Uzun illərdi sahibkar kimi çalışan, xeyirxah insan kimi tanınan və sevilən Xuraman Muradova vətənə, xalqa olan sevgi hisslərini, duyğularını poeziyanın dilində qələmə almağı bacarıb. İncə ruhlu şeirləri ilə oxucu qəlbinə yol tapıb.
Kitab istedadlı müəllifin eyniadlı povesti və mətbuatda işıq üzü görmüş məqalələri verilib. Bu bədii və publisitik yazılar ədəbiyyatsevərlərin diqqətini cəlb edəcək.
Toplu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan “Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” adlı ikiaylıq layihəsi çərçivəsində nəşr olunub.
İstedadlı, məhsuldar gənc şairin ilkin qələm nümunələrinin toplandığı ilk kitabı. Bu lirik-ictimai poeziya nümunələrindən də göründüyü kimi, şair zəmanəsinin nəbzini tutmağa çalışır, zamandaşının duyğularını şeiriyyətə gətirməyə çalışır...
İki hissəyə ayrılmış kitabın ilk bölümündə şairin məhəbbət mövzusundakı lirik şeirləri yer alıb: buradakı eşq, sevgi haqqında yeni deyimlər oxucu üçün təzədir. İkinci bölümdəki müxtəlif şeirlərlə tanış olan oxucular, eyni zamanda, "mənalar bağçası"nda təxəyyüllərinə estetik zövq qatacaqlar.
Cavan şair-jurnalistin bu yeni kitabı müəllifin 2015-ci ildə 49 yaşında xərçəngdən dünyasını dəyişmiş anası Şəlalə xanıma həsr edilib. "Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş kitabda Vətən, müharibə, sevgi və müxtəlif mövzulu şeirlər toplanıb.
Kitab qadın cəza evindən (“Həbsxana bənövşəsi”) və cinsi azlıqlardan bəhs edən (“Sanitarlar”) məhbəs pyeslərindən ibarətdir. Bu pyeslər Azərbaycan ədəbiyyatında məhbəs mövzusunda ilk nümunələrdir...
Kitabda müəllifin penitensiar xidmətə aid olmayan, digər müxtəlif mövzulardan bəhs edən əllidən çox hekayəsindən 40-ı seçilərək ŞƏHƏR, KƏND, MÜƏLLİM, QADIN, MÜHARİBƏ başlıqları altında oxuculara təqdim olunur.
İstedadlı cavan şair-publisitin lirik və vətənpərvərlik əsərlərindən ibarət ilk poetik toplusu: müəllif şeirlərinin əsas motivi Vətənə sevgi, insanlara məhəbbət, dəyərlərə sayğı təşkil edir.
İstedadlı şairə, son illərin məhsuldar yazıçının “Tənha köç” adlı bu yeni əsəri xatirə-roman janrında qələmə alınıb, daha çox ictimai-siyasi xarakter daşıyır. Müəllifin məharətlə qələmə aldığı, xalqımızın mürəkkəb tarixi reallıqlarından bəhs edən həqiqqətləri, bu mövzuda olan əsərlər sırasında özünəməxsüs yer tuacağına inanırıq.
Tanınmış şair, publisit, nasir, qəzet redaktorunun bədii nəsr əsərləri - povest, hekayələr və esselər toplusu. Lirik-psixoloji üslubda, ustalıqla qələmə alınmış bu nəsr nümunələrində müəllifin real həyat hadisələrinə bir şairanə münasibəti sərgilənir.
Şirvanda yazıb-yaradan istedadlı yazıçının bu yeni romanında Azərbaycana və soydaşlarımıza qarşı rus-sovet şovinizminin riyakar, işğalçı siyasəti, erməni vandalizminin qəddarlığı, vəhşiliyi obrazlı nümayiş olunur. Müəllifin məharətlə tarixi gerçəkliyi özündə yaşadan və obrazların dili ilə acı həqiqqətlərə aydınlıq gətirən bu əsərində qələbə ilə başa çatan sonluq haqqın-həqiqətin təntənəsidir.