Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, V cild (Elmi, ədəbi-tənqidi əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin elmi, ədəbi-tənqidi əsərləri toplanıb.

Müəllif:

Nəriman Həsənzadə


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, V cild (Elmi, ədəbi-tənqidi əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin elmi, ədəbi-tənqidi əsərləri toplanıb. 


Baxış sayı: 2083
    
    


 www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

   “Çağdaş Azərbaycan poeziyası”. Elektron Kitab N 117  (78 -  2016)

 

 Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org

Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net


Nəriman Həsənzadə


"Seçilmiş əsərləri"


Yeddi cildə


V cild


Elmi, ədəbi-tənqidi əsərləri


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, V cild (Elmi, ədəbi-tənqidi əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin elmi, ədəbi-tənqidi əsərləri toplanıb. 


Birinci cild burada:

 http://kitabxana.net/?oper=readBook&id=1140


İkinci cild burada:

http://kitabxana.net/?oper=readBook&id=2560

Üçüncü cild burada:

http://kitabxana.net/?oper=readBook&id=2567

Dördüncü cild burada:


http://kitabxana.net/?oper=readBook&id=2572




Digər kitabı: "Kulturologiya":

http://kitabxana.net/?oper=readBook&id=1083



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


 Nəriman Əliməmməd oğlu Həsənzadə


Şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), "İlin şairi" makafatı laureatı (2010).

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 
1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 
1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 
1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir.
1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur. 
1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. 
Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 
2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir. "Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur - 2009" diplomu verilmişdir.


Saytı:


http://neriman-hesenzade.net/


Kitablar


1.Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956

2.Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957

3.Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959

4.Qaraca Çobanın hekayəti. Bakı: 1960

5.Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961

6.Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964

7.Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966

8.Nəriman. Bakı: Azərnəşr, 1968

9.Niyə demədiniz. Bakı: Gənclik, 1970

10.Zümrüd quşu. Bakı: Gənclik, 1973

11.Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973

12.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974

13.Zümrüd quşu. Bakı: Gənclik, 1976

14.Nəriman. Bakı: Yazıçı, 1978

15.Sən bağışladın. Bakı: 1979

16.Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981

17.Fikir eləmə. Bakı: Gənclik, 1982

18.Kimin sualı var. Bakı: Gənclik, 1984

19.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986

20.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987

21.Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989

22.Bütün millətlərə. Bakı: Yazıçı, 1991

23.Taleyin töhfəsi. Bakı: Gənclik, 1993

24.Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995

25.Pompeyin yürüşü. Bakı: "Azərbaycan ensiklopediyası", 1995

26.Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004

28.Poylu - beşiyim mənim. Bakı: 2007

29.Nəriman. Bakı: 2009

30.Seçilmiş əsərləri. Bakı: 2010

31.Nuru Paşa. Bakı: 2010

32.Nizami