Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Prezidenti yanında Gənclər Fondu dünya ədəbiyyatını dəstəklədi. "Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya" kulturoloji ədəbiyyat layihəsi başladı

Müəllif:

Bələdçi


Kateqoriya:

Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya



Qısa Təsvir:

Prezidenti yanında Gənclər Fondu dünya ədəbiyyatını dəstəklədi. Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə "Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya" adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirməyə başlayıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) rəhbərlik etdiyi layihə iki ay ərzində İnternet vasitəsilə və sosial şəbəkələrüstü həyata keçiriləcəkdir.


Baxış sayı: 2886
    
    


Prezidenti yanında Gənclər Fondu dünya ədəbiyyatını dəstəklədi

 

"Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya" kulturoloji ədəbiyyat layihəsi

 

Yeni Yazarlar və Sənətçilər Qurumu 27 sentyabrdan etibarən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə "Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya" adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirməyə başlayıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) rəhbərlik etdiyi layihə iki ay ərzində İnternet vasitəsilə və sosial şəbəkələrüstü həyata keçiriləcəkdir.

Layihənin qısa təsviri

Layihə müasir dünya ədəbiyyatının ən maraqlı nümunələrini Azərbaycan dilinə tərcümə edilərək elektron formatda nəşrə hazırlanmasına, onları İnternetdəki milli resurslarda yerləşdirməsinə, gənclərə kreativ-estetik dəyərləri aşılamasına, virtual - sosial şəbəkələrüstü akademik məsafəli kurs və e-laborotoriya təşkil etməklə yaradıcı istedadların kulturoloji biliklərini artırılmasına, xarici müəlliflərin əsərlərindən ibarət azərbaycanca e-kitabların hazırlanmasına, bu rəqəmsal nəşrlərin İnternetdə sərgisinin və tanıtımının təşkilinə, yeni nəslin bədii yaradıcılığını inkişafına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real görüşlər vasitəsilə kulturoloji dəyərlərin təbliğinə yönəldilib.

Problemin qoyuluşu

Gənclər arasında kitab mütaliəsinin səviyyəsi aşağı düşüb, müasir dünya ədəbiyyatının ən maraqlı nümunələri dilimizdə yoxdur, İnternet və sosial şəbəkələrüstü məsafəli kulturoloji-kreativ yaradıcılıq kursu, eləcə də estetik-innovativ e-labaratoriyaya ciddi tələbat var. Azərbaycanda deyil, bütün dünyada, xüsusən Türkiyə, Rusiya, İran, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən də dil bilməyən yeni nəslin nümayəndələrinin intellektual-estetik səviyyəsini artırmaq vacibdir. Milli tərcümə sənətinə gənclərin diqqətini cəlb eləmək əsas məsələlərdən biridir. Yeni e-oxu və e-yazı mədəniyyətini formalaşdırmaq, virtual ədəbiyyat, şəbəkə yazarlığını təbliq eləmək, fərqli, qabaqcıl dünya düşüncə-estetik texnologiyaları haqqında geniş gəncliyin məlumatlanmasına böyük ehtiyac duyulur.
Mədəniyyət, ədəbiyyat və kitabla, İnternet texnologiyaları, şəbəkə resursları, elektron kitabxanalarla bağlı apardığı illik sorğu və monitorinqlərin nəticələrindən, eləcə də saytımıza və elektron ünvanlarımıza gələn müraciət, istək və təkliflərdən, təşkilatımız tərəfindən hazırlanaraq ictimai müzakirə və istifadəyə verdiyimiz www.kitabxana.net - e-itabxanadan 2 ildə 2 260 000 yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirilib ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından - elektron kitabxanadan alır. Kitabın tirajı min ədədi keçmədiyi vaxtda saysız insanın yararlandığı e-kitabların toplandığı İnternetdəki e-itabxananın dəyərini izah etməyə ehtiyac yoxdur.

