Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
İsgəndər Bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı.

Bələdçi

(müəllif)

Qısa Təsvir:

İsgəndər Bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı.  Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr olunmuşdur. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi baxımından çox mühüm hadisədir.


Baxış sayı: 4458
    
    


    
"Azərbaycançılıq" (Tanınmış azərbaycanlılar haqqında qısa ensiklopedik kitab). Azərbaycan Respublikası Prezident İşlər İdarəsi - Prezident Kitabxanasının elektron nəşri...

Bələdçi

(müəllif)

Qısa Təsvir:

"Azərbaycançılıq" (Tanınmış azərbaycanlılar haqqında qısa ensiklopedik kitab). Azərbaycan Respublikası Prezident İşlər İdarəsi - Prezident Kitabxanasının elektron nəşri...


Baxış sayı: 3053
    
    


    
"Səfəvilər". Mübahisəli, sübyektiv fikirlər, bəzən qərəzli, bəzən pafoslu mülahizələrlə dolu bir kitab olaraq Səfəvilər tarixinə yeni, tam fərqli bir baxış sərgiləmək məqsədilə yazılıb.

Güntay Gəncalp

(müəllif)

Qısa Təsvir:

Güntay Gəncalp. "Səfəvilər". Mübahisəli, sübyektiv fikirlər, bəzən qərəzli, bəzən pafoslu mülahizələrlə dolu bir kitab olaraq Səfəvilər tarixinə yeni, tam fərqli bir baxış sərgiləmək məqsədilə yazılıb. Bu günə qədər tarix üzərinə bir tərəfli yanaşmalar və ona mədhiyyələr yağdırmalar yalnız ziyan vermiş və in­sanların tarix üzərinə düşünmə imkanlarını don­dur­muş­dur. Bu əsərdə Azərbaycan tarix elmi üçün bilinməyən “şüubiyyə” kimi yeni anlayışlar ortaya qo­yulmuş və Sə­fə­vilərlə şüubiyyə hərəkatının əlaqələri geniş ölçüdə araş­dırıl­mışdır. Kitabda Səfəvi kimliyinin doğuşu və iqtidara yük­səlişi fərqli bir bucaqdan in­cələnib dəyərləndiril­miş­dir.


Baxış sayı: 4031
    
    


    
"Azərbaycan tarixi üzrə qaynaqlar". II nəşr. Tərtibatçısı və redaktoru: tarix elmlər doktoru, professor Süleyman Əliyarlı... Kitabda ən qədim çağlardan XIX əsrin 70-ci illərinə qədərki dövrü əhatə edən çox gərəkli sənədlər və təsviri yönüml

Bələdçi

(müəllif)

Qısa Təsvir:

"Azərbaycan tarixi üzrə qaynaqlar". II nəşr. Tərtibatçısı və redaktoru: tarix elmlər doktoru, professor, Əməkdar elm xadimi Süleyman Əliyarlı... Kitabda ən qədim çağlardan XIX əsrin 70-ci illərinə qədərki dövrü əhatə edən çox gərəkli sənədlər və təsviri yönümlü mətnlərdən seçmələr daxildir.


Baxış sayı: 5849
    
    


    
"Əsrimizin Siyavuşu". Bu yazıda Azərbaycan Xalq Cümhuriyyətini banisi Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi baxısları üstünlük təskil edir...

Məhəmməd Əmin Rəsulzadə

(müəllif)

Qısa Təsvir:

"Əsrimizin Siyavuşu". Bu yazıda Azərbaycan Xalq Cümhuriyyətini banisi Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi baxısları üstünlük təskil edir... 


Baxış sayı: 3614
    
    


    
Həşim Kəlbiyev. "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri". Ölkəmizin yerli xalqlarından olan, Azərbaycan millətinin formalaşmasında mühüm rol oynamış talış xalqının ən qədim dövrdə Azərbaycan və İran tarixində rolu

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Həşim Kəlbiyev. "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri". Kitabda ölkəmizin aborigen xalqlarından olan, Azərbaycan millətinin formalaşmasında mühüm rol oynamış talış xalqının ən qədim dövrdə Azərbaycan və İran tarixində rolundan bəhs edilir...


Baxış sayı: 3356
    
    


    
"Tarix" I Kitab. Klio (Doqquz kitabda). Birinci hissə. Qədim dünyanın tarix ensiklopediyası azərbaycanca... Pənah Xəlilov: "Tarixin atası və biz"...

