Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Azərbaycan mətbuatı tarixi (1875-1990)". Kitabı müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib...

Müəllif:

Akif Aşırlı


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

Akif Aşırlı-Azərbaycan mətbuatı tarixi (1875-1990). Kitab müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib...


Baxış sayı: 2611
    
    


Akif Aşırlı


"Azərbaycan mətbuatı tarixi"

(1875-1920)


Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün bütün çətinliklərlə birgə özünün növbəti inkişaf mərhələsini yaşayır. Akif Aşırlının qələmə aldığı "Azərbaycan mətbuatı tarixi" (1875-1920)" kitabı müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib. Sonuncu dəfə "Azərbaycan mətbuatı tarixi" kitabının 1974-cü ildə çap olunması nəzərə alınsa, müəllifin qarşılaşdığı çətinliklər aydın görünər. Milli mətbu irsimiz barədə yazılan monoqrafiyalar, dövri mətbuatda çap olunan yazılar və müəllifin axtarışları hesabına ərsəyə gələn "Azərbaycan mətbuatı tarixi" (1875-1920)" kitabı problemin həllinə cəhd kimi dəyərləndirilməlidir. Müəllif kitabın qüsurlardan xali olduğu iddiasında deyil və bu yöndə tədqiqatlarını aparmaq fikrindədir.

Kitabın ikinci hissəsində birpartiyalı sistemə keçiddən Azərbaycanda sovet mətbuatı modelinin yaranmasınadək, bolşevik istilasının ilk vaxtlarında «İstiqlal» qəzetinin gizli nəşri, repressiya illərinin jurnalistikası, mətbuatın «xalq düşməni» obrazının yaradılmasına cəlb edilməsi, müharibə dövrü mətbuatı, ondan sonrakı illərin mətbuatı, 80-ci illərdə yeni jurnalistikaya keçid dönəmi, 80-ci illərin sonlarında çıxan leqal və qeyri-leqal nəşrlər və s. kitabda geniş təhlil olunur.