İstedadlı müəllifin bu yeni kitabı Lənkəranın mətbuatının yaranma tarixi və inkişaf mərhələləri, media nümayəndələri, çap edilmiş qəzetlər haqqında müfəssəl məlumatlarla zəngindir. Kitabda "Leninçi", "Lənkəranın səsi", "Aşkarlıq", "Söz", "Məşəl" kimi qəzet və dərgilər haqqında maraqlı faktlar verilir.
YYSİB-nin fəaliyyətləri çərçivəsində nəşr olunan kitabın elektron variantında Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna işıq salınır: burada onun aforizmləri, cənublu müəlliflərin məqalələri və Ulu Öndərə həsr olunmuş şeirlər toplanıb.Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.
Tanınmış yazıçı, alim, esseistin oxuculara təqdim olunan bu kitabı dünya ədəbiyyatında, elmində və publisistikasında hələ də “açıq” qalan mövzuya həsr edilmişdir: İlahidən Yer üzünə göndərilən qadın aləminin sehrli möcüzələri, təkrarsız məlahiyyəti, ilğım şəhvət hissi. Müəllif bu essesində bütövlükdə qadın məlahətindən irəli gələn vərdişlərinə, yataq həzinliyinə, ruhi – cismani məhəbbətinə toxunmaq istəmişdir. Fərdi yaradıcılıq psixologiyasından və bədii–elmi üslubundan qaynaqlanan təsvirləri, ricətləri oxucuların estetik tələbatlarına cavab verir, onlarda həyatsevərlik hissi aşılayır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. P.S. Diqqqət: 18 yaşdan yuxarı oxucular üçün...
Tanınmış yazıçı, alim, esseistin "Seçilmiş əsərlər"inin I cildində oxuculara təqdim olunan yeni romanı yer alıb. Əsər sevgi və sənət dünyası haqqındadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Aylıq ədəbi e-dərgi. 44-cü sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri toplanıb. E-dərgi Güney Azərbaycanda yayıma hazırlanıb: redaktoru və naşiri Səxavət İzzətidir
Aylıq ədəbi e-dərgi. 43-cü sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri toplanıb. E-dərgi Güney Azərbaycanda yayıma hazırlanıb: redaktoru və naşiri Səxavət İzzətidir.