Dövlətlərin, xalqların üzləşdikləri bəşəri fəlakətlərə baxmayaraq, insan tacirləri öz biznes maraqlarından əl çəkmirlər. “Malayziyada açılan səhər” bədii romanı da məhz bu mövzuda qələmə alınıb. Sunamidən sonra İndoneziya sahillərində baş verən dağıntılar altından xilas edilən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər.
Kitab ruhi kamilləşmə mövzusuna həsr olunub: qədim Şərqin - Hindistanın inanc yoluna, buddizmin müxtəlif istiqamətlərinə həsr olunub. Nəşrdəki fikirlər və mövqelər müəllifə məxsüsdur, portalın mövqeyini əks etdirmir.
Qarabağ veteranı, dəyərli yazıçımız Səfdər Eminovun yazdığı əsərlərin hamısı müharibə mövzusundadır. İnanırıq ku, onun yazdığı hər bir əsər Azərbaycan ədəbiyyatına ən gözəl töhvə olmaqla bərabər, gələcək nəsilimizə kişilik, igidlik məktəbidir. «213-cü gün» əsəri ermənilərə əsir düşən və erməni cəlladlarının işğəncəsinə məruz qalan əsgərlərimizin faciəli həyatından bəhs edir.
Məhsuldar yazıçınlın bu yeni kitabındakı “Rəngsiz ölüm” sənədli-bədii romanı və “Sayrışan ulduzlar” povestləri “Casus ovu”ndan sonra araya-ərsəyə gətirdiyi, günümüzün aktuallığını əks etdirən vətənpərvərlik mövzusunu özündə ehtiva edən ədəbi nümunələrdir.
İstedadlı müəllifin bu romanı oxucuların böyük marağına səbəb olacaq. Əsər SSRİ-nin son dövrünü və Azərbaycanımızın müstəqilliyinin yenidən bərpası ərəfəsində və sonrakı dönəmlərdə qarşıya çıxan çətinliklərdən, qəhrəman azəri oğullarının iştirak etdiyi qanlı döyüşlərdən, əsir düşmüş soydaşlarımızın işgəncə dolu ağır həyatından bəhs edir.
İstedadlı gənc müəllif, pedaqoq kimi tanınan Zenfira Nusalovanın ilk kitabı kimi oxucuların diqqətini cəlb etmiş, bədii-fəlsəfi motivlərlə zəngin "Xəyallardan gerçəkliyə" adlı bədii nəsr kitabının elektron variantı.