Layihənin məqsədi

İnternet, eləcə də yatratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual Kitabxanaya gələn sorğular göstərir ki, yaradıcı gənclər, həmçinin, yeni nəsil oxucular Azərbaycan dilində dünya ədəbiyyatını, eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələri ilə tanış olmaq istəyirlər. Bu tanışlıq isə qiyməti baha olan kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Bədii yaradıcılıqla məşğul olan kreativ gənclər, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun gənc nümayəndələri üçün ana dilimizdə kreativ-kulturoloji, məsafəli-innovativ kursa, e-laborotoriyaya böyük ehtiyac hiss olunmaqdadır. Dünya ədəbiyyatından ibarət slsilə e-kitabların rəqəmsal nəşrinə ehtiyac duyulur, belə bir fəaliyyəti isə dəstəkləməklə həm də gənc tərcüməçilərin yetişməsinə şərait yaratmış oluruq. Layihə bu sahədəki boşluqları doldurmaqla eyni zamanda gənclər üçün müasir dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil edir. Kulturoloji kurs, e-laborotoriyada isə gənc kreativlər öz təcrübələrini bölüşür, muasir dünya estetik-kulturoloji düşüncə texnolojiyalarını öyrənir, həmyaşıdları ilə şəbəkələşərək həm öyrənir, həm də öyrədirlər, istedadlarını inkişaf etdirirlər. layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini həmyaşıdları arasında yaymaqla ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar...

Layihənin vəzifələri

1. Azərbaycan dilində "Çağdaş Dünya ədəbiyyatı elektron antologiyası" rəqəmsal nəşrə hazırlamaq. Elektron antologiya aşağıdakı cildlərdən və müxtəlif dillərdən azərbaycancaya tərcümə edilən cürbəcür ədəbi-elmi əsərlərdən ibarət olacaq:
a) Çağdaş Dünya poeziyası;
b) Çağdaş Dünya bədii nəsri;
c) Çağdaş Dünya dramaturgiyası;
d) Çağdaş Dünya essesi;
z) Çağdaş Dünya publisistikası;
q) Çağdaş Dünya elmi-filoloji düşüncəsi;
y) Çağdaş Dünya ədəbi söhbətləri;
f) Kulturoloji kurs materialları: virtual ədəbiyyat.
2. İnternetdə - sosial şəbəkələrdə "Dünya ədəbiyyatını gənclərə tanıdaq" kreativ-innovativ e-akademiya (innovativ kurs və e-laborotoriya) yaratmaq və fəaliyyətini genişləndirmək.
3. www.kitabxana.net - Milli Virtual Kitabxanada ayrıca "Müasir Dünya ədəbiyyatı" bölümünü yaratmaq, oxucuların sərbəst istifadəsinə buraxmaq.
4. Sosial şəbəkələrdə dünya ədəbiyyatı və mədəniyyətini təbliğ etmək.
5. Gənclərə, o cümlədən uşaqlarla yeniyetmələrə yeni e-oxu və e-yazı vərdişlərini aşılamaq.
6. Real tədbirlər silsiləsi vasitəsilə layihənin və kreativliyin təbliğini aparmaq, çağdaş dünya ədəbiyyatını, yüksək estetik dəyərləri tanıtmaq.

Layihədən faydalananlar

Azərbaycanda, eləcə də xaricdə yaşayan gənclər və yeniyetmə soydaşlarımız, gənc və orta nəsil yazarları, tərcüməçilər, eləcə də İnternet istifadəçiləri, müxtəlif nəsil yazıçı və şairlər, tərcüməçilər, ədəbiyyatçılar, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəsisləri, jurnalistlər, tələbələr, kitabxanaçılar, dilçilər, filoloqlar, ədəbiyyatı mütəxəsisləri, xalqşünaslar, sosioloqlar, siyasətçilər və b.

