Kitabın müəllifi rus-sovet, erməni, digər xarici ölkə müəlliflərinin əsərlərinə, çoxsaylı arxiv materiallarına, müxtəlif mənbələrə istinad edərək erməni faşizminin, erməni xislətinin, erməniliyin anatomiyasını bütün incəliklərinə qədər açır, oxucuya tanıdır. Bununla yanaşı əsərdə erməni şovinizmini qızışdıran erməni kilsəsinin, ermənilərin ələ aldıqları beynəlxalq qüvvələrin, eləcə də beşinci kalonun fəaliyyətlərindən də bəhs edilir. Ermənilik və terrorizm vəhdətinin insana, insanlığa bəla olduğu göstərilir. Əsərdə təsvir olunun bütün hadisələrin, faciələrin, tarixi proseslərin analizi verilir. Səbəbləri araşdırılır, yol verilən nöqsanlar göstərilir, müəyyən qənaətlərə gəlinir.
"Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...
Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsinin yeni kitabı. Kitаbdа tanınmış şairə, alim Firuzə Məmmədli yаrаdıcılığı son illərdə yаzdığı əsərlər verilmişdir. Kitаbdа şаirin siyаsi-ictimаi məzmunlu məqаlələri, xаtirələri, onа yаzılmış yubiley təbrikləri, son zаmаnlаr sosiаl şəbəkələrdə pаylаşdığı fəlsəfi məzmunlu stаtuslаrı, müxtəlif illərdə, o cümlədən təzə yаzdığı şeirlər verilmişdir.
İslam sivillisasiyası haqqında müsəlman ailə fəlsəfi haqqında kitabda maraqlı məsələlərə toxunulur. Ailə, İslam cəmiyyətinin sarsılmaz təməlidir. Güclü ailə, güclü millət və dövlətin ana təməlidir. Elə buna görə də dinimizdə ailə bünövrəsinin möhkəm təməllər üzərində qurulmasına önəm verilmişdir.
"İslam tarixi, müsəlman sivillizasiyası, ilahiyyat elmləri": tarixi-fəlsəfi, dini-ilahiyyat kitablar silsiləsi . "Peyğəmbərin tövhidi". İslam tarixi haqqında tarixi-fəlsəfi, dini-ilahiyyat kitabı. Tərtibçi və tərcümə edən: Əlixan Musayev
Tanınmış yazıçı-publisistin yeni kitabında ermənilərin Lənkəranda və ölkəmizin Cənub bölgəsində törətdikləri 1918-ci il Mart soyqırımı və faciələrin qurbanlarının tarixi haqqında maraqlı faktlar verilir.