Kitab 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatında iştirak edərək son nəfəsinədək döyüşüb qəhrəmancasına həlak olan, İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biri – şəhid polkovnik-leytenant, əslən Biləsuvardan olan Əkbərov Orxan Nadir oğlunun döyüş yolundan bəhs edir.
Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanının müavini və qərargah rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad İsrayıl oğlu Həşimova həsr olunan poema.
İstedadlı cavan şair-publisitin lirik və vətənpərvərlik əsərlərindən ibarət ilk poetik toplusu: müəllif şeirlərinin əsas motivi Vətənə sevgi, insanlara məhəbbət, dəyərlərə sayğı təşkil edir.
İstedadlı gənc filoloq alimin bu monoqrafiyasında Azərbaycanın görkəmli Xalq Yazıçısı Mirzə İbrahimovun ədəbi-nəzəri görüşləri əsasında ədəbiyyatşünaslıq problemləri və onun təhlili məsələləri tədqiq olunur.
Ədəbi körpü. Aylıq ədəbi e-dərgi. 40-cı sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri
“Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. 37-ci sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri
Əlixan Musayev. "İmam Hüseyn"."İslam tarixi, müsəlman sivillizasiyası, ilahiyyat elmləri": tarixi-fəlsəfi, dini-ilahiyyat kitablar silsiləsindən növbəti dini-populyar nəşr.
Əli Əlirzayev. "Turizm iqtisadiyyatı və idarə olunması". Sahəvi ədəbiyyat - elmi-iqtisadi kitab. Azərbaycanda turizm və onun müxtəlif iqtisadi istiqamətləri hazqqında monoqrafik əsər. Turizm sahəsinin peşəkarları üçün elmi vəsait.
Əli Şirin Şükürlü “Ədəbi suprematizim” (İntellektual poeziya haqqında nəzəriyyə) və “Dünyaya yeni baxış” (fəlsəfi esse). Kitab iki hissədən ibarət olub, elmi-populyar üslubda yazılmışdır. Birinci hissəyə müəllifin intellektual poeziya barədə nəzəriyyəsi – “Ədəbi suprematizm” əsəri daxil edilmişdir. Ön söz əvəzi – “Suprematizmdən Ədəbi suprematizmə” essesi bu nəzəriyyənin (həmçinin eyni adlı ədəbi-fəlsəfi cərəyanın) manifesti kimi təqdim olunur.
Əlisəfa Azayev. "Vahimə". Detektiv povest. Əsərdə vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gəncmüstəntiqin faciəsindən söz açılır.