Layihənin çərçivəsində görüləcək işlər

1. Azərbaycan dilində "Çağdaş Dünya ədəbiyyatı elektron antologiyası" rəqəmsal nəşrə hazırlamaq. Elektron antologiya aşağıdakı cildlərdən və müxtəlif dillərdən azərbaycancaya tərcümə edilən cürbəcür ədəbi-elmi əsərlərdən ibarət olacaq:
a) Çağdaş Dünya poeziyası;
b) Çağdaş Dünya bədii nəsri;
c) Çağdaş Dünya dramaturgiyası;
d) Çağdaş Dünya essesi;
z) Çağdaş Dünya publisistikası;
q) Çağdaş Dünya elmi-filoloji düşüncəsi;
y) Çağdaş Dünya ədəbi söhbətləri;
f) Kulturoloji kurs materialları: virtual ədəbiyyat.
2. İnternetdə - sosial şəbəkələrdə "Dünya ədəbiyyatını gənclərə tanıdaq" kreativ-innovativ e-akademiya (innovativ kurs və e-laborotoriya) yaratmaq və fəaliyyətini genişləndirmək.
3. www.kitabxana.net - Milli Virtual Kitabxanada ayrıca "Müasir Dünya ədəbiyyatı" bölümünü yaratmaq, oxucuların sərbəst istifadəsinə buraxmaq.
4. Sosial şəbəkələrdə dünya ədəbiyyatı və mədəniyyətini təbliğ etmək.
5. Gənclər arasında yeni e-oxiu və e-yazı vərdişlərini aşılamaq.
6. Real tədbirlər silsiləsi vasitəsi ilə layihənin və kreativliyin təbliğini aparmaq, çağdaş dünya ədəbiyyatını, yüksək estetik dəyərləri tanıtmaq.
7. Gənclər üçün e-kitablardan ibarət mini elektron kitabxana - İnternetdə ədəbiyyat resursu yaradılacaq, sosial şəbəkədə gənc ədəbiyyatsevərlərin köməyilə dünya kulturoloji dəyərləri təbliğ olunacaq, orta və ali məktəblərdə, müxtəlif yerlərdə ictimai təqdimatları keçiriləcək.
Yaradıcı gənclərimiz və soydaşlarımızı milli İnternet resurslarını zənginləşdirməyə həvəsləndiriləcək, çağdaş dünya mədəniyyəti, ədəbiyyatı, düşüncə texnologiyası ölkəmizdə və azərbaycandilli məkanlarda yaymaqda ən yeni texnologiyalardan yararlanacaq, yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılanacaq, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan veriləcək, dünyanın ictimai-mədəni, kulturoloji-intellektual ictimaiyyətinin tanınmış nümayəndələrinin yaradıcılığı mili estetik-intellektual, ədəbi-kulturoloji xəzinəsinə əlavə ediləcək.

Layihənin monitorinqi və qiymətləndirilməs

Aktual kulturoloji-innovativ layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. Azərbaycan Gənclər Fondu, Milli QHT Forumu, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», "Ədalət", "Bakı-xəbər", "Mədəniyyət" kimi ölkənin nüfuzlu mətbu orqanlarında, "Space" TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında) kulturoloji layihə, Elektron Şəbəkə Resursu, Virtual Kİtabxana haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Layihə başa çatdıqdan sonra Azərbaycan Gənclər Fonduna və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.

Layihədən gözlənilən nəticələr və davamlılıq

Ana dilimizə çevrilmiş və rəqəmsal formada hazırlanan elektron kitablar İnternetdə yerləşdirildiyinə görə gənclər və yeniyetmələrlə yanaşı, dünya ədəbiyyatı, çağdaş mədəniyyəti, estetik-mədəni düşüncəsi, kitabıyla maraqlanan istənilən istifadəçi üçün açıq olacaqdır. Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə yaradıcı-texniki əməyi olan şəxsləri, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu konfrans və təqdimat mərasimi keçiriləcək, ədəbi resurs geniş ictimaiyyətə təqdim olunacaq, M.F.Aхundov adına Milli Kitabхanaya, Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymaqdan ötrü, həmçinin, Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat İnstitutlarının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabхanalarına, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspora qurumlarına layihə barədə geniş elektron məlumatlar göndəriləcəkdir. Kreativ kurs və e-laborotoriya İnternetdə, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq - məsafəli fəaliyyət göstərəcəkdir. Elektron kitablardan ibarət virtual sərgi təşkil olunacaqdır. Eyni zamanda ədəbiyyat mütəхəssisləri tərəfindən bu layihənin həm peşəkar ədəbi, həm geniş ictimai tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaqdır.
Gələcəkdə elmin və ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək Portallar yaradılacaq, Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi kitablarınn elektron versiyası hazırlanır ki, bu layihə bitdikdən sonra gerçəkləşdirilir və saytın hazırlanması yerli resurslar hesabına gerçəkləkləşdirilir. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.

Risklər

Layihə həyta keçirilərkən kiçik risklər ola bilər, bu yaradılan resursların dağıdılması, elektron kitabların pozulması və b. Buna görə də peşəkar İT xidmətlərindən yararlanılacaq. Eləcə də müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq.

YYSQ-nin fəaliyyət sahəsi və uyğun təcrübəsi

YYSQ milli və dünya mədəniyyət və ədəbiyyat hadisələrinin, təlim və kursların təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. sahələrdə fəaliyyətini qurub.
Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 12 dəfə Bakı Kitab Bayramı - illik Milli Kulturoloji layihə həyata keçirmiş, 7 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə "Virtual Azərbaycan" Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Virtual Milli Elektron Kitabxana İnternet portalı yaradılıb və fəaliyyət göstərir. internetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kur yaradıb və 200-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edib.

YYSQ İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya bölümü