Herodot

(müəllif)

Qısa Təsvir:

"Tarix" I Kitab. Klio (Doqquz kitabda). Birinci hissə. Qədim dünyanın tarix ensiklopediyası azərbaycanca... Pənah Xəlilov: "Tarixin atası və biz"... "Tarixin atası" sayılan Herodotun 9 kitabdan ibarət "Tarix" əsərində Yunan-İran müharibələrindən, habelə qədim dünyanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından, onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini öyrənmək baxımından da qiymətli məxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), onların Azərbaycana gəlmələri, Azərbaycan ərazisində yaşamış qədim qəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyət malikdir...


Baxış sayı: 5039
    
    


    
"Manna dövləti". Təqdim edilən monoqrafiya eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən olan Mannanın siyasi və iqtisadi tarixinə həsr olunmuşdur.

Solmaz Qaşqay

(müəllif)

Qısa Təsvir:

Solmaz Qaşqay. "Manna dövləti". Təqdim edilən monoqrafiya  eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaranmış ən qədim  dövlətlərdən olan Mannanın siyasi və iqtisadi tarixinə həsr olunmuşdur. Əsərdə Cənubi Azərbaycan ərazisində qazıntılar  zamanı aşkar edilmiş mixi yazılarından  istifadə edilmişdir. Kitabda  dövlət quruculuğu və etnik problemlərə, təsərrüfatın  müxtəlif sahələrinə  xüsusi yer  verilmişdir. Manna  dövlətində  yüksək mədəniyyət  və inkişaf etmiş iqtisadiyyatı olmuşdur


Baxış sayı: 3403
    
    


    
"Qədim Türklər". Görkəmli Rusiya tarixçi aliminin qədim Türan Dünyası və türklər haqqında möhtəşəm araşdırması. Kitab Azərbaycancaya tərcümə olunub. Müəllif haqqında yazı...

Lev Qumilyov

(müəllif)

Qısa Təsvir:

Lev Qumilyov.  "Qədim Türklər". Görkəmli Rusiya tarixçi aliminin qədim Türan Dünyası və türklər haqqında möhtəşəm araşdırması. Kitab Azərbaycancaya tərcümə olunub. Müəllif haqqında yazı...


Baxış sayı: 5491
    
    


    
"Без Вечнего Синего Неба" (rusca). Он pассказал о предшественнице Руси - степной державе Дешт-и-Кипчак (Великой Степи, Половецком поле), раздвинув тем самым диапазон отечественной истории на тысячу лет... (M. Acının “Qıpçaq çöllərinin yovşa

Murad Aci

(müəllif)

Qısa Təsvir:

Мурад Аджи. Без Вечного Синего Неба. Очерки нашей истории... Мурад Аджи сделал то, что еще вчера считалось сделать невозможно. Рассказал о предшественнице Руси - степной державе Дешт-и-Кипчак (Великой Степи, Половецком поле), раздвинув тем самым диапазон отечественной истории на тысячу лет. (M. Acının “Qıpçaq çöllərinin yovşanı” kitabından bir parça)


Baxış sayı: 3290
    
    


    
Pyer Davit. "Dünya və ya onun dörd tərəfinin ümumi təsviri". Kornel Lö Brən. "Moskoviya, İran və Şərqi Hind Adalarına səyahət (iqtibaslar). Orta əsrlər Şərq - Azərbaycan tarixinə aid qərbli müəlliflərin iki unikal əsəri...

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Pyer Davit. "Dünya və ya onun dörd tərəfinin ümumi təsviri". Kornel Lö Brən. "Moskoviya, İran və Şərqi Hind Adalarına səyahət (iqtibaslar). Orta əsrlər Şərq - Azərbaycan tarixinə aid qərbli müəlliflərin iki unikal əsəri...


Baxış sayı: 3445
    
    


    
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. "Əxbərnamə" (Talış - Lənkəran Xanlığının tarixindən). Əsəri XVIII əsrin sonu-XIX əsrin əvvəlləri Şimali Azərbaycanın Talış xanlığında cərəyan etmiş hadisələrinin iştirakçısı tərəfindən yazılıb

Mirzə Əhməd Mirzə Xudaverdi oğlu

(müəllif)

Qısa Təsvir:

"Əxbarnamə" əsəri  XVIII əsrin sonu-XIX əsrin əvvəlləri Şimali Azərbaycanın Talış- Lənkəran xanlığında cərəyan etmiş hadisələrinin bir çoxunda bilavasitə iştirak etmiş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu tərəfindən qələmə alınmışdır. Müəllif şəxsən şahidi olduğu, yaxud bilavasitə onlarda iştirak etmiş şəxslərdən eşitdiyi hadisələri çox canlı təsvir etmiş, hadisələrdə iştirak edən insanların və hadisələr cərəyan edən ərazilərin külli miqdarda toponimlərinin adını əsərdə göstərmişdir.


Baxış sayı: 4989