mənə təkliyini göndərdi..

Məsələ əsir düşməkdə deyil, təslim olmamaqda bütün məsələ...