Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Atalar sözü - ağlın gözü

Müəllif:

Xalq - millət


Kateqoriya:

Atalar sözü, aforizmlər



Qısa Təsvir:

Azərbaycan atalar sözləri


Baxış sayı: 6377
    
    


Atalar sözləri 

 
A

Ac adam daş gəmirər.

Acıdır-ucudur -
Ağrısın aldığım bacıdır.

Acından ağzımdan qara su gəlir.

Adamı ağ gün ağardar, qara gün qaraldar.

Adam var ki, gördüyünə inanar,
Adam var ki, qaraya da ağ diyər.

–Adın nədir?
–Daşdəmir.
–Yumşalarsan, yumşalar.

–Adın nədir?
–Mülayim.
–Sərt olub kimə nə edərsən.

–Adın nədir?
–Rəşid.
–Düz danış, düz eşit.


Ağac başında mum var,
Səni tanımayan – kim var.

Ağac dibindən su içər.

Ağa durur – ağacan durur.

Ağrılardan göz ağrısı –

hər kəsənin öz ağrısı.
Ağzına su alıb, dinmir-danışmır.

Ağzı əyrini boynunun dalından tanımaq olur.

Ağzı əyrini təndirə saldılar, dedi: «odunu höyüşdü».

Ağıllı öyrənincə, dəlinin oğlu bazara gedər, gələr.

Ağrımayan başa sarımsaq bağlama.

Ayağını yer yandırır, başını gün.


Ay doğar, aləm görər.

Ayağı sürüşən yıxılsa, özü dura bilər, dili sürüşən yıxılsa onu durquzmaq olmaz.

Ayı yuvasında qoz axtarır.

Al kafirdən – ver kafirə.

Allah yıxanı bəndə qaldıra bilməz.

Allah saa baxıf, maa rəhm eləsin.

Allah bilir kənddə günahkar kimdir.

Allah dağına baxıf qar verər.

Allah verməz quluna,
qul da qalar vuruna-vuruna.

Aləmə it hürəndə, bizi çaqqal çağırır.

Alma kürən – satma kürən,
illah da qaşqa kürən.

Alveri pul eliyər, davanı qılınc.

Aləmin oğlu quş gətirir, mənimki bayquş gətirir.

Altından su çıxıf.

Arabanı sür oduna, odun olar odundu, olmaz – araba özü odundu.

Araz aşığındandı, Kür topuğundan.

Arı vuran ilan görsə ölər, ilan vuran arı görsə ölməz.

Arıçılar uzun ömürlü olurlar.

Arını yiyif, namusunu atıf dalına.

Arının bütün məhsulları dərmandır.

Atannan – atamnan danışma, özünnən, özümnən danış.

Ata nəsihəti övlad üçün yoldur.
rada bilməz.

Atan soğan – anan sarımsaq: sən hardan oldun gülməşəkər?!.

Atdan yıxılana heç nə olmur, eşşəkdən yıxılanın başı yarılar.


At etibarsız, it etibarlı olur.
Atın əbləhi yorğa, itin əbləhi tula olar.

Atın dayanıb baxanı,
arvadın atası evinə qaçanı.

Atın kəhəri –
bas belinə yəhəri.

Atın bozu –
elə bil quzu.

At mənim altımda büdrəməsin.

At maralıdır, oğlanlardan seçilmir.

At murdardan yeyər, təmizdən içər – mal əksinə.

Atdı, muraddı –
ağrısın aldığım arvaddı.

Atdan düşüf, eşşəyə minif.

Aşağa-aşağı, qatıxlı aşdan da aşağı?

Azan səsi,

qazan səsi –
bizə gəl səsi.

Az aşın duzu döylü.

Ayranındı, şorundu –
indi növbə sorundu.

Adam var özü görünür, adam var özünü göstərir.

Ağılsız dostdan – ağıllı düşmən yaxşıdır.

Ağıllı oluf aləmin dərdini çəkməkdənsə, ağılsız ol, qoy aləm sənin dərdini çəksin.

Arvad qocaldı - məhlədə qaz, kişi qocaldı - evə hambal lazım döylü.
Ayran içib ara qarışdırır.

Ayıfçı - ayıvını bilsə, başına kilim dolayar.

Ac adam daşı da gəmirər.

Aş xıdılın –əppək xıdılın:

ha yiyin, hada qudurun.

Az iydi ac adam, biri də çıxdı bacadan.

Az – aşım, ağrımaz başım.

B

Babı – babına,
qarpız qabına.

Balvanı yemişəm,
ürəyimdə yağdı-yağ,
Pəhlivan gəlif,
çiyinimdə dağdı-dağ.

Balı-balına,
Qarpız qabına.

Bayaxdan var idi hüsnü camalı,

Allah da vuruf oluf dəli Bayraməli.

Başına papax qomağiynan arvatdan kişi olmaz.

Başında ürpəyi olan əsil kişi vüqarlı arvadlar da az dölü.

Bildirçin döylü,
birini verim,

Sığırçın döylü,
sərini verim.

Bir dəvənin
nəyini verim?..

Başını kəsib – saqqalını darayır.

Baxtın yatdı - sən də yat.

Başına gələn başmaqçı olar.

Baltanın ağzını daşa vurdun.

Başıma bəla –
dalıma şələ.

Balalı qarğaya yem haramdır.

Başımdan alov qopdu, bərk seysəndim.

Bəhməz almışam, bal çıxıb.
Bir həsirdir, bir də Məmmədnəsir.

Biz oğru olduq ay dana qaldı.

Bir öy tikməmişəm ki, yıxılanda «vay» deyəm.

Bizə çatdı,
dəyirman yatdı.

Bir əppəy oluf it apardı.

Bu gün savax yazdır –
qırx kötük azdır.

Buyruq belədir, neyləyim
Ağam bilsin, sən özün bil.

Burnun girməyən yerə başoo soxma.

Bulud altından çıxan gün, duvax altından çıxan dil – hər ikisi adamı yandırır.

Bir gördün namərdi – bir də görsən namərdsən.

Bəzənirəm xannan qorxuram, bəzənmirəm xanımnan.

Bütün canlılar xəstələnər, yatar ölər, amma at ayaq üstə ölər sonra yıxılar.

Bu da bir nəhlət daşıdır: götürən də peşimandır, götürməyən də.

Bayaxdan var idi hüsnü camalı –
Allah vuruf oldu dəli Bayraməli.

Baş kəsənin,
daş kəsənin,

Yaş kəsənin çörəyi olmaz.

Başından yalov qopdu.

Buğda əppəyin olunca – buğda dilin olsun.

C

Cavan ikən qocalığa can saxla.

Pullusansa pulsuzluğa pul saxla.

Danışanda sora dimağa söz saxla.

Dalaşanda barışmağa üz saxla.

Cavan ailədə kişi tez ölərsə, arvad əziyyətə qalar.

Caqqal tələni yoluxan kimi yoluxub getdi - heç bir iş görmədi.

Caqqal meşədən küsüf, meşənin xəvəri yoxdu.

Can onun - cəhənnəm tanrının.

Cidanı çuvalda gizlətmək olmaz.

Civinin ağzını kəvərlə bağlayıb.

Civindən toz qopur.

Cəhənnəm kəsöyünə oxşayır.

Curlarını göstər – xasiyyətini deyim.
 
E-mənbə / link:
http://www.azmif.net/cgi-bin/datacgi/database.cgi?file=az&report=singlearticle&articleid=00018