AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. İstedadlı şairənin bu kitabında da lirik-fəlsəfi duyğuların poetik təzahürü olan şeirlərində əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.
Azərbaycan ədəbiyyatının məhsuldar nümayəndəsinin növbəti - yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 10 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı şeirlər və poemalardan ibarət toplusu işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili epik-lirik əsərləri, 3 poeması toplanıb. Ailə-məişət, mənəviyyat-əxlaq, müxtəlif insanların sevgi aləmi, insanlara sayığı, həyata maraq, detektiv olaylar kimi məsələlər bu poemaların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyo, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.
AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. Bu kitabda insan üçün ən mərhəm duyğuların poetik təzahürü olan şeirlərdə haçansa gördüyünüz, yaxud cizgilərini yaddaşınızda canlandırdığınız mənzərələri, o mənzərələrin komponentlərini təşkil edən detalları, başlıcası, bütün bunların fövqündə dayanmış əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.
İstedadlı cavan yazıçının poeziya və bədii nəsr kitabı. "Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron - oxunaqlı bədii nəsr əsərlərindən ibarət kitabı. Tanınmış yazıçı “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron kitabı - oxunaqlı bədii nəsr əsərlərindən ibarət toplu. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.